2022-02-02 18:00:01 | AKTUAL
"Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması prosesi davam edir

Neçə-neçə igid əsgərimiz Şəhidlik zirvəsinə yüksəldi. Şəhidlərimizin tanıdılması istiqamətdə atılan addımlardan biri "Şəhidlər ölməz-Vətən bölünməz" kitabının hazırlanması və çapı olacaq.

Azərbaycan Respublikasının QHT-yə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Zəfər tariximizə postmüharibə dövründə Vətəndaş Cəmiyyətinin töhfəsi” layihəsini həyata keçirir. Layihə çərçivəsində "Şəhidlər ölməz-Vətən bölünməz" kitabının mövzusuna uyğun olaraq Xəzər rayonu ərazisində 25 Şəhidimiz haqqında məlumatlar toplayırıq. Növbəti baş çəkdiyimiz ünvan Şəhid Natiq Namiq oğlu Əhmədovun ailə üzvləri oldu.

Xatırladırıq ki, Natiq Əhmədov 1997-ci il, mart ayının 9-da Bakı şəhərində anadan olub. 86 saylı orta məktəbi bitirib. Kompüter texnologiyaları üzrə təhsilini davam etdirib. Buna baxmayaraq bərbərlik sənətini seçmişdir. Arzusu peşəkar usta olmaq idi. Natiqin 6 yaşı olanda anası xərçəng xəstəliyindən vəfat etmişdi. O, ana niskili ilə yaşasa da mehriban, çalışqan, xeyirxah olub. Üç bacısı və Natiq atasının və ana nənəsinin sevgisi ilə böyümüşdü. Amma buna baxmayaraq Natiq anasının yoxluğunu həmişə duyub. Evin ən kiçiyi olmasına baxmayaraq həyatı dərk edən, igid, xeyirxah, çalışqan, mehriban olub. Həmişə öz xeyir əməlləri ilə mehribanlığı ilə hamının sevgisini qazanıb. İnsanlara kömək etmək onun ən böyük istəklərindən biri olub.

Natiq, sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə qoşulur. Gedərkən yalnız bacısına xəbər verir. Natiqin atası Namiq təcili yardımda işlədiyindən, əsgər gedənlərin tibbi müayinəsi ona da həvalə olunubmuş. Şəhidimizin atası Namiq kişi həmin günü belə xatırlayır: “Həmin gün xəstəxanada növbətçi idim. Gecə saat 1-də Natiqi yoldaşları ilə birgə döyüşə özüm yola saldım. Oradan zəng edirdi ki, ata, salamatçılıqdır, irəliləyirik. Yaxşı olacaq, sizin intiqamınızı alacağıq, erməniləri qovacağıq torpağımızdan. Füzulidə döyüşürdü. Oktyabrın 11-i sübh tezdən mənə zəng etdi, dedi ki, ata, hücuma gedirik Hadruta. Oradan ola bilər ki, əlaqə saxlaya bilməyim. Ağır döyüşlər gedir, haqqını halal elə. Amma narahat olma, sən mənimlə həmişə fəxr edəcəksən”.

Natiq Əhmədov Hadrut döyüşləri zamanı şəhid olur. Uşaq yaşlarında anasını itirən Natiqin şəhadəti anasının öldüyü günə təsadüf edir. O, oktyabrın 13-də, elə anasıyla eyni gündə də dəfn edilir. Məzarı Binə Şəhidlər Xiyabanındadır.

Döyüş yoldaşı Hüseyn Qurbanov Natiqin ölüm anını belə xatırlayır: “Hadrut istiqamətinə dağla qalxırdıq, hücuma keçirdik, ermənilər bizi artilleriya zərbəsinə tutdu. Mən Natiqlə birlikdə gedirdim, ondan bir az geridə idim. Axırıncı top mərmisi Natiqin yanına düşmüşdü. Mən gəlib Natiqə çatanda qan itirirdi. Çox qan itirmişdi, kömək edə bilmirdim. Başını aldım qollarımın arasına, silkələdim ki, yatma, danış mənimlə! Beş-altı saniyə baxdı üzümə, dedi, gedirəm anamın yanına. Mən bölüyə çatanda bölük komandirinin ilk sualı bu oldu ki, “Natiq haradadır?” Dedim, Natiq yoxdur, dizlərimi yerə atıb başladım ağlamağa..." Döyüş yoldaşı onun qolundakı qanlı saatını və şəhid olduğu yerin torpağını yadigar olaraq götürüb.

Komandiri Eldar Bəhramlı üçün Natiq çox əziz əsgər olub: “Bölüklə Hadruta girəndə şəxsi heyətə baxırdım, uşaqların çoxu yox idi. Mənim gözüm Əhmədov Natiqi axtarırdı... Üç gün, iki gün görmədiyin əsgəri sonra yenidən görürdün, elə bil dünyanı verirdilər sənə. Öz-özümə fikirləşdim ki, Əhmədov Natiq də haradadırsa, gəlib çıxacaq. Onun ölümü mənə çox təsir etdi”.

Döyüş yoldaşı Hüseyn Qurbanov onun qisasını alacağına söz verib və yaralandığı günə qədər Natiqin silahı ilə döyüşüb. Prezident İlham Əliyevin sərəncamı ilə çavuş Natiq Namiq oğlu Əhmədov ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Fact-info.az

Baxış sayı : 383
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir