2022-05-09 07:10:44 | MƏDƏNİYYƏT
Sözə və poetik fikrə sədaqətli insanın dünyasını dəyişməsindən 40 gün ötdü

Azərbaycanın söz sənətinin, publisistikasının tanınmış simalarından  biri, dəyərli ziyalı, şair, publisist Eldar Səfa Şahvələdlinin dünyasını dəyişməsindən 40 gün ötdü.

Bir ziyalının yetişməsi üçün uzun zaman və böyük zəhmət tələb olunur. Poetik fikir adamının həyatdan köçməsi isə yalnız onun ailə üzvləri üçün deyil, ümumilikdə, cəmiyyət və ümumilikdə ziyalılığa dəyər verənlər üçün itkidir. 


cf29793a8ee93d07543d56041ff792c5.png

Gəlimli-gedimli dünyada hər kəs bir iz qoyub gedir. Eldar SƏfA ŞAHVƏLƏDLİ hər zaman sözə həm sədaqətli, həm də yaradıcılığında ilahi eşqə vurğun idi. Onun poeziyasında ruhani yanaşma, ilahi bağlılıq mühüm istiqamətlərdən biri olub.

Eldar müəllim Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir sıra kitabların müəllifi, ən əsası yaradıcılığa ilahi kontektsdən yanaşan söz adam idi. O, yaradıcılıqla bərabər pedaqoji sahədə uzun illər fəaliyyət göstərib və hər bir şəxsin inkişafında yüksək təhsilin zəruri olduğunu cəmiyyətə təlqin edib.

Eldar Səfa Şahvələdli sözə ürək verərək yazırdı...

Əbədi və ədəbi aləmdə söz qədər söz, söz qədər səs, söz qədər müqəddəs, söz qədər baha, söz qədər tutumlu, söz qədər rəzil, söz qədər əzəl, söz qədər təzə-tər,.. söz qədər köhnə və qədim heç nə ola bilməz. Söz Sözü çəkər, Söz Sözü əkər. Söz sözdən çəkər... Hər sözün öz ömrü, öz taleyi, öz məşəqqəti, öz səhəri, öz zəhəri, zülməti var; əbədi ömürlüsü də çoxdur, az ömürlüsü - ömrü gödək olan da az deyil. Sözü sözsüz anlayanda xoş olur, ovqatın da, eynin də saz olur, xiridar əlinə düşməyəndə naxoş və nasaz olur. Anlaqlı olanda söz səninlə, sən də sözlə yaşayırsan. Sözün namın çəkirsən, sözü qoruyursan, sözü daşıya bilirsən.

Eldar müəllim poeziyada sözə belə dəyər verib:

Söz mənim,mən sözün tacıdarıyam

Haqq sözə sehirə daxıl kimiyəm.

Sözün xırmanında bitən darıyam

Sözü sehr olana paxıl kimiyəm.


Sözüm qəribliyə düşsə, çifayda,

Yad olar özümə yaraşığım da.

Sözümün sehrindən iblis lal olar

Düşər əllərindən şər qaşığı da.


Nə ulduz qalıbdı, nə də ki zirvə,

Zirvə şəhidinə, taxt qazısına...

Aldanıb dünyanın yükünə girmə

Döndərər bir ömrü yer yazısına.


Sünbülüm dən tutar təbəssümündən,

Mən şuma atılmış taxıl kimiyəm.

Qopmuşam dünyanın sarı simindən,

Sözü sehr olana paxıl kimiyəm.


Allah rəhmət eləsin Eldar Səfa Şahvələdliyə. Məkanı cənnət olsun.

Fact-info.az


Baxış sayı : 329
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir