2022-03-18 10:00:39 | MÜSAHİBƏ
Məmməd Əhmədzadə: "Ermənistan konstruktiv mövqe tutmalıdır"

İtaliyanın aparıcı mətbuat orqanlarından olan “L’Opinione” qəzetində Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadənin jurnalist Domeniko Letiziaya müsahibəsi dərc edilib.

“Azərbaycan səfiri: Gələcək yaxşı qonşuluqdadır” başlığı ilə dərc olunmuş müsahibənin əvvəlində italyan jurnalist Azərbaycanın son günlər yenidən İtaliya media məkanının xüsusi diqqətində olduğunu, bunun da əsas etibarilə ölkəmizin zəngin karbohidrogen ehtiyatlarına malik olmasından, Avropa, xüsusilə də İtaliya üçün etibarlı neft və qaz təchizatçısı Azərbaycanı İtaliya və Avropa institutlarına hər zaman yaxın edən geosiyasi dinamikalardan qaynaqlandığını deyib. Bildirilib ki, 2021-ci ildə Azərbaycan İtaliyanın xam neft təchizatında birinci, habelə TAP boru kəməri sayəsində isə təbii qaz təchizatında üçüncü yeri tutub. Ermənistanla Azərbaycan arasında münaqişənin bitməsinə baxmayaraq, son günlər iki ölkə arasında yeni insidentlərin müşahidə olunduğunu deyən jurnalist Qafqaz regionundakı hazırkı reallıqların düzgün şəkildə qiymətləndirilməsinin, bu bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi üçün göstərilən səylərə xələl gətirə biləcək hər hansı hərəkətlərdən çəkinməyin vacibliyini qeyd edib, bunun Aralıq dənizi bölgəsi üçün də əhəmiyyətini anlamağın və İtaliyanın iqtisadi dinamikası üçün də son dərəcə vacib olduğunu vurğulayıb. D.Letizia bölgədəki son proseslər, xüsusən də Azərbaycan və Ermənistan arasında baş verənlərə aydınlıq gətirmək üçün Azərbaycanın İtaliyadakı səfirindən müsahibə aldığını bildirib.

Jurnalistin son günlər Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında insidentlərin hansı səbəbdən baş verdiyi sualına cavab olaraq M.Əhmədzadə deyib ki, baş verənlər Ermənistan tərəfinin törətdiyi təxribatlardan qaynaqlanır və belə təxribatlar həm Ermənistanla Azərbaycan dövlət sərhədində, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində müşahidə olunur. Ermənistan tərəfinin dövlət sərhəddəki təxribatlardan delimitasiya məsələsində irəli sürmək istədiyi ilkin şərtləri əsaslandırmaq üçün istifadə etdiyini deyən səfir iki dövlət arasında sərhədlərin delimitasiyası prosesində Azərbaycanın mövqeyinin aydın olduğunu bildirib. “Delimitasiya və demarkasiya məsələsi Ermənistan-Azərbaycan komissiyası çərçivəsində həll edilməlidir və bu komissiyanın işə başlaması üçün ilkin şərtlər qəbuledilməzdir. Bu proses beynəlxalq hüquqa və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət əsasında aparılmalıdır. Ermənistan bu məsələdə ciddi irəliləyiş əldə etmək istəyirsə, heç bir ilkin şərt qoymamalı, beynəlxalq hüquqa əsaslanan konstruktiv mövqe tutmalıdır”, - deyə səfir vurğulayıb.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində baş vermiş insidentlərə gəldikdə isə M.Əhmədzadə bunun Ermənistan tərəfindən üçtərəfli Bəyanatın şərtlərinin davamlı şəkildə pozulması ilə əlaqəli olduğunu deyib. O qeyd edib: “2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli Bəyanata əsasən, Rusiya sülhməramlılarının yerləşdirilməsinə paralel olaraq Ermənistan ordusu Azərbaycanın həmin ərazilərindən çıxarılmalıdır. Əslində isə baş verən odur ki, Ermənistan ordusu nəinki əraziləri tam tərk etməyib, hətta həmin ərazilərdə Ermənistan ordusunun mövqelərini möhkəmləndirmək üçün vaxtaşırı olaraq istehkamların tikintisinin aparıldığı da müşahidə olunur. Bunun Azərbaycan ərazisində baş verməsi yolverilməzdir və biz dəfələrlə erməni tərəfinə xəbərdarlıq etmişik. Lakin buna cavab olaraq Ermənistan ordusu tərəfindən təxribatlar törədilir və belə olan təqdirdə Azərbaycan silahlı qüvvələri tərəfindən də adekvat cavab verilir. Dəfələrlə qeyd olunduğu kimi, Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünə və əhalinin təhlükəsizliyinə hər hansı mümkün təhlükəni dərhal dəf edəcək”.

Avropa Parlamentinin 2022-ci il 10 mart tarixli məlum qətnaməsi ilə əlaqədar jurnalistin sualına münasibətdə səfir Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sözügedən qətnaməyə dair bəyanat qəbul etdiyini bildirib və fikirlərində geniş şəkildə həmin bəyanatdakı məqamlara istinad edib.

Jurnalistin Azərbaycanın Ermənistanla necə bir gələcək təsəvvür etdiyi sualına cavab olaraq M.Əhmədzadə bunun Azərbaycanın digər qonşularına münasibətdə yürütdüyü və hamının faydalandığı dinc yanaşı yaşama və mehriban qonşuluq siyasəti olduğunu qeyd edib. Səfir Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna heç bir cavab verilmədiyini bildirib. Növbəti addım kimi bir neçə gün öncə iki dövlət arasında münasibətlərin yaradılması üçün baza prinsiplərinə dair Azərbaycanın təkliflərinin vasitəçilər tərəfindən Ermənistana təqdim edildiyini, həmin təkliflərin iki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsiplərini əks etdirdiyini vurğulayıb və həmin prinsipləri sadalayıb. İki dövlətin məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönələn danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra biləcəyini deyən diplomat münasibətlərin normallaşması prosesinə başlanması üçün bu təklifə Ermənistan tərəfindən konkret cavab verilməsini gözlədiyimizi, bu prosesdən Ermənistanın faydalanacağını bildirib.(Azərtac)

Baxış sayı : 332
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir