2022-02-27 10:00:43 | AKTUAL
"Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması prosesi davam edir

Neçə-neçə igid əsgərimiz Şəhidlik zirvəsinə yüksəldi. Şəhidlərimizin tanıdılması istiqamətdə atılan addımlardan biri "Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması və çapı olacaq. Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində "Şəhidlər ölməz-Vətən bölünməz" kitabının mövzusuna uyğun olaraq Xəzər rayonu ərazisində 25 artıq Şəhidimiz haqqında məlumatlar toplayırıq. Bu dəfə daha bir qəhrəmanımız, Şuşanın azad olunmasında Şəhid olan Hüseynov Sənan Vidadi oğlundan söhbət açırıq.

1996-cı il aprelin 1-də Qazaxıstanın Aktau şəhərində anadan olan Sənan əslən Füzuli rayonunun Qacarlar kəndindəndir. 2008-ci ildə ailəsi ilə birlikdə Azərbaycana gəldikdən sonra Bakı şəhəri Xəzər rayonu 149 nömrəli tam orta məktəbdə təhsilini tamamlayıb. 2014-cü ildə hərbi xidmətə gedib. Kəşfiyyat bölüyündə qulluq edib. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Sənan Hüseynov 2016-cı ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmət zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. Azərbaycan Ordusunun əsgəri olan Sənan Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü olaraq vuruşmuşdur. Füzulinin, Qubadlının, Cəbrayılın, Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sənan Hüseynov 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur. Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun .2021-ci il tarixli Sərəncamına əsasən Sənan Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.

Şəhidimizin bacısı Səbinə xanım Sənanla bağlı uşaqlıq xatirələrini dilə gətirib: “Sənan məndən bir yaş böyük olub. O, çox mehriban, istiqanlı olsa da, çox nadinc olub. Qorxu nə olduğunu bilmirdi. Ona görə, onunla bir çox hallarda yola getmirdik. Biz Qazaxıstanda doğulsaq da sonradan Azərbaycana, Bakı şəhərinin Binə qəsəbəsinə köçmüşük. Burada orta təhsilimizi almışıq. O, Azərbaycan tarixinin vurğunu idi. Həmişə tarix müəllimi ilə mübahisə edirdi. Hətta tarix müəllimi bəzən onun bu, diskusiyalarından yorulub bizə şikayət edirdi. Bəlkə də Sənanda tariximizə, milli dəyərlərimizə olan maraq idi ki, o, II Qarabağ savaşında böyük ürəklə döyüşə getdi. Sənan bəzi problemlərə görə, ali təhsil ala bilməsə də,amma öz ideyalarını tətbiq etməklə biznes qurmaq istəyirdi. Sənanda digər bir xüsusiyyəti vardı. Bu da futbola olan böyük maraq idi. Bəlkə də futbolu, dünya çemionatlarını, bu oyunları baxmağı həyat amalına çevirmişdi. Bütün bu ideyaları, böyük arzuları qardaşım gerçəkləşdirə bilmədi. Müharibənin son günlərində 2020-ci ilin 7 noyabrında şəhadətə qovuşdu”.

Sənanın döyüş yoldaşı Sahil Rzayev 44 günlük müharibəyə nəzər salıb: “Mən Sənanla 42 gün birlikdə döyüş yolu keçmişəm. Kəşfiyyat dəstəsində olduğumuza görə, hər zaman ən qaynar nöqtələrdə, öndə olurduq. Mən döyüş zaman iki dəfə kontuziya almışam. Ona görə, yaddaşımda bəzən problemlər olur. Bir dəfə Füzulinin Aşağı Veysəlli kəndində düşmənlə döyüşlərdən sonra eıə bir yer vardı ki,orada bir müddət qalmalı olduq. Oktyabr ayı idi. Mənim əynimdəki geyimlərim nazik olduğuna görə, çox üşüyürdüm, demək olar ki, soyuqdan yata bilmirdim. Biz növbə ilə qisa müddətə yatırdıq. Mən yatan zaman Sənan üstümə ağac yarpaqları yığırdı ki, üşüməyim. O, cəsur olduğu qədər qayğikeş, mərhəmətli idi. Onun qorxmazlığı, hərbi bacarığı digər döyüş yoldaşlarımıza yaxşı təsir bağışlayırdı”.

Yaddaş xatirəsinə nəzər salan Sənanın döyüş yoldaşı Sahil Rzayev daha sonra əlavə edib: “2020-ci ilin noyabrın əvvəli idi. Biz Şuşa istiqamətində döyüşürdük. Elə bir şərait yarandı ki, bizim əsgərlərimizin yeməyi tükənmişdi. Çox təhlükəli yollarla, təxminən 3 km yol qət edib ərzaq, yemək gətirmək lazım idi. Bu zaman yenə Sənan iki əsgər götürüb, bu işin öhdəsindən gəldi. Çox çətinliklə olsa da vaxtında əsgərlərimizin qidalanma məsələsi həll oldu. Mənim yaddaşım imkan vermir. Sənanla bağlı o qədər danışılmalı söhbətlər var”.

Fact-info.az

Baxış sayı : 413
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir