2022-04-06 08:25:49 | İQTİSADİYYAT
AİB Azərbaycan iqtisadiyyatı üzrə proqnozunu yaxşılaşdırıb

Asiya İnkişaf Bankının (AİB) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda real ÜDM-in artım tempi 3,7% təşkil edəcək.

AİB-in yeni "Asian Development Outlook 2022" hesabatına görə, bu bankı sonunuc sentyabr proqnozu ilə müqayisədə 1,2 faiz bəndi çoxdur. 2023-cü ildə isə 2,8%-lik artım gözlənilir.

Hesabatda bildirilir ki, 2022-ci ildə neft hasilatının artımının daha zəif olacağı, 2023-cü ildə azalması səbəbindən karbohidrogen gəlirləri daha aşağı olacaq. Qaz hasilatı, o cümlədən "Şahdəniz-2"də istehsal olunan qazın həcmi artacaq.

"İstehsal da daxil olmaqla sənayedə artımın 2022-ci ildə 2,5%-ə və 2023-cü ildə 2,7%-ə enəcəyi proqnozlaşdırılır. Qarabağ bölgəsində infrastrukturun yenidən qurulması üçün güclü investisiya isə tikinti sektorunun 2022-ci ildə 2,7% və 2023-cü ildə 2,5% genişlənməsinə kömək edəcək", - hesabatda bildirilir.

AİB qeyd edir ki, pərakəndə ticarətdən və turizmdən asılı olan xidmət sektorunun artımı 2022-ci ildə 5,2%, 2023-cü ildə 3,% təşkil edəcəyi proqnozlaşdırılır. Bununla belə, kənd təsərrüfatının 2023-cü ildə 5,5%-ə qədər artmasında əvvəl 2022-ci ildə 6% artacağı gözlənilir. Hökumətin yanacaq subsidiyaları və lizinq proqramının Rusiya və Ukraynadan ərzaq tədarükünün azalması fonunda yerli kənd təsərrüfatı istehsalını artıracağı gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycan iqtisadiyyatı real ifadədə 5,6% artıb. ÜDM istehsalının 42,5%-i sənaye, 10,1%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,9%-i tikinti, 1,8%-i informasiya və rabitə, 1,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 17,2%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 8,4%-ini təşkil edib.

Baxış sayı : 277
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir