2022-01-28 08:55:02 | MÜSAHİBƏ
Məhəmməd Əfəndiyev: Risk qrupuna daxil olan şəxslər bu məsələyə həssas yanaşmalıdır

Dünyada gedən bir çox proseslər insan sağlamlığında özünü göstərir. Həm xəstəliklərin sayı artır, həm də yeni müalicə üsulları tapılır, yeni metodologiyalar tətbiq olunur. Bugünkü söhbətimizdə Fact-info.az saytının qonağı Varikoz Mərkəzinin rəhbəri, tanınmış cərrah-fleboloq Məhəmməd Əfəndiyev varikoz xəstəliyindən və bunun yeni metodlarla müalicəsindən danışır:

-Varikoz xəstəliyi nədir. Bu barədə məlumat verməyinizi xahiş edirik?

-Varikoz aşağı ətraf venaların qapaq çatışmazlığı nəticəsində səthi venaların genişlənməsi və qan dövranının pozulmasından yaranan bir xəstəlikdir. Ayaqda vena və kapiliyarların qabarması varikoz xəstəliyinin əlamətləridir. Vaxtında müalicə olunmadıqda isə bir sıra ağırlaşmalara yol açır. Varikoz təkcə estetik qüsur deyil, həm də bir çox xəstələrdə ayaqlarda şişkinlik, ağırlıq, qaşınma, uyuşma, qıcılolma, ağrı şikayətləri ilə özünü göstərir. Xəstəliyin ağırlaşmaları isə aşağı ətraflarda tromboflibit, dərin trofik pozğunluğu və trofik yaralara gətirib çıxarır.

-Bu yeni xəstəlikdir? Yoxsa əvvəllərdə belə xəstəliyə rast gəlmək mümkün idi?

-Təbii ki, bu xəstəlik əvvəl olub. Sadəcə olaraq bəzi insanlar buna əhəmiyyət verməyib. Bu sahədə təbabət zəif inkişaf etdiyinə görə. əməliyyat nisbətən çətin, uzunmüddətli olurduğuna görə, həkimə müraciət edənlər az olub. Ötən dövrlərdə müalicə metoduna görə, xəstə xeyli müddət əməliyyatdan sonra yataqda qalırdı. Bir neçə il bundan əvvəl, varikoz damarların cərrahi müdaxilələri açıq əməliyyatlarla yerinə yetirilirdi. Bu səbəbdən də əvvəlki illərdə əməliyyat metodları yara izləri buraxırdı. Bu gün artıq fleboloq həkimlər ayaqlardakı genişlənmiş damarları müalicə etmək üçün daha rahat üsullardan istifadə etməkdədirlər. İndi isə vəziyyət tamam dəyişib. Varikoz genişlənmiş damarlarının müalicəsində yeni və daha müasir üsullarla həyata keçirilir.

-Müalicə üsulları haqqında zəhmət olmasa məlumat verərdiniz?

- Varikoz xəstəliyi ən müasir üsul olan “Endovenoz Lazer Ablasiya” əməliyyatı vasitəsilə müalicə edilir. Yeni texnologiya vasitəsilə yerinə yetirilən “Endovenoz Lazer Ablasiya” əməliyyatı narkozsuz, ağrısız, kəsiksiz və ən əsas da kosmetik görünüşə zərər vermədən icra edilir. “Endovenoz Lazer Ablasiya” optic lifli lazer katetr ilə genişlənmiş venaya iynə ilə yeridilir və ətraf toxumaya, sinirə zərər vermədən varikoz damar tam bağlanır. Estetik problem yaradan səthi kiçik damarlar və damar ulduzları skleroterapiya vasitəsilə ləğv edilir. Xəstə əməliyyatdan 30 dəqiqə sonar evə göndərilir.

Bu xəstəliklə qarşılaşmamaq üçün insanlara nə kimi məsləhətlər verir?

Ümumiyyətlə, varikozun profilaktik tədbirlərindən ən əsası damarların vəziyyətini nəzarət altında saxlamaqdır. Bunun üçün mütəxəssislər ildə 1 dəfə Doppler müayinəsindən keçməsi tövsiyə edirlər. Xüsusən varikozun risk qrupuna (irsi meyllik, artıq çəki və s.) daxil olan şəxslər bu məsələyə həssas yanaşmalıdır. Əlavə olaraq, bütün günü masa arxasında çalışan ofis işçiləri hər 2-3 saatdan bir gəzişməli, ayaqlarda qan dövranını bərpa etməlidirlər. Həmçinin varikoz həkimi bütün günü ayaqüstə olan insanlara axşam saatlarında duş qəbul etməyi vacib bilirlər. Prosedur aşağı ətrafların növbəli şəkildə isti-soyuq su ilə yuyulmasına əsaslanır. Bu zaman isti suyun təsirindən damarlar genişlənir, soyuq su ilə əksinə onları daraldır. Nəticədə venaların tonusu artır, qan axını tənzimlənir. Növbəti profilaktik tədbir gün ərzində maye qəbulunun artırılmasıdır. Çünki su az miqdarda qəbul olunduqda qan qatılaşır, bu da venaların genişlənməsinə gətirib çıxarır. Sonda sağlam qidalanmanın rolunu xüsusilə vurğulamaq lazımdır. Qida rasionu mütləq meyvə-tərəvəzlər, dəniz məhsulları ilə zənginləşdirilməli, ət və qənnadı məmulatlarının istifadəsi azaldılmalıdır.

Lakin bu üsulların heç biri varikozun yaranmayacağına zəmanət vermir. Ona görə də ayaqlarda şişkinlik, ağrı, yorğunluq hissi olduqda əlamətlərin güclənməsini gözləmədən mütləq varikoz həkimi – fleboloqa müraciət etmək lazımdır.

Sonda onu da qeyd edək ki, tanınmış cərrah-fleboloq Məhəmməd Əfəndiyev Vətən müharibəsinin iştirakçı olub. O, döyüşlər zamanı yaralanmış hərbiçilərimizin sağlam həyata qayıtmasında həkim olaraq öz töhfəsini verərək Qələbə gününədək Naftalan hospitalında çalışıb. Məhəmməd Əfəndiyevin əlaqə mob. Tel: 055-633-37-00, 070-802-02-03

Fact-info.az

Baxış sayı : 997
“Şuşa - Qarabağın dünəni, bu günü, sabahı”: Firidun bəy Köçərli Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək Kiyevdə 55 ölkənin səfirliyi işini bərpa edib Komitə sədri FHN əməkdaşları ilə birlikdə yanğınsöndürmə əməliyyatında Sərhəd bölmələri müasir silahlarla təmin edilir - DSX rəisi Birinci vitse-prezident Mehriban Əliyeva Müslüm Maqomayevin 80 illik yubileyi ilə bağlı paylaşım edib Yaponiyanın YouTube kanalı Azərbaycanın “Qisas” əməliyyatı barədə xüsusi veriliş yayımlayıb “Qaçqınkom”dan Laçın ziyalılarına ikili münasibət... Zelenski Rusiyaya çağırış etdi «Xəzər» jurnalın yeni sayı nəşr olunub Azərbaycan XİN: "Ermənistan sülhə belə hazırlaşır?!” İnformasiya təhlükəsizliyi ixtisaslarının keçid balı hüquqdan yüksək olacaq Yeni dünya nizamının formalaşması prosesi növbəti mərhələdə: siyasi analiz və proqnozlaşdırma Azad edilmiş ərazilərdə 110 sərhəd-döyüş məntəqəsi yaradılıb - General-leytenat Abbas Xəlilov Ukraynada Rusiya ordusunun generalı öldürülüb Ermənilərin bu əməli ekoloji terrordur - ETSN Azərbaycan QHT-ləri beynəlxalq təşkilatlara müraciət edib Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi yekunlaşıb Şuşanın Yuxarı Gövhərağa məscidində erməni vandalizmini əks etdirən sənədli film çəkilir Ukraynada öldürülən rus hərbçilərin sayı 44 minə ÇATIR Fatma Yıldırım: Bu gün diktə edən tərəf qalib Azərbaycandır Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib Fazil Mustafa: Prezident İlham Əliyevin son açıqlamaları tarixi-strateji əhəmiyyətə malikdir