2022-02-18 09:30:40 | AKTUAL
Ermənilərin tarix saxtakarlığı: 5 əsrlik qalanın üzərinə zəng qülləsi tikib qriqoryan kilsəsi adlandırıblar

Ermənilər tarixboyu mədəniyyət abidələrimizi dağıdıb və saxtalaşdırıblar. Buna sübut kimi Qərbi Zəngəzur regionunun Gorus şəhərində Əlidərə kəndində yerləşən qalanı göstərmək olar.

Fact-info.az-ın məlumatına görə,bunu Trend-ə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.

F.İsmayılov bildirib ki, min illərə şahidlik edən bu kənd ermənilər tərəfindən dağıdılaraq tamamilə məhv edilib, 200-dən çox tarix və mədəniyyət abidəsinin yalnız bünövrələri qalıb. Kəndin qədim yaşayış evləri, inzibati binaları, məscid, kilsə və monastır komplekslərinin bir çoxunun bünövrələrini belə müəyyənləşdirmək çox çətindir:

O bildirib ki, Əlidərə kəndi Qərbi Zəngəzur regionunun Gorus şəhərindən 23 kilometr, Oxçuçayın sahilindən şimali-qərb istiqamətində 69 kilometr məsafədə dəniz səviyyəsindən 1300-1350 metr yüksəklikdə yerləşir.

"Kəndin bir neçə kilometr cənub-şərq istiqamətində Oxçuçayın sol sahilində qədim qəbiristanlıq yerləşir. Qəbiristanlıqda 1265-ci ilə aid qəbir daşları, qəbrüstü abidələr öz mövcudluqlarını indiyədək qoruyub saxlayır. Əlidərə kəndindən Qafan şəhəri istiqamətində, Oxçuçaya baxan hündür təpədə Əlidərə Qalası adlandırılan müdafiə istehkamı var. Qalanın 1611-ci ildə inşa edildiyi güman edilir. Əlidərə qalası Azərbaycan memarlığının ən möhtəşəm nümunələrindən hesab olunur.Əlçatmaz hündür bir ərazidə möhtəşəm müdafiə istehkamının yaradılması abidəni oduqca maraqlı və baxımlı edir.

Lakin ermənilərin 2010-cu ildə Qaladakı binaların birini təmir edərək üstündə zəng qülləsi tikib erməni Qriqorian kilsəsi kimi təqdim etmələri daha bir vandallığın acı nəticəsidir. Bu fəaliyyət abidələrin mühafizəsi və bərpası işlərində qəbul edilmiş Beynəlxalq Konvensiyaların müvafiq maddələrinə zidd olsada, ermənilər bu qanuna zidd əməllərdən on illər boyu istifadə etməklə özlərinə Cənubi Qafqazda saxta tarix yaradırlar", - deyə F.İsmayılov qeyd edib.

Baxış sayı : 297
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir