2022-05-17 08:30:38 | SİYASƏT
Rize-Artvin Hava Limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu

Türkiyə-Azərbaycan əlaqələri dünya ölkələri arasında bənzəri olmayan münasibətlərdir. Bu münasibətlər Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi strateji siyasət sayəsində hər iki qardaş xalqın maraqları kontekstində davamlı inkişaf edir.

Qara dənizin üzərində inşa edilən nəhəng layihənin - Rize-Artvin Hava Limanının açılış mərasimində də iki qardaş ölkənin prezidentlərinin birgə iştirakı həm ölkələrimiz arasında olan qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin göstəricisi, həm də ön Asiyadan Qafqazlar və Orta Asiyaya qədər uzanan böyük etnosiyasi coğrafiyada nəqliyyat kommunikasiya xətlərinin yaradılması baxımından olduqca əhəmiyyətli hadisədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, hazırda Türkiyə-Azərbaycan tandemi iqtisadi-siyasi və mədəni-humanitar sahədə geniş geostrateji rayonda təyinedici amildir. Açılan hər yeni hava limanı, yaradılan hər müəssisə regional inkişaf və inteqrasiyaya xidmət edir. Bir müddət öncə işğaldan azad edilmiş ərazilərimizdə inşa edilən Füzuli Beynəlxalq Hava Limanının açılışında qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirak etməsi iki qardaş ölkənin tarixi-təbii müttəfiqliyinin bütün sahələrdə inkişaf etdirilməsi əzminin göstəricisi idi.

Deputat qeyd edib ki, 2021-ci il iyunun 15–də imzalanan Şuşa Bəyannaməsi iki hərbi-strateji kontekstə Türkiyə-Azərbaycan münasibətlərinin dövlətçilik tarixində mühüm bir hadisə idi. Bu Bəyannamə bir millət iki dövlət anlayışının real dövlətlərarası münasibətlərdə rəsmiləşdirilməsi kimi də qəbul edilə bilər. Eyni zamanda, Şuşa Bəyannaməsi hazırkı mürəkkəb tarixi mərhələdə hər şeydən öncə milli təhlükəsizliyimiz baxımından strateji çağırış idi. Yeni açılan Rizə-Artvin Hava Limanı Türkiyə ilə Azərbaycan arasında məsafəni bir qədər daha qısaltmış oldu. İki ölkəni məsafə baxımından daha da yaxınlaşdırdı. Rizə-Artvin Hava Limanı Türkiyənin Qafqaza açılan yeni səma qapısı oldu. Bu isə həm ticarətin asanlaşdırılması və yüklərin daha qısa müddətdə çatdırılması, həm də turizm mübadiləsi və mədəni əlaqələrin daha da dərinləşməsi baxımından yeni imkanlar və perspektivlər deməkdir.

Baxış sayı : 152
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb