2022-01-15 10:30:09 | QHT VƏ MEDİA
QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir

Uşaq bağçasının maraqlı yaranma tarixi var. 1837-ci ildə alman pedaqoqu Fridrix Frebel Bad-Blankenburq şəhərində körpələrin təlim-tərbiyəsi məqsədilə ilk məktəbəqədər tərbiyə müəssisəsi yaradır və bu məkanı “Kindergarten” – Uşaq bağçası adlandırır.

Onun fikrincə, “Həyatın çiçəkləri” olan uşaqlar xüsusi nəvaziş və diqqət tələb edirlər və onları bacarıqlı və qayğıkeş “bağbanlar” böyüdüb bəsləmələdir. Bu nəcib insan yəqin ki, sivil cəmiyyətdə “uşaq bağçası”nın bəzi nanəcib tərbiyəçilər tərəfindən “cəngəlliyə” çevriləyəcəyini qətiyyən təsəvvür edə biməzdi.

İsmayıllıda baş vermiş hadisə - utandırıcıdır. Sosial şəbəkələrdə geniş yer almış, televiziya efirində nümayiş etdirilmiş kadrları izlədikcə, üzülürəm: üç yaşlı körpəyə əl qaldırmaqmı olar? Nədir bu məzlum varlığın günahı? Nədən bu uşaq ovcunda tutduğu çörək əvəzinə qapaz “yeməlidir”? “Uşaqlar – gələcəyimizdir” deməklə gələcəyimizi xoşbəxt edə bilmərik. Bu gün uşaq bağçasında tərbiyəsiz tərbiyəçinin qapazına tuş gələn bu çocuq sabah Vətən torpağını qorumalı əsgər deyilmi? Uşağa əl qaldırmaqla gələcəyimizə qəsd etmirikmi?

Məlumata görə, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi ilə bağlanmış əmək müqaviləsi vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyinə, “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna və azyaşlı ilə kobud rəftar etdiyinə görə ləğv edilib.

Ədalətli qərardır. Amma yenə də - yarımçıq. Uşağa təcavüz – kobud rəftar deyil, cinayətdir. Cəzası da sərt olmalıdır: bu tərbiyəsiz tərbiyəçi təlim-tərbiyə müəssisələri ilə əmək müqaviləsi bağlamaq hüququndan həmişəlik məhrum edilməsə, onun qapazının qurbanı olan körpələrin sayı arta bilər. Gələcəyimiz təhlükədə deyilmi?

Ruhiyyə Məmmədova

“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri

Baxış sayı : 338
Türkiyə Prezidenti Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib ABŞ-ın Azərbaycana açıq dəstək verməsi çox böyük siyasi və strateji əhəmiyyətə malikdir “Şuşa İli”nə həsr olunan muğam festivalının birinci mərhələsi başa çatı Türk Dövlətləri Təşkilatının Baş katibi Prezident İlham Əliyevə təbrik ünvanlayıb Könül Nurullayeva: Brüssel görüşü status məsələsinin gündəmdə olmadığını bir daha təsdiqlədi “Sərhəd Komissiyasının iclası nəzərəçarpacaq irəliləyişdir” Şamaxı türk dünyasının turizm paytaxtı seçilib “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda ictimai müzakirələr aparılıb Dünyada qaçqın və köçkünlərin sayı 100 milyonu keçib Paşinyan Azərbaycanla sərhədin delimitasiyası üzrə komissiyanın yaradılması barədə fərman imzalayıb Zakir Həsənov yeni istifadəyə verilən təlim infrastrukturuna baxış keçirib - Video Azərbaycan Prezidentinin Aİ Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü sülh yolunda ümidverici addımdır Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası yaradıldı Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait Əcnəbi media Şuşadan yazıb Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin VII üçtərəfli iclası keçirilib COVID-19 pandemiyasının sona çatdığını elan etmək tezdir - ÜST rəhbəri “Sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvarıq” Brüsseldə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti və Ermənistanın baş naziri ilə görüşü olub II Qarabağ müharibəsinin Şəhidi Ramil Yusifzadənin bu gün doğum günüdür ABŞ postmüharibə reallığını Transxəzər regionu kontekstində qiymətləndirir Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb Türkiyə və Azərbaycan Silahlı Qüvvələri Qarsda birgə təlimə başlayıb “Şuşa İli” çərçivəsində Parisdə muğam konserti olub