2022-01-14 09:50:49 | AKTUAL
Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir

Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində olduqca mühüm məsələlərə toxunulub.

Belə ki, Prezidentin səsləndirdiyi fikirlər sosial-iqtisadi vəziyyət və perspektivlərlə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı, işğaldan azad olunmuş ərazilərdəki vəziyyət və fəaliyyətlə, ölkəmizin xarici siyasəti ilə bağlı və s. cəmiyyəti düşündürən suallara dəqiq cavab oldu. Prezident növbəti dəfə nümayiş etdirdi ki, vətəndaşın rifahının yüksək təmin olunması onun fəaliyyətinin mərkəzində dayanır. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində təsirli addımların atıldığını və bundan sonra da atılacağını vurğulayan ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərin də potensialından istifadə edildiyini dedi. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının səfərbər edilməsi istiqamətində addımların atılması həqiqətən də milli iqtisadi sisteminin kifayət qədər çevik və funksional olduğunun göstəricisidir. Dövlətimizin başçısı müsahibə zamanı ölkənin iqtisadi müstəqilliyini siyasi müstəqillik amili ilə olduqca dəqiqliklə uzlaşdırır. Prezidentin strateji yanaşması məhz ondan ibarətdir ki, xarici siyasətin keçərli olması, tam müstəqil siyasət yürütmək imkanlarının genişləndirilməsi hər şeydən öncə iqtisadi müstəqillikdən asılıdır. Belə ki, Prezident ərzaq məhsullarının ixracından asılılığın azaldılmasının vacibliyini vurğuladı və istiqamətdə artıq təsirli addımların atıldığını bildirdi.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

Deputat diqqətə çatdırıb ki, müsahibə zamanı Prezident İlham Əliyevin toxunduğu mühüm məsələlərdən biri də Laçın dəhlizi ilə bağlı idi. Laçın dəhlizində vəziyyətin tam Azərbaycanın nəzarəti altında olduğunu qeyd edən dövlətimizin başçısı Xankəndiyə girişin sərbəst olduğunu, lakin çıxış zaman ləngitmələrə cəhdlər edildiyini bildirib. Bu, ciddi bir mesajdır. Birincisi, Prezident ermənilərin Xankəndində və digər ərazilərdə artıq qalmaq istəmədiklərinə işarə etdi. Laçın dəhlizindəki müşahidələrə istinad edərək, Prezident Azərbaycan ərazilərində təxmini 27 min erməninin yaşadığını bildirdi. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazilərinin tərk etmiş 38 min ermənin geri döndüyü, lakin sonradan onlardan 11 mininin birdəfəlik çıxıb getdiyini səsləndirən Prezident proseslərlə bağlı aydın təsəvvürlərə malik olduğunu nümayiş etdirdi. İkincisi, Prezident Azərbaycan tərəfinin icazəsi olmadan əraziyə qeyri-qanuni səfərlərin yolverilməzliyini və sülhməramlıların bu məsələdə diqqətli olmalı olduqları mesajını vermiş oldu. Postmünaqişə dövründə ölkənin mövqeyi bir daha bəyan edildi. Təbii ki, Azərbaycan hər zaman sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı, həmçinin yekun sülh sazişinin bağlanması ilə bağlı Ermənistana təkliflər edib. Prezident bir daha ölkəmizin bu mövqedə olduğunu səsləndirdi. Lakin müharibədən sonra ilk dəfə olaraq, Prezident İlham Əliyev Azərbaycanın bu mövqeyinin dəyişə bilmə ehtimalını səsləndirdi. Hesab edirəm ki, Prezidentin bu fikirləri təcavüzkar Ermənistanı ciddi düşündürməlidir.

Dövlətimizin başçısının Vətən müharibəsinə qədər mənasız danışıqları sonsuzluğa qədər davam etdirməyəcəyimiz barədə fikirləri çatdıran E.Mirbəşiroğlunun sözlərinə görə, Ermənistanın Prezident İlham Əliyevin bu mövqeyinə lazımi səviyyədə yanaşmaması təcavüzkar ölkəyə olduqca daha başa oturdu. Belə ki, hər zaman münaqişənin dinc vasitələrlə ədalətli həllinə çağırış etdik. Nə Ermənistan, nə də onun havadarları reaksiya vermədilər. Belə olan halda işğalçı Ermənistan ordusunu darmadağın edilərək torpaqlarımız azad olundu. Azərbaycan Ordusu nəyə qadir olduğunu bütün dünyaya nümayiş etdirdi. İndiki halda da ölkəmiz sülh sazişinin imzalanması ilə bağlı çağırış etməkdədir. Ermənistan yenə də məsələni uzatsa, təxribatlarını davam etdirsə, Azərbaycan düşməni sərt şəkildə cəzalandıracaq. Hətta, hesab edirəm ki, Azərbaycan Prezidenti Ermənistana altı ay vaxt vermiş oldu. Ölkəmiz təhlükəsizliyinin etibarlı təmin olunması üçün bütün zəruri tədbirləri görüb və bu istiqamətdə işləri davam etdirməkdədir.

“Prezident İlham Əliyev yol infrastrukturunu təkcə əhəmiyyətli deyil, strateji əhəmiyyətli adlandırdı. Azərbaycanın Ermənistanla sərhəd ərazilərində yolların çəkilməsi təbii ki, hər şeydən öncə təhlükəsizliyin təmin olunması, Ermənistanın təxribatlarının qarşısının alınması baxımından strateji əhəmiyyət kəsb edir. Sərhəd ərazilərdə yerləşən hərbi hissələrin rahat kommunikasiyanın olması onların hərbi, maddi-texniki təchizatının davamlı və səmərəli təmin olunması baxımından həyati vacib əhəmiyyət kəsb edir. Ərazilərdə ən yüksək tələblərə cavab verən hərbi hissələrin qurulması, sərhəd zastavalarının yaradılması erməniləri növbəti təxribatlardan çəkindirə bilər. Prezidentin dediyi kimi, qarşı tərəfdə erməni postları acınacaqlı şəraitdədir. Azərbaycan Ermənistanla sərhəd ərazilərdə hərbi imkanlarını genişləndirmək üçün ciddi addımlar atır və gələcək təxribatların qarşısının alınması, ümumiyyətlə operativ təhlükəsizlik tədbirlərinin görülməsi baxımından çox vacibdir”, deyə Elşad Mirbəşiroğlu qeyd edib.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyev müsahibəsində bir daha Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində, geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmağa və maraqlarını qorumağa hazır olduğunu bildirdi. Bu da bir dövlət kimi Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir.

Baxış sayı : 297
Laçın dəhlizi ətrafında yaranmış vəziyyət Üçtərəfli Bəyanatın 6-cı bəndi əsasında nizamlanmalıdır Rusiya ordusu bu qədər itki verib İşğaldan azad edilmiş ərazilərdə 42 abidə pasportlaşdırılıb “Ermənistan öhdəliklərinə zidd fəaliyyət göstərir və sülhə maneə törədir” - Ceyhun Bayramov Rafiq Quliyev: “Səsləndirilmiş fikirlərdən təşkilatçılar nəticə çıxarmalıdırlar” Agentlik QHT-lərlə online görüş keçirib Mövcud şəraitdən yararlanıb Qarabağ məsələsini birdəfəlik bitirmək lazımdır Ermənistan regionda vəziyyətin gərginləşməsinə xidmət edən addımlardan çəkinməlidir Birinci vitse-prezident Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım edib "İstiqlal şairi Əhməd Cavad" adlı elektron məlumat bazası hazırlanıb Prezident İlham Əliyev və Mehriban Əliyeva V İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak ediblər Ceyhun Bayramov Türkiyənin tanınmış KİV-nə müsahibə verib MEK tərəfindən dünyaca məşhur alim Lütfi Zadənin biblioqrafik göstəricisi hazırlanıb Erməni vandalizminin Kələxana “etüdləri” Azərbaycanda dövlət-din münasibətləri dünya üçün nümunə sayılır Türkiyə Ermənistan və Azərbaycan arasında normallaşma prosesinə mühim töhfələr verir - ATƏT-in baş katibi Ceyhun Bayramov: “Azərbaycan və Türkiyə qlobal arenada sülhə töhfə verməyə davam edəcəklər” “Şuşa bəyannaməsi ilə müttəfiqliyimiz daha da möhkəmləndi” Şefik Caferoviç: Qlobal Bakı forumlarının böyük beynəlxalq əhəmiyyəti var "Beynəlxalq aləm Qarabağda işğala qarşı heç bir addım atmadı" - Ərdoğan Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib Ermənilər Laçını yandırırlar - 30 il öncə də, indi də.. Erməni Azərbaycan vətəndaşı olmaq üçün müraciət etdi Korotçenko: “Noyabra kimi Qarabağda silahlı erməni qalmamalıdır”