2022-05-08 10:15:08 | AKTUAL
Şuşa xalçalarına həsr olunmuş sərgi-proqram keçirilib

“Azərbaycan xalçaçıları” İctimai Birliyi “NUR Art House”la 5 May – Xalçaçı Günü münasibətilə xüsusi sərgi-proqram təşkil edib. Həmin gün İçərişəhərdə Qarabağdan kənarda dünyaya gəlib, ənənələrdən uzaq düşmüş uşaqlar, gələcəyin xalçaçıları Şuşa xalçaları ilə tanış olub.

 “Əlvan ipdən gör nələr toxuyurlar nənələr” sərgi-proqramında peşəkar xalçaçılar Şuşa xalçalarından danışıb, güllü-çiçəkli Şuşa xalçalarının naxışları uşaqların rəng dünyasına qərq olub, yeni tərzdə təqdim edilıb. Uşaqlarla Ustad dərsini isə Şuşa şəhərinin yetirməsi, tanınmış xalçaçı-rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü və “Azərbaycan xalçaçıları” İB İdarə Heyətinin üzvü Eldar Hacıyev aparıb. Məktəblilərə həmçinin “Şuşa xalçaları” adlı təqdimat nümayiş etdirilib. Proqramın əsas qonaqları isə Elxan Misirxanov adına 71 nömrəli tam orta məktəbin şagirdləridir. 

Sərgi-proqram haqqında danışan “Azərbaycan xalçaçıları” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva təşəbbüsü dəstəklədiyinə görə məktəbin direktoru Yasin Quliyeva, direktor müavini Zərifə Cəfərovaya və tarix müəllimi Solmaz Quliyevaya xüsusi minnətdarlığını bildirib. Eyni zamanda İctimai Birliyin İdarə Heyətinin üzvü, xalçaçı-rəssam və rəngkar Eldar Hacıyevə təşəkkür edən Röya xanım, onun böyüməkdə olan nəsillə hər görüşə böyük həvəslə gəldiyini və onlara sənətin sirlərini öyrətməkdən zövq aldığını vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 noyabr 2016-cı il tarixli Sərəncamı ilə təsis olunmuş “5 May – Xalçaçı Günü” xalçaçılarımızın peşə bayramı olmaqla yanaşı, xalçaçılıq sənətinin tərənnüm, tədqiq və təbliğ edən rəssam, sənətşünas və tədqiqatçılarımızın, bu sənətdən bəhrələnərək onun naxışlarını dekorativ-tətbiqi sənətin müxtəlif növlərində canlandıran sənətkarlarımızın, eyni zamanda, sənətin sehrinə düşən, “Xalçam harda – yurdum orda” deyən xalçasevərlərimizin sevə-sevə qeyd etdikləri tarixdir.  

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 yanvar 2022-ci il tarixli Sərəncamı ilə elan edilmiş “Şuşa ili”ndən ruhlanan İB üzvləri bu gün “Şuşanın qonçə güllü xalçaları” adlı xalça və xalq tətbiqi sənət sərgisini tamaşaçıların ixtiyarına verib. 

Sərgidə xalçaçı-rəssam Eldar Hacıyevin Şuşa mövzusunda əsərləri, bədii tikmə ustası, xalçalarımızı incə zövqlə işləyən Şəhla Əsgərovanın “Malıbəyli”, “Açma-yumma” xalça-tikmələri, batika ustası, rəssam Mehriban Əliyevanın Şuşaya həsr olunmuş batika və keçə texnikası ilə ərsəyə gələn əsərləri, muncuqla nadir xalçalar yaradan Bədirə Əliyevanın əsərləri, zərgər Mehriban Sadıqovanın “Xarıbülbül” silsiləsi və başqa sənət əsərləri nümayiş olunur. 

Sərgi-proqramın təşkilində əsas məqsəd Qarabağdan uzaqda dünyaya gələn gənc nəslə ənənələri təqdim etməklə, onların genetik yaddaşını oyatmaq və ərazi bütövlüyümüzün bərpa olunduğu mədəniyyətimizin paytaxtı Şuşamızda xalçaçılıq sənətini məhz bu torpağın sakinləri tərəfindən bərpa olunmasını dəstəkləməkdir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan xalçaçıları” İB bu istiqamətdə davamlı layihələr həyata keçirir, Azərbaycan Republikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Qarabağ xalçaçılığının müasir inkişaf potensialı” layihəsi çərçivəsində Füzuli, Cəbrayıl, Ağdam, Tərtər rayonlarında və Bakı şəhərində müvəqqəti məskunlaşmış sözügedən bölgələrdən olan qaçqınlar arasında sorğular aparılaraq, xalçaçıların məlumat bazası yaradılıb və müvafiq internet səhifəsində yerləşdirilib (http://www.acmu-az.com/project.html), “Qarabağdan olan məcburi köçkün qadınlara xalçaçılıq kurslarının təşkili” layihəsi çərçivəsində isə Qarabağın məşhur “Dəstərxan” və “Şəddə” xovsuz xalça texnologiyaları bərpa edilərək xanımlar tərəfindən toxunaraq Füzuli və Zəngilan rayonlarının tarix-diyarşünaslıq muzeylərinə hədiyyə edilib. “Şuşa ili” münasibətilə tərtib edilən növbəti layihə isə bu il Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa ili”nə həsr olunmuş qrant müsabiqəsinə göndərilib.

Təbiətindən bəhrələnərək ilmələrə köçən, tarixin aynasına çevrilən Azərbaycan xalça sənəti milli kimliyimizin bariz nümunəsidir, onu yaşatmaq, təbliğ etmək və hər zaman yeniliklərə açıq olan bu ulu sənətdə ənənə ilə müasirliyin bədii abidəsini yaratmaq isə biz xalçaçıların Vətən qarşısında borcumuzdur.

Baxış sayı : 206
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb