2022-04-22 08:10:46 | İQTİSADİYYAT
Cənubi Qafqazda münasibətlərin normallaşması iqtisadi və enerji sahəsində əməkdaşlıq üçün misilsiz imkanlar açır - Avropa Şurasının xarici əlaqələr üzrə üzvü

İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın tarixi torpaqlarının erməni işğalından azad edilməsi Cənubi Qafqaz regionunda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı üçün misilsiz imkanlar yaratdı.


İşğalın davam etdiyi 30 ilə yaxın blokadada qalan Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq nəqliyyat-kommunikasiya əlaqələrinə inkişaf etmək imkanı verilib. Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri iki ölkə arasında gələcək əməkdaşlığın əsas prinsiplərini birləşdirməli olan sülh müqaviləsinin hazırlanması üzərində işləyirlər. İşğalın davam etdiyi 30 ilə yaxın blokadada qalan nəqliyyat-kommunikasiya əlaqələrinə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq inkişaf etmək imkanı verilib. Hazırda Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri iki ölkə arasında gələcək əməkdaşlığın əsas prinsiplərini birləşdirməli olan sülh müqaviləsinin hazırlanması üzərində işləyirlər. Bunun ardınca Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq niyyətini açıqladı. İki ölkənin bu istiqamətdə fəaliyyət göstərən xüsusi nümayəndələri təyin edilib.

Bu faktı Trend-ə şərh edən Avropa Şurasının xarici əlaqələr üzrə baş elmi işçisi Aslı Aydıntaşbaş qeyd edib ki, Cənubi Qafqaz regionunda münasibətlərin normallaşması nəhəng iqtisadi potensial və enerji əməkdaşlığı üçün geniş imkanlar açır.

Onun sözlərinə görə, Cənubi Qafqazdakı nəqliyyat marşrutları Türkiyə üçün iqtisadi baxımdan əhəmiyyətli olmaqla yanaşı, həm də regionda regional sabitliyin açarıdır:

"İndi Ankara açıq şəkildə bəyan edir ki, o, Ermənistanla münasibətləri normallaşdırmağa açıqdır, lakin bunu Azərbaycanla, Ermənistan-Azərbaycan sülh prosesi ilə birlikdə etmək istəyir. Əgər region ölkələri münasibətlərin normallaşması istiqamətində irəliləyə bilsələr, bu, böyük iqtisadi potensiala və enerji əməkdaşlığına yer açacaq".

A.Aydıntaşbaş qeyd edib ki, Ermənistan-Türkiyə sərhədinin açılması həm də Türkiyə ilə Azərbaycan arasında ticarət potensialını və enerji əməkdaşlığını bir neçə dəfə artıracaq. Region kontekstində bu, məğlub olanları olmayan, lakin çoxlu qalibləri olan bir düsturdur:

"Region Türkmənistan və digər Mərkəzi Asiya ölkələrinin resurslarından da istifadə edərək əhəmiyyətli ticarət bloku yarada bilər".

Onun sözlərinə görə, Rusiyaya qarşı sanksiyalar bütün regional oyunçulara mənfi təsir göstərə bildikdə belə bir razılaşma xüsusilə vacibdir:

"Ermənistanla sərhədin açılması və Azərbaycanla birbaşa ticarət sayəsində Türkiyə, Ermənistan və Azərbaycan itkilərinin bir hissəsini kompensasiya edə bilər. Onlar həmçinin Avropaya çata biləcək və Avropanın artan enerji tələbatını qismən ödəyə biləcək əhəmiyyətli enerji dəhlizi yarada bilərlər".

Baxış sayı : 236
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir