2022-03-10 09:15:41 | AKTUAL
Qarabağ savaşının əfsanəvi döyüşçüləri: Şəhid iki qardaş-FOTO

Vətən sevgisi millətə,torpağa, milli dəyərlərimizə bağlılıqdan yaranır

Məhz bu sevgidən güc alan insan ən yüksək məqama, Şəhidlik zirvəsinə ucalır. Bu müqəddəs yüksəkliyə ucalan Şəhidlərimizin ruhları rahatlıq tapır. Bu dəfə söhbət açacağımız şəxslər bizə möhtəşəm qələbə bəxş edən, döyüş meydanlarında tarix yazan Məmmədzadə İman və Bəhrəm qardaşlarıdır. Şəhidlərimizdən bəhs edən “Şəhidlər ölməz, Vətən bölünməz” kitabının mövzusuna uyğun olaraq mart ayının 8-də Məmmədzadə İman və Bəhrəm qardaşlarının valideynləri ilə görüşdüm.

II Qarabağ savaşının əfsanəvi döyüşçüləri olan, bu, iki qardaş eyni anda, eyni məkanda Şəhid olublar. Bu iki qardaşın valideynləri heç zaman təmkinini pozmayan atası Elman bəyə, mələksimalı, nur çöhrəli anası Hicran xanıma biz hər zaman borcluyuq. Çünki bu, insanlar iki cəngavər övlad böyüdüb, hər ikisini cəbhəyə göndəriblər. Böyük döyüş yolu keçərək hər ikisi şəhid olub. Məkanları cənnət olsun.

44 günlük Vətən müharibəsində iki övladını döyüşə göndərən valideynlər qəhrəmandır. Şəhid olmuş qardaşların İman və Bəhrəm Məmmədzadələrin həyatına, keçdiyi döyüş yoluna nəzər salaq.

Əzəmətini qoruyub saxlayan Şəhidimizin atası Elman kişi övladları haqqında fikirlərini açıqlayıb: "Böyük oğlum İman 1998-ci il sentyabrın 14-də, kiçik oğlum Bəhrəm 2000-ci il aprel ayının 18-də Lerik rayonunda anadan olub. Orta təhsillərini Xəzər rayonu Binə qəsəbəsindəki 117 nömrəli məktəbdə alıblar. Hər ikisi ali təhsilini Rusiyada davam etdirmişdi. Öncə Həştərxan Dövlət Universitetində təhsil alıblar. Daha sonra bir erməni müəllimlə problem yarandığına görə, Samara Dövlət Universitetinə göndərişlə gediblər. Orada isə turizm sektoru üzrə təhsillərini davam etdiriblər. Hər ikisi həddindən artıq vətənpərvər idi, qürbətdə ölkəmizi layiqincə təmsil etməyi də bacarırdılar. Uşaq yaşlarından ikisi də idmana maraq göstərmişdi. İman ağır atletika, Bəhrəm cüdo ilə məşğul olub. Hər ikisi dəfələrlə medal və diplomlarla təltif olunub. Bəhrəm iştirak etdiyi beynəlxalq cüdo yarışının finalında erməni rəqibini məğlub edərək birinci yeri tutmuşdu. Onun qələbəsi naminə üçrəngli bayrağımız ucaldılmışdı. Ali təhsillərini başa vurduqdan sonra 2019-cu ilin iyunun 5-də Vətənə qayıtdılar. Hərbi xidmətə yola düşdülər”.

Şəhidimizin atası bir anlıq sükuta dalır. O, keçmişə və gələcəyə nəzər salaraq fikirlərini davam etdirir: “Ömürlərinin müəyyən qismini qürbətdə keçirməklərinə baxmayaraq, hər zaman Vətən sevgisi ilə yaşadılar, ölkəmizi uğurla təmsil etməyi bacardılar. İstər təhsil ocağında, istərsə də idman sahəsində üçrəngli bayrağımızı layiqincə dalğalandırıblar. İman və Bəhrəm tək mənim deyil, Azərbaycan xalqının şəhid övladlarıdır. Onların dostları bizi unutmurlar, tez-tez ziyarətə gəlirlər. Vətən müharibəsində mənim oğullarım da iştirak etdilər. İman və Bəhrəmin timsalında bütün şəhidlərimizlə fəxr edirəm. Demək istəyirəm ki, milli ləyaqətimiz məhz qəhrəman oğulların sayəsində mövcud olur. Qürurlanırıq ki, övladlarımız şəhidlik zirvəsinə yüksəliblər”.

Elman kişi göz yaşları içində söhbətə davam edir: “2020-ci ilin oktyabr ayının axırları ildi. Biz çox narahat idik. Çünki uşaqlarla əlaqə saxlaya bilmirdik. Bu zamanm mənim telefonuma zəng gəldi. Gizir zəng vurub dedi ki, uşaqların əmisi ilə danışmaq olarmı? Dedim nə var özümə de. Dedi ki, uşaqlar şəhid olub. Hər ikisi son gülləyə qədər döyüşüb. İman vurulub, yıxılıb. Bəhram komandirdən soruşub ki, niyə qardaşımın səsi gəlmir. Komandir baxıb ki, artıq İman keçinib. Amma Bəhrama deyib, narahat olma, qardaşın şok keçirib. Həmin vaxt Bəhramı da vurublar. Hər iki oğlum eyni vaxtda, eyni saatda həlak olub. Döyüşlər vaxtı bir an belə bir-birindən ayrılmayan İman və Bəhrəm döyüşlər boyunca ölümün gözünə dik baxıblar. Komandiri İmana deyəndə ki - siz iki qardaşsınız, bir-birinizi qorumalısınız - oğlum cavab verib ki, burada yüzlərlə qardaşımız var, onların hər biri üçün şəhid olmağa hazıram. Oğullarım haqqında keçmiş zamanda danışmaq çətin olsa da, bilirdim ki, övladlarımın heç biri digərini yalnız qoymazdı. Onların ya hər ikisi evə qayıdacaqdı, ya da hər ikisi şəhid olacaqdı. Təhsilləri də bir, xidmətləri də bir, döyüş yolları da bir, şəhidlikləri də bir. Anaları Hicran xanımla təsəllimiz odur ki, Vətən üçün canını fəda edən iki qəhrəman oğulumuz var. Vətənə layiq iki övlad yetişdirməyimizdi təsəllimiz. Şərəfli ömür yaşadılar”.

Şəhid atası Elman Məmmədzadə döyüşlər vaxtı İman və Bəhrəmin komandirləri ilə görüşünü də xatırladı. "Komandirləri məni qucaqlayaraq dedi ki, döyüşün gedişində Bəhrəmlə birlikdə yaralanıb. Bəhrəm qolundan, komandiri isə ayağından xəsarət alıb. Təkidlə ona xəstəxanaya getmək tapşırılsa da, o, qardaşı İmanı tək qoymayacağını söyləyərək, xəstəxanaya getməkdən imtina edib. İman döyüşlərdə yaralıların və şəhidlərin təxliyəsində iştirak edib. İdmanla məşğul olması onu qorxusuz bir döyüşçü kimi formalaşdırmışdı. Onları bu dünyada ölüm də ayıra bilmədi”. Bəhrəm və İmanın anası Hicran xanım övladlarının uşaqlıq illərinə nəzər salaraq deyib: “Bu uşaqlar kiçik yaşlarından bir yerdə olublar. Biz onları elə tərbiyələndirirdik ki, hər zaman bir-birlərinə dəstək olsunlar. Onlarda bu mehribanlıq, bir yerdə çalışmaq istəyi uşaqlıq illərindən olub. Hətta II Qarabağ savaşı başlayan zaman dəfələrlə onlara komandirləri də təklif edib ki, biriniz arxa cəbhədə olun, digər biriniz ön cəbhədə. Bu təkliflə heç biri razılaşmır. Hər iksi bir yerdə döyüşəcəklərini bildirirlər. Görünür, buna görə də Allah bunları ayırmır. Bir yerdə öz dərgahına, Şəhidlik zirvəsinə aparır”.

Hicran xanımı qəhərlənsə də övladlarının əvvəlki illərinə qayıdaraq fikrini davam etdirir: “Bu uşaqlar kiçik yaşlarından başlayaraq, demək olar ki, hər zaman hallalığa, xeyirxahlığa meylli olublar. Orta məktəbdə oxuduqları dövrdə bir dəfə dərsdən qayıdan zaman əllərində böyük bir təndir çörəyi gördüm. Soruşdum mən sizə pul verməmişəm bu çörəyi hansı puldan almısınız? Mənə bildirdilər ki, ana, bu pulu tapmışıq. İstədik çörəyə verib evə gətirək, birlikdə yeyək. Bu uşaqlar ailəyə bağlı olduqları qədər ətrafdakı ehtiyacı olan insanlara qayğıkeş olublar. Biz Rusiyada, Həştərxanda yaşadığımız vaxtı bizim qonşuluqda ehtiyac içərisində, kimsəsiz rus qocaları yaşayırdı. Bəhrəmla İman sanki onları himayəmizə götürmüşdü. Demək olar ki, hər gün onların yeməklərini bu uşaqlar aparıb verirdi “.

Hicran xanım övladları ilə son görüşünü xatırlayır: “Biz müharibənin ən qaynar dövründə, oktyabr ayının 13-də Füzuli rayonunun Kürdmahmudlu kəndində Bəhrəm və İmanla görüşdük. Xeyli söhbət etdik. Onlar həmişəki kimi çox şən idilər. Biz ayrılandan sonra İman yenidən qayıdıb gəldi və böynumu qucaqlayaq uca səslə, sanki qışqıraraq deyirdi: “Şəhidləri unutmayın”. Elə bil onların ürəyinə dammışdı ki, Şəhid olacaqlar”.

Bəhrəm və İmanın komandir müavini olmuş leytenant Əfqan Məlikov şəhid qardaşlar haqqında fikirlərinin açıqlayıb: “Mən sonradan Cəbrayılda onlarla bir bölükdə tanış olduq. Birlikdə döyüş tapşırıqlarını yerinə yetirirdik. Bəhrəm və İmanın qardaşları qorxu nə olduğunu bilməzdilər. Bu insanlar həm peşəkar döyüşçü, həm də hər bir döyüş yoldaşına qarşı mərhəmətli insan idi. Mən son döyüşümüzü xatırlayıram. Qırmızı bazar istiqamətində döyüş tapşırığını yerinə yetirməliydik. Brinci bölüyün icra edəcəyi bu çətin tapşırığa Bəhrəm və İman qardaşları qatılmışdı. Hər ikisi son gülləyə qədər döyüşdü. İman vurulmuşdu. Bəhram soruşdu ki, niyə qardaşımın səsi gəlmir? Mən baxdım ki, artıq İman keçinib. Amma Bəhrama dedim ki, narahat olma, qardaşın şok keçirib. Həmin vaxt Bəhramı da vurdular. Hər iki qardaş eyni saatda Şəhid oldu. Mən çox ağır yaralanıb huşumu itirdim. Özümə gələndə gördüm ki, bizimlə döyüşə gələn əsgərlərimiz Şəhid olub. Mən iki gün sürünə-sürünə gəlib öz hərbi hissəmizə çatdım. Ondan sonra məni hospitala çatdırdılar”.

Bu iki Şəhid qardaşla bağlı xatırlanmalı çox məqamlar olmasına baxmayaraq, bu yerdə söhbətimizə nöqtə qoyuruq. Otağın hər tərəfində Şəhid qardaşların şəkilləri, divarda asılmış fotoları, masa üzərində şəxsi əşyaları, idmanda qazandıqları diplomlar və döyüşlərdə göstərdikləri şücaətə görə təltif edildikləri medalları xatirə olaraq qalır. Hər iki qardaş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Fact-info.az

Baxış sayı : 440
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib