2022-02-25 11:00:16 | CƏMİYYƏT
Əli bəy Hüseynzadə irsi

Milləti diri, canlı saxlayan, güclü-qüvvətli edən onun milli və mənəvi dəyərləridir. Özünə, kökünə bağlı nəsillər bu dəyərlərə sadiq olub onları keçmişdən günümüzə daşıyan, unutdurulan mirasına sahib çıxan, yenidən bərpa edib xalqa təhvil verən, təbliğ edən həqiqi comərd və səxavətli insanlardır.

Millətin mirasına sevgi və şəfqətlə yanaşıb onları müqəddəs əmanət kimi qorumaq məsuliyyət sahibi insanlarla bərabər, bu istiqamətdə fəaliyyət göstərən qurumların da işidir. Dünyada mövcud olan bir gerçəklik var ki, hər nəsil özündən sonrakı nəsillərə bir miras əmanət edir. Biz də Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu olaraq özümüzdən öncəki nəslin, babalarımızın əmanətini bizdən sonrakı nəsillərə tanıtmaq və təbliğ etməyi özümüzə qayə halına gətirmişik.

bu fikirlər “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunusun “Əli bəy Hüseynzadə irsi” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.

Fondumuzun layihələrindən ilki olan, ictimai fikir tariximizdə önəmli yer tutmuş “Füyuzat” jurnalının bərpası ilə Əli bəy Hüseynzadənin bu mənəvi irsinə varislik edirik. MİMTA Fondunun ilk elmi araşdırması olan “Füyuzat” yüz il sonra – 2007-ci ildən yenidən nəşr edilməyə başlandıqda dərgidə Əli bəyin bizlərə yadigar qoyub getdiyi elmi, mənəvi irsini yaşatmağı qarşımıza məqsəd qoyduq. Məramımız onun ərsəyə gətirdiyi, lakin dövrün təlatümləri ilə öz nəşrini 32-ci nömrədə dayandıran bir dərgini layiqincə yaşatmaq və ülvi məqsədlərinə çatdırmaqdır.

Əli bəy Hüseynzadənin şəxsi kolleksiyasından bəhs edən kitab-albom bu ülvi məqsədin həyata keçirilməsi istiqamətində atılan addımdır.

Bu kitab-albomda XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanın böyük mütəfəkkiri, milli məfkurənin yaranmasında, milli maarifçilik hərəkatının tərəqqisində, mətbuat və mədəniyyətimizin inkişaf yoluna qədəm qoymasında, dövlət quruculuğunun formalaşmasında böyük xidmətləri olan, bu yolda bir fədaiyə çevrilən Əli bəy Hüseynzadənin mirası toplanmışdır.

Məlumdur ki, Əli bəy sadəcə Qafqazda – Azərbaycanda deyil, Türkiyə və digər müsəlman xalqlar içərisində sayılıb-seçilən şəxslərdən olmuşdur. Turan fikrinin – türkçülüyün “Ana yasa”sını konsepsiyalaşdıran və sonradan Azərbaycan bayrağında simvollaşdırılan bu fikirlər milli şüarımız kimi hər zaman öz əbədiyaşarlılığını qoruyacaqdır. XX əsrdə ətrafına Azərbaycanın, eyni zamanda türk dünyasının ziyalılarını toplayaraq böyük “Füyuzat” ədəbi fikir məktəbini quran maarifçi pedaqoq göstərdiyi xidmətləri ilə milli istiqlal düşüncəsinin yolunu açmış, hürriyyət və istiqlalımıza istiqamət vermişdir.

Onun Azərbaycan və türk dünyası qarşısında etdiyi xidmətləri danılmaz bir həqiqətdir. Kitab-albom bu imanlı turan sevdalısının qızı Feyzavər xanım Alpsar tərəfindən Azərbaycan hökumətinə hədiyyə olunan sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalardan ibarət materiallardır.

Fondumuz bu layihəni Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və İstiqlal Muzeyi ilə birlikdə hazırlayıb kitablaşdıraraq millətimizə təqdim edib.

İnanırıq ki, 2022-ci ildə Əli bəyin füyuzatçılıq mirasını davam etdirən MİMTA Fondunun müasir “Füyuzat”ın 15 illiyinə verdiyi bu gözəl töhfə xalqımız və onun ziyalıları tərəfindən rəğbətlə qarşılanacaq.

“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus

Baxış sayı : 334
Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir Zaur Məmmədov: Prezident İlham Əliyev müsahibəsində regiondakı proseslərə müdaxilə etmək istəyənlərə çox vacib mesajlar verdi Ərdoğan: “Türkiyə özünü əsas silah istehsalçısı və təchizatçısı kimi təsdiqləyib” Britaniyadakı Azərbaycan icması “Mehdinin Xidmətçiləri Birliyi”nin terrorçu təşkilat kimi tanınmasını tələb edir Şuşa ... Tarixi sükut nələr danışır - Solmaz Rüstəmova-Tohidi yazır Prezident İlham Əliyev AzTV-yə müsahibə verib "Azad edilmiş ərazilərdə kənd təsərrüfatı üçün çox münbit təbii şərait var" - Prezident Şuşa ilə bağlı yeni layihənin icrasına başlanılıb Azərbaycan Ordusu Buzdux və digər hakim yüksəkliklərdə mühəndis işləri görür Ukraynanın yenidən qurulması üçün beynəlxalq konfrans keçiriləcək "Tarix yazan oğullar" və "Qarabağın fatehləri" kitablarının təqdimatı keçirilib Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib