2022-01-15 11:50:59 | MÜSAHİBƏ
Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir”

Tarixi Zəfərimiz hər kəsdə ruh yüksəkliyi yaratdı. Bu müsbət tendensiya bu gündə bizim həyatımızda, fəaliyyətimizdə özünü göstərir. Bu fikirləri Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikasının direkroru, əməkdar elm xadimi, professor Surxay Musayev Fact-info.az-a açıqlamasında deyib.

Professorun qənaətincə, uzun illər gözlədiyimiz bu Zəfərimiz hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyinə çevrildi. Azərbaycan torpaqlarında məskunlaşan ermənilər 200 ilə yaxındır xalqımıza qarşı hər zaman düşmənçilik siyasəti aparıblar. Onlar bizim tarixi torpaqlarımızda məskunlaşaraq dünyada görünməmiş vəhşiliklər törətdilər. Azərbaycanın əleyhinə saxta təbliğat aparıblar. Bu möhtəşəm qələbə zamanı dövlətimiz xeyli resurslar sərf edib. İndi görürük işğaldan azad olunmuş ərazilərimizi vəhşi düşmənlərimiz hansı bərbad vəziyyətə salıb. Bu gün qürur hissilə qeyd edirik ki, Ordumuz erməni mifini tamamilə dağıtdı. Torpaqlarımızın işğalına son qoyuldu. Ali Baş Komandan, Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi bu uğurlu siyasət cəmiyyətdə ruh yüksəkliyi yaratmaqla bərabər, Azərbaycanın nüfuzunu dünyada qaldırdı. Bu gün dünya ölkələri Azərbaycanın tarixi qələbəsini qəbul edir. Bu da Ermənistanın təcavüzkar siyasətinin iflası demək idi. Biz vətəndaş olaraq böyük ümidlə, müsbət enerji ilə 2022-ci ili qarşılayaraq fəaliyyətimizi davam etdiririk.

Surxay Musayev daha sonra qeyd edib ki, biz həkim olaraq Vətən müharibəsi zamanı öz missiyamızı şərəflə yerinə yetirmişdik. Digər tibb ocaqları kimi, Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik Klinikası da cəbhədə yaralanan, müxtəlif xəsarət alan hərbiçilərimizin tam mülalicəsi ilə bağlı səfərbər olmuşdu. Bütün tibbi heyət üzərinə düşən vəzifəni yerinə yetirdi. 44 günlük döyüş zamanı bizim kollektiv hər gün qələbə xəbərlərini gözləyirdi. Xüsusilə, Ali Baş Komandanın həmin xəbərləri çatdırmasını biz böyük coşqu ilə qarşılayırdıq. Həkimlərimiz, bütün tibbi heyət bu klinikada müalicə alan əsgərlərimizin qaygısına qalırdı. Hər bir tibb işçisi müalicə dövründə hərbiçilərimizə öz doğmaları kimi yanaşırdı. Bu gündə bu işlər davam edir. Bizim klinikada hər kəs qazilərimizin müalicəsində iştirakdan qürur duyur.

Onu da qeyd edim ki, 1990-cı il 20 Yanvar hadisələrinin ildönümü ilə əlaqədar aksiyalar keçirəcəyik. Şəhid ailələrinin, qazilərimizin müayinəsini, müalicəsini ödənişsiz olaraq təşkil edəcəyik. Bu kampaniyaya həkimlərimiz böyük coşqu ilə qoşulurlar. Tibbi heyət qazilərimizə, şəhid ailələrinə psixoloji və terapevtik yardımlar göstərəcək.

Postmüharibə və postpandemiya dövründə səhiyyənin inkişaf perspektivlərinə toxunan professor Surxay Musayev qeyd edib ki, artıq işğaldan azad olunan torpaqlarımızda böyük quruculuq işlərinə başlanılıb. Yollar çəkilir, çox modern kəndlər, şəhərlər salınır. İnanırıq ki, erməni vandalizminə uğramış şəhər və kəndlərimiz tamamilə bərpa olunacaq.

Həmiçinin bütün sahələrdə olduğu kimi səhiyyə sistemində müsbət tendensiyalar davam edir. Vətəndaş məmnunluğunun təmin edilməsi, hamı üçün bütün xidmətlərin, səhiyyəmizin əlçatanlığı, bu sahənin daha modern qurulması prioritet təşkil edir. Səhiyyə nazirliyi digər qurumlarla birlikdə bu missiyanı yerinə yetirir. COVİD-19 və postpandemiya ilə bağlı onu deyə bilərəm ki, səhiyyə sistemimiz bu sahədə problemlərin həlli ilə bağlı yetərincə təcrübə toplayıb. Azərbaycan Prezidentinin dəstəyi nəticəsində bu sahədə həm texniki təchizat məsələləri ən yüksək səviyyədə təşkil olunub, həm də həkimlərimiz də kifayət qədər hazırlıqlı olublar. Dünyada təbabət sahəsində gedən informasiya mübadiləsi, elmi-təcrübi müzakilərələrin ən yüksək səviyyədə davam etməsi ümumilikdə Azərbaycan səhiyyəsini hazırlıqlı edir. Düşünürəm ki, bu təkmilləşdirmə, elmi təcrübələrin mübadiləsi tendensiyası səhiyyəmiz üçün faydalı olacaq.

Fact-info.az

Baxış sayı : 547
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub