2022-04-22 14:15:25 | İQTİSADİYYAT
“KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın nəticələrini açıqlandı

21 aprel 2022-ci il tarixində Bakı şəhərində “KOB-un alternativ maliyyəyə çıxışı problemləri” mövzusunda aparılan araşdırmanın nəticələrinin ictimaiyyətə çatdırılması ilə bağlı təqdimat keçirilmişdir.


Təqdimat Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “Kiçik və Orta Sahibkarlıq subyektlərinin alternativ maliyyə mənbələrinə çıxışının genişləndirilməsi” adlı layihə çərçivəsində reallaşmışdır. 

Həmçinin, tədbirə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  və Birgə İnvest MMC də tərəfdaşlıq etmişdilər.

Tədbiri giriş sözü ilə açan KOBİA-nın KOB-ların maliyyə mənbələrinə çıxışına dəstək şöbəsinin müdiri İlkin Əliyev dünyada baş verən proseslər çərçivəsində ölkəmizin beynəlxalq aləmdə rəqabətqabiliyyətliyinin artırılması, KOB-ların Azərbaycan iqtisadiyyatına töhfəsi və onların maliyyə mənbələrinə çıxışlarının təmini üzrə dövlətin apardığı tədbilər barəsində söhbət açmışdır. 

Daha sonra İqtisadi Resursların Öyrənilməsi mərkəzinin tədqiqatçısı, həmçinin layihənin rəhbəri i.f.d. Ruslan Atakişiyev “KOB-un Alternativ maliyyəyə çıxışı problemləri” mövzusundakı araşdırmanı iştirakçılara təqdim etmişdir. O, bildirmişdir ki, sahibkarların əksəriyyəti yüksək faiz dərəcələrindən, ağır girov şərtlərindən şikayət edir. Bununla yanaşı alternativ maliyyə mənbələrindən sayılan Vençur kapitalı, Kraudfandinq və payda iştirak kimi vəsait cəlb etmə yollarından biznes camiyyəsinin məlumatlılığının da çox aşağı olması faktını iştirakçıların diqqətinə çatdırdı. 

Sonda Birgə İnvest MMC-nin layihələr üzrə baş meneceri Elnur Quliyev “Dövlətin yeni maliyyə dəstəyi mexanizmi” mövzusunda çıxış etmişdir. Onun Azərbaycan bazarına yeni daixil olmuş, dövlət tərəfindən maliyyləşən Birgə İnvestin sahibkarlara ortaqlıq şərtləri ilə Faizsiz kredit verməsi və hətta  sərmayənin 30%-i miqdarında heç bir qarşılıq güdmədən pul yatırması ilə bağlı təqdimatı iştirakçıların böyük marağına səbəb olmuşdu. 

Tədbirdə KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Dövlət Vergi Xidmətinin, AZPROMO-nun, İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun, İnnovasiyalar Agentliyinin, Aqrar Tədqiqatlar Mərkəzinin, UNEC KOB Tədqiqat mərkəzinin nümayəndələri, tədqiqatçılar, doktorantlar, müəllimlər, sahibkarlar və tələbələrdən ibarət 50-dən şəxs çox şəxs iştirak etmişdir.

Fact-info.az


Baxış sayı : 286
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir