2022-04-16 10:50:29 | AKTUAL
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb

Qubada “Media şəhidləri” parkında ötən il Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan jurnalist Məhərrəm İbrahimovun xatirəsi anılıb.

Fact-info.az "APA"ya istinadən xəbər verir ki, şəhid jurnalistin 40 yaşının tamam olması münasibətilə keçirilən tədbirdə Quba Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Məhərrəm İbrahimovun ailə üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və media təmsilçiləri iştirak edib.

XİN: Ordumuz dislokasiya yerlərinin dəqiqləşdirilməsini aparır, isteriyaya əsas yoxdur Uşaqlarda piylənmənin risk amillərinə dair tədqiqat aparılacaq Bu gün Bakıda 550-yə yaxın küçə yuyulub Tədbir iştirakçıları şəhid media nümayəndələrinin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri düzüblər, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək bildirib ki, Azərbaycanın media əməkdaşları şanlı Qələbəmizlə başa çatan Vətən müharibəsində döyüş bölgəsində şərəflə öz vəzifələrini yerinə yetiriblər. “Media şəhidləri” parkında erməni terrorunun qurbanı olan bütün media nümayəndələrinin, o cümlədən Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və AzTV-nin operatoru Sirac Abışovun xatirəsi əbədiləşdirilib.

Şəhid jurnalistin qardaşı Əsgər İbrahimov və bacısı Sevda Əsgərova çıxış edərək anım mərasimin təşkilatçılarına təşəkkür ediblər.

Tədbirdə Məhərrəm İbrahimovun şərəfli ömür yolu və jurnalistika fəaliyyəti barədə ətraflı məlumat verilib. Şəhid jurnalistin oğlu Uğur İbrahimov atasına həsr olunan şeir səsləndirib.

Mərasimin sonunda Məhərrəm İbrahimovun xatirəsinə həsr olunmuş şahmat turnirinin qalibləri mükafatlandırılıb, tədbir iştirakçıları “Media şəhidləri” parkı ilə tanış olublar.

Qeyd edək ki, 2021-ci il iyunun 4-də saat 11:00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər - AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olublar.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Məhərrəm İbrahimov və Sirac Abışov ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.

Baxış sayı : 185
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib