2022-03-14 13:40:13 | AKTUAL
Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

İmperiya iddiaları Rusiyanı və ümumilikdə dünyanı görün, nə günə qoyub.

Ukrayna ilə müharibənin vaxtı uzandiqca, insan təlafatlarının sayı artdıqca Rusiyanın fəlakətli vəziyyəti daha da ağırlaşacaq. Ukrayna Rusiya müharibəsinin taleyinin həll olunduğunu demək hələlik tezdir. Lakin bu müharibədən sonra dünyanın siyasi və iqtisadi arxitekturası dəyişəcək. İqtisadi tənəzzülün, fantastik bahalaşmanın, böyük maliyyə itkilərinin baş verməsi gözləniləndir. Amma burada bir maraqlı tendensiya ortalığa çıxmaqdadır. Bu da ondan ibarətdir ki, artıq dünya imperiya iddialarına yox deyir!

Ukraynada dağıntıları, dinc insanların rus silahlıları tərəfində amansızlıqla qətlə yetirilməsi səhnələrini görən dünya ictimaiyyəti müharibə cinayətlərini törədənləri heç zaman bağışlamayacaq. Bu fəlakətlərdən sonra Moskvanın göz yaşlarına heç kim inanmayacaq

Bundan əlavə müstəqil dövlətlərə qarşı imperiya ideoloqlarının süni olaraq yaratdığı təhdid rıçaqları tədricən aradan qalxacaq. Həmçinin separatizmin keçmiş SSRİ məkanındakı müstəqil dövlərlər üçün çox ağır bəla olduğunu çoxları anlamaqdadır. Separatizmin kökününün kəsilməsi regionun sabitliyi üçün vacib faktotlardan biri olacaq. İmperiya iddialarından və separatizmdən əziyyət çəkən ölkələr baş vermiş Rusiya Ukrayna müharibəsindən ciddi nəticələr çıxarıb regionda sabitliyin möhkəmlənməsində vahid platformadan çıxış etməyə məhkumdurlar.

Müşahidələr göstərir ki, Rusiya Ukrayna müharibəsi uzun müddət çəkməyəcək. Postmüharibə dövründə isə qanlı qətllərdə rolu olan şəxslərin beynəlxalq məhkəmə qarşısına çıxarılması şübhəsizdir.

Əkrəm Bəydəmirli

Baxış sayı : 372
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir