2022-03-22 07:15:46 | AKTUAL
II Qarabağ müharibəsinin Şəhidi Elmar Nəbiyevin bu gün doğum günüdür

"Şəhidlər ölməz, Vətən bölünməz" kitabında daha bir qəhrəmanımız haqqında məlumatlar yer alıb. Həmin qardaşımızın bu gün doğum günüdür.

Dinimizdə, peyğəmbərimizin kəlamlarında Şəhidlərimiz ən uca varlıq kimi göstərilib. Biz xalq olaraq bu müsbət ənənələrə sadiq qalaraq Şəhidlərimizin tanıdılması və bu müsbət tendensiyanı gələcək nəsillərə bir örnək olaraq çatdırmaq üçün belə müqəddəs işləri görməyi qərara gəldik.

Şəhid qardaşlıarımız ən ali məqama yüksələn şəxslərdir. Torpaqlarımızın azadlığı uğrunda canını fəda edən minlərlə igidimizdən biri də şəhid Nəbiyev Elmar Elman oğludur.

Nəbiyev Elmar 22 mart 2001-ci ildə Bakı şəhəri, Pirallahı rayonunda anadan olmuşdur. 2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub. Məktəb illərində idmanla məşğul olub. Kosiko ko idman növündə həmişə keçirilən turnirlərdə 1-ci və 2-ci yerləri tutaraq kubok, medal və diplomlarla təltif olunub. Bundan əlavə keçirilən futbol yarışlarında da iştirak edən qəhrəmanımız bu sahədə də diplom və medallarla təltif olunub. Hələ 8 yaşı olarkən məktəbin fəal şagirdlərindən biri kimi “İstedadlar sorağında” kitabında onun haqqında da məqalə yazılıb.

Elmar 2018-ci il 186 nömrəli məktəbi bitirib həmin ildə də Odlar Yurdu Kollecinin Bank işi fakültəsinə (qiyabi) qəbul olub. Elmar subay idi. O, 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin əvvəlcə Ağcabədi rayonunda, sonra isə Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub.

Azərbaycan Ordusunun əsgəri olan Elmar Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Döyüş meydanında böyük fədakarlıq göstərən hər bir Azərbaycan əsgəri kimi, Elmarın əsas məqsədi tarixi torpaqlarımızı düşməndən azad etmək idi. O, müqəddəs amallar uğrunda son ana qədər vuruşur. Elmar Nəbiyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı Şəhid olub. Bakı şəhərinin Pirallahı rayonunda dəfn olunub.

Şəhidimizin anası Çiçək xanımın verdiyi məlumata görə, Elmar Aşağı Alıxanlı istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb. Döyüş yoldaşları bildirib ki, bir müddət Elmar huşsuz vəziyyətdə olub. Sonradan dünyasın dəyişib. Elmar Nəbiyevin bu gün ruhu şaddır. Onun böyük amallar uğrunda döyüşdüyü Azərbaycan torpaqları azad olundu. Elmar kimi qəhrəmanlarımızın döyüşkən ruhu, qorxmazlığı nəticəsində Azərbaycanın qüruru, ərazi bütövlüyü özünə qayıtdı.

Bu qayıdış tariximizin ən möhtəşəm səhifəsinə çevrildi. Tarixşünaslıqda bu qəhrəmanlıq səhifəsi hər zaman qeyd olunacaq. Gələcək nəsillər üçün qürur mənbəyinə çevriləcək. Şəhid valideynlərinin, ailələrinin nisgilini anlayırıq. Lakin Şəhidlərimiz elə bir şücaət göstəriblər ki, onlar böyük bir nəslin fədakar, milli ruhda yetişməsində örnək oldular.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Nəbiyev Elmar ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin digər 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Şəhid Nəbiyev Elmar Elman oğlu "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Məkanı cənnət olsun.

Fact-info.az

Baxış sayı : 498
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir