2022-04-28 15:00:30 | AKTUAL
Şəhid İlqar Verdiyevin ömür yolu barədə film nümayiş etdiriləcək!

Şəhid İlqar Verdiyevin ömür yolu barədə film nümayiş etdiriləcək!

Əslən Tovuz rayonundan olan İlqar Tapdıq oğlu Verdiyev 1975-ci il oktyabrın 31-də Bakıda doğulub.1997-ci ildə Türkiyənin Ankara şəhərində "Kara Harb Okulu" nu bitirib. Uzun müddət Azərbaycan Müdafiə nazirliyinin mətbuat xidmətində çalışıb.2008-ci il iyun ayının 8-dən etibarən xidmətini Goranboy rayonu istiqamətindəki hərbi hissələrdən birində davam etdirib. 2012-ci il iyun ayının 9-dan 10-a keçən gecə minaya düşüb, 3 gün sonra dünyasın dəyişib.


"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, medonline.az saytının baş redaktoru Şamil Sabiroğlunun ideyası, "Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi"nin dəstəyi ilə şəhid eloğlumuzun ömür yolundan bəhs edən film çəkilib. Filmdə AR Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri xanım Qənirə Paşayeva, Müdafiə Nazirliyin sabiq əməkdaşı, istefada olan polkovnik Ramiz Məlikov, həmin Nazirliyin məsul əməkdaşı polkovnik Vaqif Dərgahlı, həmçinin, Şəhidin doğmaları və onu yaxından tanıyanlar müsahibə verib.


Aprelin 30-u saat 11-00-da Müdafiə Nazirliyinin Mərkəzi Zabitlər Evində "Andına sadiq oğul" filminin təqdimat mərasimi keçiriləcək.
Xatırladırıq ki, filmin layihə rəhbəri Şamil Sabiroğlu, ssenari müəllifi və redaktoru Münəvvər Mehdiyeva, operatorlar Zaur Qələndərov və Ramin Bəşirov, montajçılar Zaur
Səfərov, Həşim Cəfərov, Çinarə Eminova və Orxan Hacıyevdir.

Gülnar Ələmdarqızı,

Ayna Sərdarqızı.

Baxış sayı : 381
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir