2022-04-23 15:40:04 | AKTUAL
Elçin Mirzəbəyli: Zəfər Qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır

Dünya Azərbaycanlılarının V Qurultayının böyük Zəfərimizi simvolizə edən Şuşa şəhərində keçirilməsi, Prezident İlham Əliyevin öz nitqində qeyd etdiyi kimi, tarixi məna daşıyır. Çünki 2001-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutan ilk Qurutayda Ulu Öndər harada yaşamasından asılı olmayaraq, ürəyi Vətəni ilə döyünən hər bir soydaşımızın, həmvətənimizin tarixi missiyasının ərazi bütövlüyümüzün təmin edilməsindən ibarət olduğunu vurğulayaraq, torpaqlarımızın işğaldan azad ediləcəyinə, xalqımızın öz dədə-baba yurdlarına qayıdacağına əmin olduğunu böyük inamla bildirmişdi.


Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi bu ideyanın əvvəlcə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə bütün Azərbaycanda dövlət bayramı səviyyəsinə daşınmasına nail oldu. Bu baxımdan, Şuşada keçirilən Zəfər Qurultayını bu əminliyin, həmçinin gələcək nəsillərə, Heydər Əliyevin elan etdiyi tarixi missiyanı əzmlə, qətiyyətlə davam etdirən siyasi və mənəvi varislərə olan böyük inamın təntənəsi kimi dəyərləndirsək, düşünürəm ki, tarixi gerçəkliyi dəqiqliklə ifadə etmiş olarıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib.

E.Mirzəbəyli qeyd edib: “Bu xüsusda tarixə nəzər salmaq, bizi Zəfərə doğru aparan yolun hər qarışına çəkilən zəhmətin böyüklüyü, nümayiş etdirilən əzmin, qətiyyətin miqyası, hədəfləri nişan verən iti zəkanın, idrakın və xarakterin gələcək nəsillərə örnək ola biləcək xüsusiyyətləri haqqında kifayət qədər yazmaq olar. Amma indiki məqamda Prezident İlham Əliyevin hər bir Azərbaycan vətəndaşına və bütövlükdə dünya azərbaycanlılarına nişan verdiyi, gələcəyimizin inkişaf dinamikasının strategiyasını müəyyənləşdirəcək hədəflərdən söz açmaq istəyirəm. Bu hədəflərdən birincisi, heç şübhəsiz, 44 günlük Vətən müharibəsində və daha sonra nümayiş etdirdiyimiz milli birliyin, həmrəyliyin, mübarizə əzminin qorunub saxlanılmasıdır. Çünki məğlub ölkə və onun himayədarları hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyiblər. Şübhəsiz ki, Azərbaycan Ordusu müharibədən keçən dövr ərzində daha da güclənib, modernləşib və daim müasir dövrün çağırışlarına adekvat olaraq inkişaf etməkdədir. Silahlı Qüvvələrimiz istənilən təhdidin qarşısına ala, torpağımıza dikilən gözləri oya bilər. Amma Vətəni, dövləti, ordunu güclü edən ona içdən, könüldən bağlı olan insanların mənəvi birliyi, həmrəyliyi, mübarizə əzmidir. Hədəflərimiz və onların qarşısında dayanan maneələr böyükdür, amma keçilməz deyil. Yetər ki, arxayınlaşmayaq, haqdan, ədalətdən və Vətənimizə olan sevgidən ilham alan mübarizəmizi yorulmadan, usanmadan, fasiləsiz bir şəkildə davam etdirək. Yolumuza eyni əzmlə, eyni prinsipiallıqla davam etməli, mübarizəmizi qurucu, yaradıcı enerjiyə çevirməli, harada yaşamağımızdan asılı olmayaraq, düşüncəmizdə, sözümüzdə, əməlimizdə Azərbaycanımızı yaşatmalıyıq. Bir olmalı, diri olmalı, iri olmalıyıq! Millət, xalq öz arzularının, hədəflərinin böyüklüyü ilə böyüyür! Mübarizəsinə sahiblənən gələcəyinə sahiblənir!".

Onun sözlərinə görə, dövlətimizin başçısının nişan verdiyi digər hədəf isə tariximizin sistemli bir şəkildə öyrənilməsi, nəsillərdən-nəsillərə olduğu kimi, təhrif edilmədən ötürülməsi ilə bağlıdır. Çünki tarixin hər anı insanların, millətlərin, dövlətlərin talelərinə bağlıdır. Onun bircə anını belə kəsib götürə bilməzsən. Tarixə ədalətli münasibət göstərmədən gələcəyə qədəm qoymaq mümkün deyil. Unutmağa çalışdığın zaman kəsiyi səni hər zaman, onu layiqincə dəyərləndirdiyin ana qədər izləyəcək. Bu baxımdan, tariximizə münasibət ilk növbədə öz tərcümeyi-halımıza, keçdiyimiz yola hörmətlə yanaşmağımız deməkdir.

"Tarix həm də nəsillərarası körpülərin dayaq sütunudur" , - deyən siyasi ekspert bildirib ki, tarixini bilməyən xalqın keçmişi ilə bu günü, bu günü ilə gələcəyi arasındakı bağlar qırılır, nəsillər bir-birindən qopur və son nəticədə assimilyasiyaya uğramış fərdlərin təşkil etdiyi kütlə onun üçün hazırlanmış istənilən qəlibə uyğunlaşır, yırtıcı mədəniyyətlərin yeminə çevrilir. Yırtıcı mədəniyyətlərin yeminə çevrilməməyin yollarından biri və bəlkə də birincisi, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının öz ana dilini mükəmməl şəkildə bilməsi və bundan qürur duymasıdır. Çünki dil, sadəcə, ünsiyyət vasitəsi deyil. Özündə bir xalqın qan yaddaşını, tarixini, mədəniyyətini daşıyan, onun dünyagörüşünü formalaşdıran ən önəmli amildir. Dil yoxdursa, millət də yoxdur, onun tarixi də, mədəniyyəti də.

“Bu baxımdan, Prezident İlham Əliyevin Ana dili ilə bağlı tövsiyələrini azərbaycanlı olmağın və azərbaycanlı qalmağın düsturu kimi də qiymətləndirmək olar. Dövlətimizin başçısı bununla bağlı bildirdi: “Əlbəttə, çox istəyirik ki, ikinci, üçüncü nəsil azərbaycanlılar öz mədəniyyətinə bağlı olsunlar. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Burada onlar, ilk növbədə, Azərbaycan dilini bilməlidirlər. Burada, əlbəttə ki, təkcə ailələrdə Azərbaycan dilini yaşatmaq mümkündür, ancaq kifayət deyil. Ona görə Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində də biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir”.

Siyasi ekspert vurğulayıb ki, Zəfər Qurultayı şübhəsiz ki, Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır. Söhbət təkcə bu Qurultayın işğaldan azad edilmiş ərazilərimizdə, mədəniyyətimizin paytaxtı Şuşa şəhərində keçirilməsindən getmir. Səsləndirilən mesajlar, nişan verilən hədəflər dağınıq fərdi təşəbbüslər və xaotik çırpıntılar “mərhələsi”nin geridə qaldığını təsdiqləyir. İndi yol xəritədən, sistemli və peşəkar fəaliyyətdən keçir. Yolumuz uğurlu olsun!

Baxış sayı : 223
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir