2022-03-29 16:00:56 | AKTUAL
Əcnəbi alim işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparacaq

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Almaniyanın Bohum Universitetinin Sülhün Tədqiqi və Beynəlxalq Humanitar Hüquq İnstitutunun professoru Hans Yoahim Hainze ilə görüş olub.

Komitədən verilən məlumata görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial siyasətin prioritetlərindən biri kimi qaçqınlara və məcburi köçkünlərə daim qayğı göstərildiyini, bu kateqoriyadan olan insanların problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın xüsusi diqqət yetirdiyini qeyd edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev torpaqlarımızın işğaldan azad olunmasından sonra yaranmış situasiya haqqında qonağa ətraflı məlumat verib. Eyni zamanda, almaniyalı alimin Azərbaycan haqqında tədqiqatlarının və çap olunmuş əsərlərinin Cənubi Qafqaz regionundakı vəziyyət barədə həqiqətlərin dünya birliyinə çatdırılmasında əhəmiyyətli rol oynadığı vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurda qayıdışı və reinteqrasiya prosesi, bununla əlaqədar qarşıya çıxan hüquqi məsələlər və mövcud qanunvericiliyin beynəlxalq normalar əsasında təkmilləşdirilməsi ilə bağlı təkliflər barədə görüşdə geniş fikir mübadiləsi aparılıb.

Səmimi qəbula və maraqlı söhbətə görə minnətdarlıq bildirən H.Y.Hainze ölkəmizə postmünaqişə dövrünün çağırışları və işğalın hüquqi nəticələrinə dair tədqiqatlar aparmaq üçün gəldiyini, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında bu təqdiqatların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, sədrin müşaviri Nəsimi Nərimanov, Hüquq və kadrlar şöbəsinin müdiri Ziya Məmmədov, Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və “Vətən səsi” qəzetinin baş redaktoru Elşən Əliyev iştirak edib.

Xatırladaq ki, professor H.Y.Hainze, eyni zamanda, Almaniya Xarici İşlər Nazirliyinin nəzdində Alman Diplomatik Akademiyasının məruzəçisidir. Onun Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı monoqrafiyası 2016-cı ildə alman dilində, BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrə dair hüquqi rəyi 2020-ci ildə ingilis dilində nəşr edilib.

Baxış sayı : 262
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir