2022-04-15 09:55:44 | AKTUAL
Azad edilmiş ərazilərdə dislokasiya olan bölmələrin təminatı yüksək səviyyədədir - MN

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin xidməti-döyüş fəaliyyətinin təşkili, hərtərəfli təminatı və sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tapşırıqlar planlı şəkildə icra olunur.

Müdafiə Nazirliyindən verilən məlumata görə, çətin relyefli və sərt iqlim şəraitli ərazilərdə gecə və gündüz fasiləsiz xidmət aparan şəxsi heyətin döyüş qabiliyyətinin daha da artırılması, döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması üçün müasir tipli hərbi infrastruktur obyektləri inşa edilir, eləcə də digər zəruri tədbirlər həyata keçirilir.

Bu tədbirlər çərçivəsində azad olunmuş ərazilərdə hərbi avtomobillərin daima işlək və saz vəziyyətdə saxlanılması məqsədilə texniki xidmət və təmir məntəqələri, eləcə də akkumulyator sexləri yaradılır. Müasir avadanlıqlarla təchiz olunan məntəqələrdə avtomobillərə texniki xidmətin və plana uyğun mövsümi qulluğun göstərilməsi üçün hər cür şərait mövcuddur.

Texniki xidmət və təmir məntəqələrinə daxil olan avtomobil texnikalarında aşkar edilən nasazlıqlar təmir sexlərində qısa zaman ərzində aradan qaldırılaraq yenidən bölmələrin sərəncamına verilir.

Avtomobil texnikalarının fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə bu məntəqələr yüksək keyfiyyətli yanacaq-sürtgü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilir. Döyüş texnikalarının və hərbi nəqliyyat vasitələrinin texniki göstəricilərinin yüksək səviyyədə saxlanılması, həmçinin mövsümü tələblərə uyğun daim istismara hazır vəziyyətdə olması təmin edilir. Bundan əlavə, bu məntəqələrdə sex rəisi, çilingər, qaynaq və yuyunma otaqları, həmçinin AKB sexi və ZT anbarı da vardır. AKB sexi akkumulyator batareyalarına texniki xidmətin göstərilməsi üçün suyun distelə olunması, AKB doldurulması və saxlanılması otaqlarından ibarətdir.

Azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin diqqət və qayğısı sayəsində şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, maddi-texniki təminatının gücləndirilməsi, sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlər davam etdirilir.

Baxış sayı : 178
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir