2022-03-04 18:50:17 | AKTUAL
Milli Məclisin komitə sədri şəhid ailələri ilə görüşüb

Milli Məclisin komitə sədri Sadiq Qurbanov Siyəzən və Şabran rayonlarında şəhid ailələri ilə görüşüb.

Müvəkkil Hüquq Mərkəzi “Şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının hüquqlarının təşviqi” layihəsi çərçivəsində Siyəzən-Şabran rayonunda hüquqi maarifləndirici tədbir keçirib. Fact-info.az xəbər verir ki, Siyəzən Mədəniyyət Mərkəzində keçirilən tədbirdə salamlama nitqi ilə çıxış edən 54 saylı Şabran-Siyəzən Seçki Dairəsinin deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə həyata keçirdiyi şəhid ailələrinə, qazilərimizə, müharibə iştirakçılarına yönəlik siyasətinin əsas qayəsini şəhid adlarının əbədiləşdirilməsi, qazilərimizin sağlamlığının təmin edilməsi, bu həssas qrupa aid olan şəxslərin sosial rifahının yaxşılaşdırılması təşkil edir: “Vətəndaş cəmiyyəti institutlarının bu sosial qruplara yönəlik layihələrini alqışlayıram. Hesab edirəm ki bu layihələr davamlı olmalı Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi bu sahəni daimi diqqətdə saxlamalıdır”.

Tədbirdən sonra millət vəkilli Sadiq Qurbanov hər bir şəhid ailəsi ilə fərdi söhbətlər aparıb onların problemləri ilə maraqlanıb. Tədbir iştirakçıları millət vəkilinə öz təşəkürlərini çatdırıblar.

Həmin günü komitə sədri Sadiq Qurbanov Şabran Rayon Heydər Əliyev Mərkəzində eyni məzmunda keçirilən tədbirə qatılıb. Tədbirdə Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Yeni Azərbaycan Partiyasının rayon təşkilatının sədri Mehdi Balabəyov, Heydər Əliyev Mərkəzinin rəhbəri Təvəkül Əliyev də iştirak ediblər.

Tədbirdə şəhdi adlarının əbədiləşdirilməsi ilə bağlı geniş müzakirə keçirilib, təkliflər səsləndirilib. Şabran rayon ərazisində salınacaq Zəfər müharibəsinə və şəhidlərimizə həsr edilmiş “Dəmir yumruq” parkının eskiz layihəsi təqdim edilmişdir. Millət vəkili Sadiq Qurbanov yeni salınacaq parkın yaşıllıqla təmin olunmasına yardım edəcəyini bildirib.

Publisist Hacı Malik Xəlil Ağagül oğlu Şabran şəhidlərinə həsr olunmuş "Qısa ömrün uzun illəri" adlı kitabı millət vəkili Sadiq Qurbanova təqdim edilib. Tədbir İştirakçıları komitə sədri Sadiq Qurbanova öz təşəkürlərini bildiriblər.

Qeyd edək ki, Siyəzən və Şabran rayonlarındakı tədbir çəçivəsində əlli nəfərdən artıq şəhid ailəsi fərdi qaydada dinlənilərək olnların problemləri ilə maraqlanılıb.

Baxış sayı : 375
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib