2022-04-21 08:00:39 | İQTİSADİYYAT
“Dayaq” Sosial Maarifləndirmə İB-i Ağsu tədbir keçirib

Aprel ayının 20-si “Dayaq” Sosial MaarifləndirməİB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əhalinin sosial problemlərinin həlli istiqamətində, sosial-iqtisadi islahatların həyata keçirilməsi ilə əlaqədar maneələrin aradan qaldırılmasına dair ictimai təşəbbüslərin dəstəklənməsi” layihəsi çərçivəsində Ağsu rayonunda tədbir keçirib.

 

Tədbirdə “Dayaq” Sosial Maarifləndirmə İB-inin sədri Hicran Əliməmmədova, layihənin hüquqşünası Aysel Əliməmmədova, İB-nin Ağsu rayon nümayəndəsi Gülmirə Nağıyeva, Ağsu rayon İcra Hakimiyyətinin təmsilçiləri, bir sıra yerli qurumların nümayəndələri və vətəndaşlar iştirak edib. İB-in sədri Hicran Əliməmmədova çıxış edərək, layihə haqqında məlumat verib. Sözügedən layihə çərçivəsində  Bakı şəhərinin Yasamal və Səbail rayonları eləcə də İsmayıllı rayonunda vətəndaşların sosial problemlərinin öyrənilməsi istiqamətində tədbirlər həyata keçirildiyini və qeyd edilən ərazilərdə vətəndaşların sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində sorğuların keçirildiyini qeyd edib. Çıxış edən rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov İsmayılli vətəndaşlarının sosial sahədə mövcud problemlərindən və bu istiqamətdə həll yollarından söhbət açıb. 

Tədbir müddətində sorğu keçirilib, iştirakçıların sosial sahədə problemləri qeydə alınıb. 

Qeyd edək ki, layihənin məqsədi vətəndaşların sosial problemlərinin öyrənilməsi, sosial-iqtisadi problemlərin aidiyyatı qurumların diqqətinə çatdırılması prosesində vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarətdir.



Baxış sayı : 177
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir