2022-02-25 08:40:48 | AKTUAL
“Xocalıya ədalət” hər birimizin şüarı olmalıdır!

Bəşəriyyət bu günə qədər çox sayda insanlığa qarşı cinayət və vandalizm aktları ilə qarşılaşıb. Bunlar sırasında terrorizm, etnik təmizləmə və soyqırımı xüsusi yer tutur.

Çox təəssüflər olsun ki, Azərbaycan xalqı da bu acı tale ilə üzləşib, soyqırımına, etnik təmizləməyə məruz qalıb, uzun illər işğalçı və terrorçu siyasətin nəticələrindən əzab - əziyyət çəkib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal etməsi, dinc əhaliyə qarşı soyqırımı törətməsi isə bəşər tarixinin ən qanlı faciələrindən biridir. Xocalı qətliamı bəşəriyyətin sağalmaz – qanayan yarası, insanlığın üz qarası – utanc mənbəyidir.

Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır.

1994-cü ilin fevralında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib. Bundan sonra faciənin dünyada tanıdılması istiqamətində sistemli fəaliyyətə start verilib.

Artıq 30 ildir ki, bu qətliamın təşkilatçıları və icraçıları cəzasızlıq mühitindən faydalanırlar, beynəlxalq hüquq qarşısında məsuliyyətə cəlb edilməyiblər, layiqli cəzalarını almayıblar. Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər – güc mərkəzləri məsələnin hüquq müstəvisində dəyərləndirilməsi və ədalətin bərpa olunması üçün müvafiq addımlar atmalı – zəruri təşəbbüslərlə çıxış etməlidirlər. Çünki Xocalı soyqırımı insan hüquqları və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın və digər bir sıra konvensiyaların ciddi şəkildə pozulmasıdır. Hər addımda özlərini “hüquq müdafiəçisi”, “demokratiya jandarmı” kimi aparan dövlətlərin, təşkilatların susqunluğu təəccüb yaratmasa da, təəssüf və ikrah hissi doğurur!

Ümummilli Liderimiz Heydər Əliyev deyirdi: “İnanıram ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmlənməsi, sərhədlərinin toxunulmazlığının və ərazi bütövlüyünün təmin edilməsi Xocalı şəhidlərinə və xalqımızın bütün qəhrəman övladlarına ucaldılan möhtəşəm abidə olacaqdır”. Ulu Öndərin ruhu şaddır, çünki Onun bu arzusu həyata keçdi. İkili standartlara, ədalətsizliklərə rəğmən, Vətən müharibəsində tarixi Qələbə qazanan, işğalçıları, terrorçuları döyüş meydanında cəzalandıran Azərbaycan Xocalı cəlladlarının da ədalət mühakiməsinə cəlb edilməsinə nail olacaq. Gec və ya tez – bu, qaçılmaz və labüddür!

Azərbaycan dövləti Xocalı faciəsinin dünyada soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş aparır, ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Hər il paytaxt Bakıda və bölgələrimizdə Xocalı faciəsinin ildönümü tədbirləri keçirilir, tarixi yaddaşımız yenilənir. Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, konsulluqlarında və diaspor təşkilatlarında soyqırımı ilə bağlı tədbirlər təşkil edilir, xarici və yerli kütləvi informasiya vasitələrində qanlı qırğını əks etdirən materiallar yayılır və internet şəbəkəsində mütəmadi olaraq yenilənir. Bununla yanaşı, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondu bu məsələləri xüsusi diqqət mərkəzində saxlayır. 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası uğurla davam etdirilir. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunan anım tədbirləri təşkil edilir, xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər keçirilir, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən sənədli və bədii filmlər nümayiş olunur.

“Xocalıya ədalət” kampaniyasının uğurla davam etdirilməsi nəticəsində Xocalı soyqırımının adı İsveçdə yaradılmış və virtual aləmdə geniş vüsət almış mükəmməl “Beynəlxalq Müharibə Qurbanları Memorialı” arxiv layihəsinə daxil edilib və Srebrenitsa, Xolokost, başqa yerlərdə törədilmiş soyqırımları və qətliamlarla bir sırada çəkilib. Ümumiyyətlə, bu genişmiqyaslı kampaniya Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində görülən işlərə - uğurlu diplomatiyaya mühüm dəstək kimi böyük əhəmiyyətə malikdir. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, bir sıra ölkələrin parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Bəzi ölkələrin parlamentləri, eləcə də ABŞ-ın 22 ştatının icra və qanunvericilik orqanları isə Xocalı soyqırımını qətliam kimi qiymətləndirərək qətiyyətlə pisləyiblər.

Buna baxmayaraq, Xocalı faciəsinin dünyada tanıdılması – erməni yalanlarının ifşa olunması istiqamətində beynəlxalq miqyasda işlər davam etdirilməlidir. Bu, bizim milli məsələmizdir, tarixi və qan yaddaşımızdır, ona görə də vəzifəsindən, statusundan asılı olmayaraq, hər kəs prosesə öz töhfəsini verməlidir. Xüsusilə nəzərə almalıyıq ki, XXI yüzillik informasiya əsridir, ona görə də müasir texnoloji vasitələrdən istifadə etməklə internet məkanında təbliğatı mükəmməl şəkildə davam etdirməliyik. Sosial şəbəkələrdə xarici dil biliyi yüksək səviyyədə olan gənclərdən ibarət qrupların təşkili və aktiv fəaliyyət göstərməsi, gənclər təşkilatlarının beynəlxalq qurumlarla və xarici ölkə vətəndaşları ilə təmaslarında bu milli məsələnin gündəmdə saxlanılması əhəmiyyətlidir. Digər tərəfdən, xarici dil biliyi olan jurnalistlərin – media nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Ən əsası, diaspor təşkilatlarımız artıq öz fəaliyyətlərini yeni tələblər əsasında qurmalı, virtual platformaya da transfer olunmalıdırlar. Dövlət diaspor təşkilatlarına hər cür dəstək verir, düşünürəm ki, cəmiyyətimiz də bu istiqamətdə fəal olmalı, öz dəstəyini əsirgəməməlidir. Unutmaq olmaz ki, bizim tarixi Qələbəmizi və ermənilərin məğlubiyyətini şərtləndirən çox mühüm amillərdən biri də diplomatiya və informasiya cəbhəsində uğurlu fəaliyyət oldu.

Tarixdən dərs almalı, amma tarixi unutmamalıyıq. Bunun üçün hər birimiz milli missiya və fərdi, ictimai məsuliyyət daşıyırıq. “Xocalıya ədalət” hər birimizin şüarı olmalıdır!

Fatma Yıldırım

Milli Məclisin deputatı

Baxış sayı : 298
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir