2022-04-22 09:15:52 | AKTUAL
“Əsgər nəfəsi” adlı kitabın təqdimatı olub

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpaqlarımızda dislokasiya olunan hərbi hissələrin şəxsi heyətlərinin digər təminatlarla yanaşı, mənəvi-psixoloji təminatı da diqqət mərkəzindədir. Müdafiə Nazirliyinin bu sahə üzrə məsul strukturlarının əməkdaşları yaxşı bilirlər ki, hərbi qulluqçuların döyüş ruhunun, vətənpərvərlik hissinin, mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması bütün uğurların əsasını təşkil edən amillərdəndir. Azərbaycan əsgərini zəfərdən-zəfərə aparan da məhz onun Vətənə, xalqa, dövlətə, ulu öndər Heydər Əliyevin ideyalarına, Ali Baş Komandanına bağlılığından, sevgisindən, sədaqətindən çox asılıdır.


 Fact-info.az xəbər verir ki, döyüş növbəsində ayıq-sayıq dayanaraq düşmən təxribatlarının qarşısını qətiyyətlə və mərdliklə alan, şanlı hərb tariximizə hər gün yeni bir səhifə yazan qalib ordunun döyüşçüləri ilə keçirilən növbəti tədbir – “Əsgər nəfəsi” kitabının təqdimatı da Vətən müdafiəçilərinin böyük ruh yüksəkliyinə səbəb olub.

“Əsgər nəfəsi” Azərbaycan əsgərinin kitabıdır. Azərbaycan əsgərinin Vətənə şərəfli xidməti, Hərbi Anda sədaqəti, Vətən müharibəsi cəbhələrində qazanılan möhtəşəm Qələbəni tərənnüm edən kitabdır. Bu kitab döyüş meydanlarında öz qanları ilə tarix yazan, adları tarixə yazılan ölməz şəhidlərimizin xatirəsinə sonsuz ehtiramı, onların ölməzliyinə inamı təcəssüm etdirən kitabdır.

Hələ Birinci Qarabağ müharibəsi zamanı igid oğullarımızın düşmənə qarşı son gülləsinə, son nəfəsinədək döyüşdüyü, 30 ilə yaxın düşmən tapdağında öz xilaskarının yolunu həsrətlə gözlədiyi və arzusuna çataraq bu gün rahat nəfəs aldığı Vətən torpağının bir guşəsində keçirilən kitab təqdimatı başlamazdan öncə şəhidlərin xatirəsi bir daha ehtiramla yad edilib, onların intiqamının alındığı qürur hissi ilə vurğulanıb.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani döyüşçüləri əldə etdikləri uğurlar, xidmətdə qazandıqları nailiyyətlər münasibətilə təbrik edib, ölməz şairimiz Səməd Vurğunun “Qoy, hər sözün ciyərilə nəfəs alsın bir qəhrəman” misrasını xatırladaraq “Əsgər nəfəsi” adlı kitabın təqdimatına başlayıb.

Əvvəlcə bu sanballı kitabın müəllifi, ehtiyatda olan mayor Rəşid Hüseynov şəxsi heyətə təqdim edilib. Bildirilib ki, yazıçı-jurnalist Rəşid Faxralı 67 il öncə Borçalı mahalında anadan olub. Faxralı kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin riyaziyyat və Bakı Dövlət Universitetinin jurnalistika fakültələrində təhsil alıb. Sonralar rayonun “Qələbə bayrağı” qəzetində müxbir, qəzetin redaktoru vəzifələrində çalışıb. 1989-cu ildən Bakıda yaşayır. “İnşaatçı”, “Ədalət” qəzetlərinin redaksiyalarında fəaliyyətini davam etdirib. 1992-ci ildən taleyini yeni yaranmaqda olan Milli Ordumuzla bağlayıb. Əvvəllər “Xalq Ordusu” adlanan indiki “Azərbaycan Ordusu” qəzetinin yaradılmasında, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin fəaliyyətində müstəsna xidmətləri olub. Birinci Qarabağ müharibəsi döyüşlərində səsi-sorağı tez-tez cəbhə bölgələrindən gəlib. Yazdığı məqalələr, hazırladığı reportajlar döyüşçülərə böyük ruh yüksəkliyi verib. Onun hər sözü ciyər olub yaralı əsgərə belə yeni nəfəs, yeni ruh verib.

Nəzərə çatdırılıb ki, Əməkdar jurnalist fəxri adına layiq görülən Rəşid Faxralı 40-dan çox kitabın, neçə-neçə sənədli filmin ssenari müəllifidir. Onun müxtəlif janrlı əsərlərinin baş qəhrəmanı isə mübariz, fədakar, qalib Vətən əsgəridir.

Qeyd edilib ki, müəllifin təqdim olunan yeni kitabı Vətən müharibəsi ərəfəsində, müharibənin gedişində və müharibədən sonrakı dövrlərdə yazdığı məqalə, reportaj, müsahibə, esse, poema və düşüncələrdən ibarət 496 səhifəlik topludur. Bu kitabda toplanan hər bir jurnalist yazısı istər müharibə ərəfəsində, istər müharibənin gedişində, istərsə də müharibədən sonra şəxsi heyətin mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin, döyüş əzminin, gələcəyə inamının ifadəsi, sözün həqiqi mənasında, Vətən müharibəsinin tarixidir.

Rəşid Faxralı əsgərləri salamlayıb, bu gün yenidən nəfəsini əsgər nəfəsinə qatdığı üçün özünü dünyanın ən xoşbəxti hesab etdiyini dilə gətirib. Döyüşçülər arasında həmişə olduğu kimi, yenə də özünü məğrur, qürurlu hesab etdiyini vurğulayıb və nə qədər ömür vəfa edərsə yenə də əsgər həyatından, Vətən oğullarının şücaətindən, fədakarlığından yazacağını, onların çətin, məsuliyyətli və şərəfli xidmətlərini tərənnüm edəcəyini bildirib.

Çıxış edən hərbi qulluqçular Rəşid Faxralının kitablarını, xüsusilə “Azərbaycan Ordusu” qəzetində dərc edilən məqalələrini sevə-sevə oxuduqlarını qeyd edib və müəllifə bundan sonra da yaradıcılıq uğurları arzulayıblar.

Döyüşdə, təlimlərdə və xidmətdə fərqlənən hərbi qulluqçulardan bir qrupuna müəllifin imzası ilə “Əsgər nəfəsi” kitabının nüsxələri təqdim olunub.

Vətən müharibəsi iştirakçısı polkovnik Seymur Həbibullayev şəxsi heyət adından müəllifə və qonaqlara minnətdarlıq edib və yeni-yeni əsərlərin qəhrəmanı olacaq Vətən müdafiəçilərinin Ali Baş Komandanın əmrlərinə bundan sonra da hər an hazır olduqlarını bəyan edib.

Baxış sayı : 254
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir