2022-04-29 11:30:00 | CƏMİYYƏT
Şəhidlik mövzusu: həssaslıq və məsuliyyət

Müqəddəs saydığımız  Şəhidlik mövzusu həssas və məsuliyyətli sahədir. Bu mövzuda yazı yazan kəslər diqqətli olmalıdır. Xüsusilə, Azərbaycanın mediası, telekanalları, sosial şəbəkə iştirakçıları bu mövzuya yanaşmada bir çox zəruri  məqamlara əməl etməlidir.

Əsas mətləbə keçmək istərdim. 33 Şəhidimizdən  bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz" kitabını yazarkən duymadığım bir çox mətləbləri aşkar etdim. Onu deyim ki, bu mövzuda yazı yazmaq mənə  hiss etmədiyim dərəcədə mənəvi ruh verdi. Müxtəlif vaxtlarda 20-dən artıq Şəhid ailəsini ziyarət etdikdən sonra müsbət enerji ilə geri dönürdüm. Elə bil, bu ailələrin arasında mənəvi, ruhani bağlılıq var. Mənim qənaətimcə, Şəhidlərimizlə bərabər, onların valideynləri də qəhrəmandır. 

Bir məqamı qeyd etmək istərdim. II Qarabağ savaşının əfsanəvi döyüşçüləri olan, iki qardaş,  İman və Bəhrəm eyni anda, eyni məkanda Şəhid olublar. Bu iki qardaşın  atası Elman bəy, anası mələk simalı, nur çöhrəli Hicran xanım bu gündə təmkinini pozmadan şüküranlığını bildirir. Söhbət etdiyimiz heç bir Şəhid ailəsində asilik görmədim. Bu insanlarda ilahi həqiqətin dərki və şüküranlıq var. Tarixi Zəfərimizin özəyini təşkil edən budur.

    Məhz buna görə, Şəhidlərimizin missiyası, haqq işi bizim yolumuza işıq salır. Bu missiya bizi Azərbaycanın müstəqil, qüdrətli olmasının zəruriliyini dərk etdirir və hər zaman xeyirin şərə  qalib gələcəyi fikirini təlqin edir. Vətənpərvərlik peşəkar və məsuliyyətli davranışa çevriləndə çox faydalı olur.  Ümumiyyətlə, boğazdan yuxarı, məsuliyyətsiz vətənpərvərlik cəmiyyət üçün başağrısına çevrilir. Biz QHT-media təmsilçisi olaraq öz məsuliyyətimizi dərk edirik. 

"Şəhidlər ölməz, Vətən bölünməz" kitabını hazırlayarkən görüşlərimiz zamanı Şəhid analarının öz övladları haqqında kövrək və səmimi xatirələri ürəyimizi nə qədər ağrıtsa da, biz bir daha əmin olduq ki, Azərbaycan insanı torpağa, yurda nə qədər bağlıdır. Digər tərəfdən Şəhidlik xalqın qəhrəmanlıq salnaməsidir. Bu salnamə əzmkarlıqla gələcək nəslllərə örnək olaraq yazılır.

Ermənilərdən fərqli olaraq Azərbaycan türklərində torpağa, yurd yerlərinə bağlılıq hər zaman güclü olub və olacaq. Bu gün dünyanın hər hansı yerində, o cümlədən Bakı şəhərində ən rahat şəraitdə yaşayan keçmiş məcburi köçkün üçün öz tarixi yurd yerlərinə dönmək, orada uçulmuş-dağıdılmış kənddə yenidən yurd salmaq böyük məlhəmdir. Bu gün qısa bir sorğu keçirsək, yaşlı və orta yaşlı nəslin nümayəndələrində bunu daha çox görərik.

Hər bir sağlam təfəkkürlü, təmiz qanı olan Azərbaycan türkündə torpağa bağlılıq var. Bu bağlılığı itirilmiş torpaqlarımızda, boş qalmış evlərdəki ruhların harayında axtarmaq lazımdır. 30 illik ayrılıq bunu bir daha sübut etdi.  44 günlük  Vətən savaşı xeyirlə şərin mübarizəsi idi. XIX əsrdən başlayaraq Azərbaycan torpaqlarında hayların (ermənilərin) məskunlaşması və bizim qismətimizə belə qonşuların düşməsi tarixin acı reallığıdır. Belə  qonşuluq qismətini dəyişmək mümkün deyildi. Amma, reallığı nəzərə alaraq ədaləti bərpa etmək üçün tarixi məqamlar məhz 44 günlük müharibə zamanı yetişdi. Azərbaycanın əleyhinə aparılan uzunmüddətli  ədalətsiz, haqsız  işğalçı müharibəyə son qoyan,  xeyirlə şərin mübarizəsində qalib gələn Şəhid və qazilərimizdir. Şəhidlərimizə rəhmət, qazilərimizə və II Qarabağ savaşında əməyi olan hər kəsə xeyirli ömür diləyək! 

Yekun olaraq  çox qəddar düşmən üzərində qazandığımız tarixi Zəfərə,  son 200 illik işğala son qoyub, bizə qələbə sevincini yaşatdığına, millət olaraq bizi  bütövləşdirdiyinə görə, Şəhidlərimizə hər zaman borcluyuq! 


Əziz, qəhrəman qaraşlarımız, Siz qalib gəldiniz! Qazandığınız qələbəni Azərbaycana halal edin! Sizin misilsiz qəhrəmanlığınız hesabına beli bükülmüş ruhumuza rahatlıq gəldi. Azərbaycanın təktorpağı deyil, həm də qüruru özünə qayıtdı.  Ona görə, hər zaman deyirik və yazırıq Şəhidlər ölməz, Vətən bölünməz! 

                             Əkrəm Bəydəmirli

Baxış sayı : 469
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimlər keçib Zelenski azad edilən yaşayış məntəqələrinin sayını açıqlayıb Azərbaycan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli istifadəsinə səy göstərir Zakir Həsənov revanşist qüvvələrin təxribatlarının qarşısını almağa hazır olmaqla bağlı tapşırıqlar verib Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb Sevil Mikayılova: Azərbaycan azad olunmuş əraziləri bərpa etməklə yanaşı, həm də beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üçün əsaslı işlər görür Türk dövlətlərinin təhlükəsizlik şuralarının katibləri Ankara və İstanbulda bir araya gəliblər Şuşa adından istifadə qaydası müəyyənləşib "Discovery" telekanalı azad edilmiş Ağdam şəhərinə videoreportaj həsr edib Azərbaycan Ordusunun Komando bölmələrində təlim məşqləri keçirilir - Video Ukrayna Rusiyanın bir milyard dollarlıq əmlakına həbs qoyub 7000 nəfərə "Müharibə veteranı" adının verilməsi ilə bağlı qərar qəbul edilib “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 118-ci kitabı çapdan çıxıb "Şuşa İli"nə həsr olunmuş muğam festivalına yekun vurulub “Ordümüz Gücümüzdür”Silahlı qüvvələrin 104 illiyinə həsr olunmuş tədbir keçirilib "Qoşulmama Hərəkatındakı dostlarımız Azərbaycana qarşı təxribatların qarşısını aldılar" Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun rolu artıb - Tokayev Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelindən danışılıb "Şuşa məişət əşyaları" adlı virtual sərgi hazırlanıb Prezident İlham Əliyev Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak edib Silahlı Qüvvələr gününə həsr olunan tədbir keçirildi Prezident İlham Əliyev: Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir "Müharibə yalnız Ukraynanın qələbəsi ilə başa çatacaq" Azərbaycan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşüb