2022-01-27 09:55:49 | AKTUAL
Hər iki Qarabağ müharibəsinin iştirakçısı Şəhid baş leytenant Samir Şükürovun yolu

Vətən müharibəsinin cəsur döyüşçüsü, Şəhid zabitimiz Samir Şükürovun ailə üzvləri ilə görüşdük. Xəzər rayonu Binə qəsəbəsində gölməçəli, dağılmış yolları keçərək bu Şəhidimizin gül balalarını ziyarət etdik.

Bu uşaqların atası Samir Şükürov və digər Şəhidlərimiz haqqında hazırladığımız kitabın mövzusuna uyğun olaraq müxtəlif ünvanlara baş çəkdik. Gördüyümüz xırda işlər olsa da, ən azından Şəhidlərimizə ehtiram olaraq vəfa borcumuzu yerinə yetirməliyik.

Samir Təyyub oğlu Şükürov 07 noyabr 1974-cü ildə Lerik rayonun Kəlvəz kəndində anadan olub. 6 qardaş 5 bacı olmaqla ailədə 13 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 1981-ci ildə Lerik rayon şəhid Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbin 1-ci sinfinə gedib. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə yola salınıb. Xidmətini başa vurduqdan sonra Ali Hərbi məktəbə daxil olub və orada təhsil alıb. I Qarabağ müharibəsi başladığı zaman Samir Şükürova zabit rütbəsi verilərək müharibəyə yola salınır. I Qarabağ müharibəsində fəal iştirak etmiş, müxtəlif istiqamətlərdə yüksək şücaət və qəhrəmanlıqlar göstərmişdir. 1996-cı ilədək hərbdə olan leytenant Şükürov Samir hərbi vəzifələrini layiqincə yerinə yetirdiyinə görə baş leytenant rütbəsi alır. O, 1997-ci ildə ehtiyata buraxılır. 2006-cı ildə ailə həyatı qurur və Bakıda Heydər Əliyev adına Beynəlxalq Hava Limanında yaşıllaşdırma sahəsində işləməyə başlayır.

Azərbaycan Ordusunun baş leytenantı olan Samir Şükürov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Zabitimiz şərəfli döyüş yolu keçib. Samir Şükürov noyabrın 8-də şəhid olub. Binə Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman igidliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.dekabr.2020-ci il tarixli Sərəncamına əsasən Samir Şükürov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Şəhidin həyat yoldaşı Zümrüd xanım Samir haqqında fikirlərini belə bildirib: "Biz Samirlə 2006-cı ildə ailə həyatı qurmuşuq. Çox gözəl bir ailə başçısı idi. Samir özü 16 yaşında olarkən ata-anasını itirmişdi. Onun haqqında ancaq xoş sözlər demək olar. Vətənpərvər, zəhmətkeş, qayğıkeş biri idi. Ondan mənə 3 övlad əmanət qaldı. 2 oğul və 1 qız. Böyük oğlumuz Teyyub, qızımız Nuray, kiçik oğlum Tunar. Nümunəvi bir ailəmiz var idi. Çox mehriban ömür sürürdük. 16 il idi ki, Hava Limanında yaşıllaşdırma sahəsində baş usta kimi işləyirdi. Öz işini çox sevirdi. Təbiəti, yaşıllığı çox sevirdi. Samir həmçinin uşaqlarını çox sevirdi. O, torpağı, təbiəti sevirdi. Onun belə təbiətə, torpağa vurğunluğu idi sonda onu Səhidlik zirvəsinə ucaltdı".

Fact-info.az

Baxış sayı : 536
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”