2022-04-09 09:45:20 | AKTUAL
Milli-mənəvi dəyərlərin qorunması ilə bağlı sayt yaradıldı

Sosial İqtisadi Araşdırmalar İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə həyata keçirdiyi “Milli- mənəvi dəyərlərin qorunması və yaşadılması” adlı layihəni başa vurub.

Təşkilatın sədri Fərqanə Əliyeva bildirib ki, layihə çərçivəsində https://atribut.info.az/ saytı yaradılıb. Onun sözlərinə görə, layihənin məqsədi milli dəyərlərimizin qorunması, yaşadılması və ətraflı şəkildə yeniyetmə gənclər arasında təbliğindən ibarətdir.

“Millətləri yaşadan milli-mənəvi dəyərlərdir. Bu dəyərlər xalqların birlik və ictimai həmrəylik içində yaşamasına, tarix səhnəsində öz yerini tutmasına şərait yaradır. Millətlər bu dəyərləri gələcək nəsillərə ötürdükləri qədər varlıqlarını qoruyub saxlayırlar”, -İB-nin sədri qeyd edib.

Onun sözlərinə görə, tarix səhnəsində ən uzun müddət qalan xalqlar, şübhəsiz ki, milli-mənəvi dəyərləri özündə cəmləşdirməyi bacarıblar. F.Əliyeva deyir ki, öz milli-mənəvi və əxlaq dəyərlərinə sadiq fərdlər yetişdirən cəmiyyətlər dövrün tələb etdiyi inkişaflara biganə qalmaması üçün heç bir səbəb yoxdur:

“Dil, din, tarix, adət və ənənələr, ailə institutu, müqəddəs zaman və məkanlar, bayraq, Vətən, Dövlət Himni kimi milli-mənəvi dəyərlərin formalaşdırdığı mədəniyyətin formalaşmasına diqqət yetirildikdə, bu dəyərlər ayrılmaz və bir-biri ilə iç-içə və bir-birini tamamlayır. Mədəniyyətimiz dinimizin gözəl prinsipləri ilə yoğrulmuşdur. İctimai həyatımızın ahəngdar və möhkəm şəkildə davam etdirilməsində, gənclərimizin yetişdirilməsində mənəvi dəyərlərimizin, milli mədəniyyətimizin böyük töhfələri unudulmamalıdır”.

Fact-info.az

Baxış sayı : 312
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir