2022-05-19 11:00:03 | MƏDƏNİYYƏT
Osloda Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş tədbir keçirilib

Norveçin paytaxtı Osloda Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbir keçirilib.

Tədbir "CAN" diaspor təşkilatı və Roseslottet (Osloda Qızılgül Muzeyi) tərəfindən təşkil edilib.

Roseslottet muzeyinin təmsilçisi Martin Romberq tədbir iştirakçılarını salamlayaraq, Norveçlə Azərbaycan arasında əlaqələrin əhəmiyyətini vurğulayıb. Martin Romberq qeyd edib ki, məşhur səyahətçi Tur Heyerdal onun uşaqlıq qəhrəmanımdır və onun Azərbaycana məşhur səyahətləri və bu günə qədər ölkəmizdə yaxşı tanınması onu sevindirir. "CAN" diaspor təşkilatının Norveçdə Azərbaycanı tanıtmaq üçün vacib və maraqlı layihələr həyata keçirdiyini də bildirən M. Romberq, Roseslottetdə ilk Azərbaycan Mədəniyyəti Günü tədbirini keçirməkdən məmnunluğunu da ifadə edib.

Daha sonra açılış nitqi ilə çıxış edən "CAN" diaspor təşkilatının rəhbəri Şervin Nəcəfpur qonaqlara tədbirin mahiyyəti haqqında qısa məlumat verib. O bildirib ki, keçirilən mədəniyyət tədbiri Şuşa şəhərinə həsr olunub və burada Azərbaycana həsr olunan, habelə ölkəmizdə yazılıb-yaradılan müxtəlif şeirlər, kitablar və klassik musiqi bəstələri təqdim olunacaq.

Türkiyə Respublikasının Norveçdəki səfiri Fəzli Çorman öz çıxışında Şuşa şəhərinin tarixi əhəmiyyətini vurğulayaraq, bu il Azərbaycanda “Şuşa İli”nin qeyd olunduğunu, Türk Şurasının 2023-cü ildə Şuşanı mədəniyyət paytaxtı elan etdiyini bildirib. Bu cür tədbirlərin əhəmiyyətinə də toxunan diplomat, həmçinin xalqlar arasında əlaqələr və mədəni körpünün qurulmasının vacib olduğu ifadə edib.

Ardınca çıxış edən norveçli yazıçı Raqnhild Thori öz “Nizami Gəncəvi-Leyli və Məcnun” kitabından bəhs edərək, Nizami Gəncəvinin dünya ədəbiyyatının mühüm dəyərlər incisi olduğunu xüsusi ilə vurğulayıb.

Daha sonra çıxış edən digər norveçli yazıçı Terje Holmedal, öz kitabından seçmələri oxuyub. Cəbrayıldan olan keçmiş məcburi köçkünün hekayəsindən ilhamlanaraq bu kitabı yazdığını deyən Terje Holmedal, Qarabağın qanunsuz işğalı və Xocalı Soyqırımı haqqında da ətraflı məlumat verib.

Bədii hissədə, həmçinin Norveçdə yaşayan əslən azərbaycanlı skripkaçı Ülvi Həsənli və pianoçu Kiril Kutinin duetinin ifasında bir saatlıq klassik konsert proqramı baş tutub. Musiqiçilər Q.Qarayev, F.Əmirov, A.Məlikov, M.Mirzəyev, V.Adəgözəlov, H.Niyazi, T.Quliyev kompozisiyaları ilə yanaşı, Azərbaycan xalq mahnılarını da ifa ediblər.

Qeyd edək ki, layihə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən müəliyələşdirilib.

Baxış sayı : 180
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb