2022-03-31 07:55:13 | İQTİSADİYYAT
Ekoturizmin kəndin sosial imkişafında rolu

.

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “ Xaçmaz Kənd Təsərrufatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Kəndlərdə Ekoturizmin inkişaf etdirilməsi sahəsində maarifləndirmə işlərinin təşkili ” layihəsi çərçivəsində 30.03.2022-ci il tarixdə Xaçmaz rayonunun Nabran kəndinin aktiv nümayəndələrinin iştirakı ilə təlim keçirildi.

21 nəfərin iştirak etdiyi təlimdə layihə koordinatoru Famil Baxışov giriş sözü ilə layihənin məqsədi üzrə iştirakçıları geniş şəkildə məlumatlandırdı. Təlimçi Fərrux Əsgərov kəndlərdə ekoturizmin necə inkişaf etdirilməsi haqqında kəndin aktiv nümayəndələrinə ətraflı məlumat verdi. Kənd qonaq evlərinin vəziyyətinin və ətraf mühitin ekoloji vəziyyətinin yaxşılaşdırılmasının vacibliyini vurğuladı. Qonsu ölkələrdə olan ekoturizm haqqında müsbət yenilikləri bu sahəyə tətbiq edilməsindən danışdı. Xaçmaz Turizm İnformasiya Mərkəzinin nümayəndəsi Pərviz Məmmədov çıxış edərək, qəsəbə sakinlərini bu işdə fəal olmağa çağırdı və ekoturizm, kənd turizminin inkişaf etdirilməsinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin diqqət mərkəzində olduğunu qeyd etdi. Təlim kənd sakinləri tərəfindən maraqla qarşılandı və geniş müzakirələr aparıldı. Sonra kəndin aktiv nümayəndələri çıxış edərək kənddə bu işlərin görülməsi üçün icmanın yaradılması effektli və məqsədə uyğun olduğunu bildirdi.

Deyilənləri nəzərə alaraq kəndin aktiv nümayəndələrinin təçəbbüsü ilə icma yaradıldı.İcmaya 5 nəfər səsvermə yolu ilə üzv seçildi.İcmaya sədr Tarıverdiyev Mahir səsvermə yolu ilə seçildi. İcma üzvləri öz növbəsində çıxış edərək ekoturizmin inkişafının davamlı olaraq yerlərdə təmənnasız məsləhət verəcəklərini, dəniz və meşə ətrafında olan çiriklənmış əraziləri kənd əhalisinin köməyi ilə təmizlənməsinə nail olacaqlarını bildirdilər. İcma üzvləri turların təşkil edilməsi üçün əllərindən gələni edəcəklərinə söz verdilər və davamlı olaraq bu işlə daimi məşğul olacaqlarını qeyd etdilər.. Kənd turizmin inkişafında “ Xaçmaz Kənd Təsərrufatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Famil Baxışov və Xaçmaz Turizm İnformasiya Mərkəzinin nümayəndəsi Pərviz Məmmədov lazımı lazımı köməklik göstərəcəklərini bildirdilər.

İştirakçılar tərəfindən təlim yüksək qiymətləndirildi.Kənd icra nümayəndəsi və Bələdiyyə sədri öz növbəsində çıxış edərək bu tədbirlərdə icma üzvlərinə yaxından kömək edəcəklərini bildirdilər. İcma üzvü Salahova Nəzakət bu sahədə kənd turizmin inkişafı əvvəlki illərə nisbətən inkişaf etdiyini bildirdi. İştirakçılar təlimdən tam razı olduqlarını və yerlərdə analoji təlimlərin mütəmadi keçirilməsinə ehtiyacın olduğunu bildirdilər.

Baxış sayı : 257
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir