2022-05-04 08:45:41 | MƏDƏNİYYƏT
“Şuşa mədəniyyətinin inciləri” layihəsinin növbəti təqdimatı “Bulud” xalçasına həsr olunub

Mədəniyyət Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi “Şuşa mədəniyyətinin inciləri” layihəsi qədim şəhərimizin mədəni mirasına həsr olunan müxtəlif təqdimatlarla davam edir.

Nazirlikdən  Fact-info.az-a bildirilib ki, layihənin “Qarabağ xalçaçılıq məktəbi – Şuşa” bölməsi üzrə növbəti təqdimat Şuşa qrupuna aid “Bulud” xalçasına həsr olunub.

Qarabağ tipinə aid “Bulud” adı ilə məşhur olan xalçalar Şuşada XIX əsrin II yarısından etibarən Avropa və Rusiya incəsənətinin təsiri ilə meydana çıxıblar. Qeyd olunan dövrdə Azərbaycanın Ümumrusiya əmtəə tədavülünə qoşulması ilə əlaqədar Rusiyadan Azərbaycana müxtəlif çeşidli mallar – çit, hörmə, “xoruznişan” dəsmallar, bəzəkli çini qablar, zərgərlik məmulatları və s. gətirilirdi.

Bir çox sənətkarlar həmin məmulatların üzərindəki naxış və rəsmlərdən ilham alaraq onları xalça üzərinə keçirirdilər. “Saxsıda güllər”, “Bulud” xalçaları da bu qəbildən olaraq rus dekorativ sənətinin təsiri ilə yaranan xalça çeşniləridir.

Xalçanın “Bulud” adlanması isə üzərində yerləşdirilən naxış elementlərinin pərakəndəliyinin səmada bulud təəssüratı yaratması ilə əlaqədardır.

Baxış sayı : 260
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir