2022-02-01 08:30:50 | AKTUAL
Gürcüstan NATO-ya üzvlükdə qərarlıdır

Rusiya Ukrayna və Gürcüstanın NATO-ya inteqrasiyasının qarşısını almaq üçün bəşəriyyəti Üçüncü Dünya müharibəsinin astanasına gətirsə də, Kiyev və Tiflis Moskvanın mövqeyinin əksinə olaraq Şimali Atlantika Alyansına üzvlükdə qərarlıdır.

Dekabrın sonunda Gürcüstan parlamentinin sədri seçilən Şalva Papuaşvili ilk xarici səfərini Brüsselə edib, NATO-nun mənzil-qərargahında görüşlər keçirib, danışıqlar aparıb. İlk görüş NATO Baş katibinin müavini Mirça Coan ilə gerçəkləşib. Daha sonra Gürcüstan parlamentinin sədri Şalva Papuaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti NATO-Gürcüstan Birgə Komissiyasının iclasında iştirak edib.

Bütün görüş və danışıqlarda Şimali Atlantika Alyansının təmsilçiləri Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə ediblər. Gürcüstan parlamentinin sədri isə ölkəsinin Avroatlantik strukturlara inteqrasiya siyasətinin dəyişməz olduğunu və tələb edilən islahatların həyata keçirildiyini bildirib.

Brüsseldə keçirdiyi görüşlərlə bağlı mətbuata açıqlama verən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, aldıqları ən mühüm mesaj ondan ibarətdir ki, NATO-nun açıq qapı siyasəti heç bir şərtlə yenidən nəzərdən keçirilməyəcək. Gürcüstanın NATO-ya üzvlüyü isə ancaq gürcü cəmiyyətinin mövqeyindən asılıdır. Şalva Papuaşvili onu da bildirib ki, NATO Baş katibinin müavini şəxsən bəyan edib ki, Şimali Atlantika Alyansı Rusiyanın dünyanı təsir dairələrinə bölmək cəhdinə imkan verməyəcək.

Gürcüstan nümayəndə heyəti NATO-nun yeni strategiyasının hazırlanmasında iştirak etmək üçün də dəvət alıb. Qeyd edək ki, NATO-nun yeni strategiyası Alyansın iyun ayında Madriddə keçiriləcək sammitinə kimi hazırlanmalıdır.

Brüsseldə keçirilən görüşlərdə Gürcüstan parlamentinin nümayəndə heyətinin diqqətinə çatdırılıb ki, NATO sadəcə hərbi ittifaq deyil. Demokratik standartları və dəyərləri təmsil edən təsisatdır. Ona görə də Gürcüstan demokratikləşmə sahəsində islahatlar keçirməyə davam etməlidir. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili NATO rəsmilərini inandırmağa çalışıb ki, islahatlar davam edir və hökumətin fəaliyyəti üzərində parlamentin nəzarəti artır.

Gürcüstan parlamentinin nümayəndə heyətinin Brüsselə səfəri iki qənaət yaradır. Birincisi, Rusiyanın Ukrayna sərhədinə nəhəng ordu cəmləyərək hərbi təhdid yolu ilə postsovet respublikalarının Avroatlantik strukturlara inteqrasiyadan çəkindirmək istəyi baş tutmayıb. Ukrayna ətrafında yaranan vəziyyət Tiflisdə qorxu yaratsaydı, Gürcüstan parlamentinin nümayəndə heyəti Brüsselə məhz indi səfər etməzdi.

Gürcüstan parlamentinin nümayəndə heyətinin Brüsseldə yüksək səviyyədə qarşılanmasının doğurduğu ikinci qənaət ondan iabrətdir ki, Rusiyanın bütün təhdidlərinə baxmayaraq, NATO Şərqə doğru genişlənməkdə davam edəcək.

Xaqani CƏFƏRLİ

Baxış sayı : 364
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir