2022-03-13 11:10:33 | AKTUAL
“Türk inteqrasiyası-30” adlı kitabın təqdimatı olub

Beynəlxalq Türk Akademiyasının təşəbbüsü və təşkilatçılığı ilə “Türk inteqrasiyası-30” adlı kitabın təqdimatı keçirilib.

Onlayn formatda təşkil edilən tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva son 30 ilə yaxın regionda baş vermiş siyasi hadisələrdən, türk xalqları arasında mədəni-humanitar əməkdaşlıqdan danışıb.

“Günümüzdə türk dünyasında bir sıra ciddi siyasi-fəlsəfi, mədəni-əxlaqi və sosial-psixoloji problemlər vardır. Bu problemləri türk dünyasına aid hər bir yazar, araşdırmaçı, ya da elm insanı bilməkdədir. Bu cür problemlərin haradan qaynaqlanması, onun doğurduğu nəticələrlə bağlı bəlkə də on minlərlə məqalə, yüzlərlə kitab yazılıb. Ancaq türk dünyasının problemlərinə həsr olunmuş yazılarda çatışmayan cəhətlərdən biri də həmin məsələ barədə, sadəcə, danışmaq olub və onun həlli yolları göstərilməyib” , - deyə komitə sədri diqqətə çatdırıb.

Onun sözlərinə görə, türk dünyasının bu günü və gələcəyi türkçülüyün hansı istiqamətdə inkişafından asılıdır. Əgər türkçülük təxminən 2-3 yüz il bundan əvvəlki bütövlüyünü, bir sözlə insanlıq fəlsəfəsini ortaya qoyarsa, o zaman yeni bir sivilizasiya yaranacaqdır: “44 günlük Vətən müharibəsi bu həqiqəti bizə aydın şəkildə göstərdi. Biz ortaq türk qurumlarının, beynəlxalq Türk Akademiyasının mənəvi dəstəyini, qardaş ölkələrimizin aydınlarının, qardaş xalqlarımızın həmrəyliyini unutmayacağıq”.

Q.Paşayeva bildirib ki, ötən ilin noyabrında elan olunmuş Türk Dövlətləri Birliyi çağdaş tariximizin çox önəmli hadisəsidir. Bu ulu yolda Türküstan piri Əhməd Yəsəvinin dediyi kimi, türkçülük – qədərimiz, din – seçimimiz, insanlıq isə vəzifəmizdir. Şübhə etmirik ki, yaxın zamanlarda türk birliyi tam gerçəkliyə çevriləcək və türk milləti yenidən dünyada ədalətin, əxlaqın, bir sözlə, insanlığın carçısı olacaqdır!”

Q.Paşayeva qardaş türk xalqlarının tarixi birliyi, çağdaş dönəmdə müstəqil türk respublikaları arasında sosial-mədəni işbirliyinin inkişafı üçün atılan addımlar, eləcə də qloballaşma ortamında türk dövlətlərinin müstəqil dövlətçiliyinin təmin olunması kimi məsələlərə toxunub.

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Darxan Kıdırəliyə, akademiyanın fədakar kollektivinə təşəkkür edən komitə sədri müstəqil türk dövlətlərinin keçdiyi yola işıq salan çoxsaylı elmi məqalələrin yer aldığı “Türk İnteqrasiyası-30” adlı kitabda onun da məqaləsinin dərc olunduğuna görə təşəkkür edib, qarşıdan gələn Novruz bayramı münasibətilə bütün iştirakçıları, onların timsalında türk dünyası ziyalılarını təbrik edib.

Baxış sayı : 263
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir