2022-04-09 10:00:29 | İQTİSADİYYAT
Əlaqələndirmə Qərargahında Fransa Şirkətlər Hərəkatı – “MEDEF International” və Fransanın aparıcı şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Aprelin 8-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Fransa Şirkətlər Hərəkatı – “MEDEF International” təşkilatının baş icraçı direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin nümayəndələri ilə görüşüb.

Görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub. Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb. Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.

Fransanın görüşdə iştirak edən “Airbus”, “Alstom”, “Suez”, “Thales”, “Egis”, “Oberthur Cash Protection”, “Arverne Group” və digər qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə, yeni sahələr əhatə olunmaqla əməkdaşlığın genişlənməsinə maraq ifadə edilib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma layihələrində Fransanın işgüzar dairələrinin iştirak etmək niyyəti diqqətə çatdırılıb.

Baxış sayı : 354
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir