2022-04-04 16:10:37 | AKTUAL
Aprel döyüşləri - Aprel dərsləri!

“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir!”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin mart ayında səsləndirilmiş bu fikirlər 44 günlük Zəfər müharibəsinin leytmotivinə çevrildi.

2016-cı ilin 2-6 aprel tarixində baş vermiş döyüşlər Qarabağda 1994-cü ildə əldə edilmiş atəşkəsdən sonra Azərbaycan və Qarbağda yerləşən erməni seperatçıların qanunsuz hərbi birləşmələri arasında baş vermiş ən şiddətli döyüş olmuşdur. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan istiqamətində yollar düşməndən azad olunmuşdur.

5 aprel 2016-cı il tarixində hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəşkəs müqaviləsi imzalanmışdır. Buna baxmayaraq, Ermənistan tərəfindən dəstəklənən seperatçı qüvvələr atəşkəs imzalamadan bir neçə saat sonra onu dəfələrlə pozmuşdur. Azərbaycan Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad etmişdir, ancaq Ermənistan tərəfi bu ərazinin ölçüsünün sadəcə 800 hektar olduğunu və heç bir strateji əhəmiyyətə malik olmadığını iddia edirdi. Aprel hadisələri Ermənistan üçün dərs olmalı idi lakin miflə, xəstə təfəkürlə yaşayan erməni xalqı heç bir nəticə çıxartmadı.

Aprel döyüşləri Qafqazın ən güclü ordusu olan Azərbaycan ordusunun 2 istiqamətdə qiymətləndirlməsi üçün mühüm hadisə kimi də dəyərləndirə bilərik.

1) Döyüş hazırlığı,

2) Ruh yüksəkliyi.

Həmin dövrdə ordumuzun qeyd etdiyimiz kateqoriyalar üzrə göstəriciləri hədsiz dərəcədə yüksək olmuşdur. Bu iki konponent ordunun əsas vacib elementi hesab edilir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə 2018-ci il tarixində Bakıda Azadlıq Meydanında keçirilən təntənəli hərbi paradda ordumuzun arsenalında olan 240-dan çox hərbi texnika, gəmilər, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar nümayiş olunmuşdur.

Paradda Azərbaycan Silahlı Qüvəllərinin Ali Baş Komandanı Prezident İlham Əliyev təntənəli çıxışında bildirdi:

“Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan ordusu dünyanın güclü orduları sırasındadır. Ordu quruculuğu əsas vəzifəmizdir”.

Cənab Prezident təntənəli çıxışında Aprel döyüşlərinə toxunaraq bildirir ki, Azərbaycan Ordusu işğalçını cəzasız qoymadı, onlara layiqli cavab verdi, onları yerinə oturtdu, uğurlu əks-hücum əməliyyatı keçirərək işğal edilmiş torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdi. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi, iki min hektar ərazi təmizləndi.

Uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Lakin bundan sonra biz yenədə Ermənistan tərəfin revanşist hərəkətlərinin şahidi olduq. Ermənistanın Baş Naziri Nikol Paşinyan 2019-cu ilin may ayında Şuşanın işğalının 27-ci ilini qeyd etmək üçün bu işğalda rol oynamış və əli dinc azərbaycanlıların qanına batmış Sərkisyan da daxil olmaqla, bir çox erməni rəsmisi ilə Şuşaya gələrək Cıdır düzündə şərab içib, yallı getdilər.

Qeyd edək ki, Paşinyanın bu addımı Azərbaycan tərəfindən kəskin reaksiya doğurdu Azərbaycan Xarici İşlər Nazirliyi hadisələrin bundan sonrakı mümkün inkişafı ilə bağlı bütün məsuliyyətin Ermənistan rəhbərliyinin üzərinə düşdüyünü bildirdi. XİN bəyanatında deyilirdi: “Bütün beynəlxalq ictimaiyyət və beynəlxalq təşkilatlar Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır. Ermənistan rəhbərliyi nə qədər tez bu reallığı dərk edərsə və ilk növbədə öz əhalisini aldatmağa son qoyarsa, bir o qədər də tez bölgədə sülh, sabitlik və dayanıqlı inkişaf təmin olunar”. Saxta qəhrəmanlardan yaratdıqları miflə yaşayan erməni xalqı və onun reallıqdan uzaq düşmüş rəhbərliyi bütün bu olanlardan dərs çıxartmaq əvəzinə öz çirkin və işğalçı siyasətlərini davam etdirdilər.

Azərbaycan xalqı tarixi Aprel döyüşlərindən çıxardığı nəticələr bizi 44 günlük Zəfər müharibəsinə və şanlı qələbəyə apardı! Aprel döyüşləri bizim qələbəmizin müjdəçisi oldu!

Ermənistan Baş Naziri Nikol Pşinyanın 6 apreldə Brusseldə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Avropa Şurasının prezidenti Şarl Mişelin birgə görüşü zamanı sülh danışıqlarına başlamaqla bağlı mesajı revanşist qüvəlləri yenidən hərəkətə gətirib. Onlar bu görüşün əleyhinə mitinqlər təşkil etməyə cəhd edirlər. Bütün bunlar ermənilərin toplum olaraq nə qədər reallıqdan uzaq düşdüyünü və tarixdən ibrət götürmədiklərinin göstəricisidir.

Artıq bütün dünya Qafqazda sülhün və sabitliyin qarantı Azərbaycan olduğunu dərk edir!

Şabran rayonunun Zeyvə kəndində Aprel döyüşlərində qəhrəmancasına vuruşaraq şəhid olmuş Babək Vəfadar oğlu Abidovun ailəsi ilə xatirə şəkilləri...

Sadiq Qurbanov

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Baxış sayı : 323
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir