2022-01-11 08:35:45 | SİYASƏT
2021-ci il Qələbəmizin müxtəlif sahələrdə möhkəmləndirilməsi istiqamətində atılan addımlarla yadda qaldı

2021-ci il Azərbaycanın beynəlxalq təşkilatlarda ən fəal olduğu illərdən biri kimi yadda qaldı. Ölkəmizin xarici siyasətində baş verən ən önəmli hadisələrdən biri Azərbaycan Prezidentinin Qoşulmama Hərəkatına sədrlik etməsi oldu.

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının toplantısında həm dövlət, həm də beynəlxalq səviyyəli humanitar problemləri gündəmə gətirməsi ilə Azərbaycanı ən təşəbbüskar ölkə kimi dünyaya tanıtdı. Bu təşəbbüskarlığın əsas səbəbi Prezident İlham Əliyevin bir sıra məsələlərdə digər dünya liderlərindən daha fəal mövqe sərgiləməsindən irəli gələn məqamlardır. Qoşulmama Hərəkatındakı çıxışı zamanı Prezident İlham Əliyev vaksin millətçiliyi məsələsinə də diqqət ayırdı. Bildirdi ki, inkişaf etməkdə olan və az inkişaf etmiş ölkələrə vaksin yardımının çatdırılması və peyvəndlər ədalətli paylanması təmin olunmalı. Həmçinin diqqətə çatdırıldı ki, COVID-19 pandemiyası dövründə dövlətlərin bir-biri ilə həmrəy olması vacib şərtlərdəndir. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələləri gündəmə gətirdi, dövlətimizin apardığı haqq savaşından bəhs etdi. Pandemiya dövründə Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatı ilə humanitar sahələrdə geniş əməkdaşlıq etdiyi vurğulandı. Belə ki, Azərbaycan ÜST-ə yardımı ilə diqqətləri öz üzərinə çəkdi. Digər tərəfdən, ÜST-ün tövsiyələri nəticəsində modul tipli xəstəxanalar tikildi. Eyni zamanda, ölkəmiz COVID-19 böhranından çıxış üçün ciddi addımlar atdı. Atılan bütün addımlar Azərbaycanı pandemiyanın qarşısının alınması istiqamətində önəmli işlər görən ölkələrdən birinə çevirdi.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Deputat deyib ki, Azərbaycan BMT müstəvisində də böyük uğurlar qazandı. Ölkəmiz BMT-nin 2021-ci ildə keçirilən iclaslarında çox ciddi məsələləri gündəmə gətirdi. Belə ki, 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Azərbaycanın mövqeyinin ifadə edilməsi və bir sıra prinsipial məsələlərin həllində vacib strateji rola sahib olmasının diqqətə çatdırılması önəmli hadisə idi.

Azərbaycan, həmçinin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının VI Sammiti çərçivəsində də vacib görüşlər keçirdi. Dekabrın 15-də Belçika Krallığının paytaxtı Brüsseldə keçirilən görüşdə Avropa İttifaqı tərəfindən ərazi bütövlüyünün bərpası münasibətilə Azərbaycana dəstəyin ifadə olunması gələcək əməkdaşlığın daha münbit zəmində inkişaf etdirilməsi üçün geniş perspektivlər yaradır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Bakıya səfəri, eyni zamanda, Azərbaycan Prezidentinin Brüsseldə ikitərəfli və üçtərəfli görüşlərdə iştirak etməsi Aİ ilə münasibətlərin yüksək səviyyədə olmasının əsas təzahürlərindən biridir.

Azərbaycanın NATO ilə əlaqələrindən danışan deputat deyib: “NATO ilə ölkəmiz arasında sıx əməkdaşlıq formatında böyük işlər görülür. Buna misal olaraq Azərbaycanın Əfqanıstanda həyata sülhməramlı missiyanı göstərə bilərik. Bu səbəbdəndir ki, ölkəmizin bu missiyası NATO-nun Baş katibi Yens Stoltenberq səviyyəsində çox yüksək qiymətləndirildi. Həmçinin NATO-nun ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsinin şahidi olduq. Qarşılıqlı siyasi əməkdaşlıq fonunda NATO-Azərbaycan əlaqələrini müsbət dəyərləndirmək olar.

Qeyd etməliyik ki, 2021-ci ildə Azərbaycan, həmçinin türkdilli dövlətlərlə əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəallıq nümayiş etdirdi. Eyni zamanda, Türk Dövlətlər Təşkilatının inkişafının əsasını təşkil edən ölkə oldu. İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan gələcəkdə türk dövlətlərinin inteqrasiyası, həmçinin mədəni, siyasi, hüquqi əməkdaşlıq istiqamətində önəmli addımlar atdı və böyük dəstək qazandı. Diqqətçəkən məqamlardan biri də 44 günlük Vətən müharibəsindən sonra türk dövlətlərinin Azərbaycana verdiyi dəstək idi”.

F.Mustafa bildirib ki, Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı zamanı ölkəmiz üçün çox önəmli qərarlar qəbul edildi. Belə ki, əvvəllər Azərbaycanın mövqeyinə bir qədər fərqli yanaşan dövlətlər də ölkəmizi dəstəklədiklərini bəyan etdilər. Bu da Azərbaycan üçün önəmli irəliləyiş deməkdir. Bir sıra İslam ölkələrinin Azərbaycanın müharibədən sonrakı dövrdə ərazilərinin bərpa olunması ilə bağlı dəstək mesajları və Qarabağda həyata keçirilən layihələrdə iştirak etmək niyyətləri tamamilə yeni, uğurlu bir siyasətin konturlarını özündə ehtiva edirdi.

“2021-ci ildə Müstəqil Dövlətlər Birliyi(MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Prezident İlham Əliyev ölkəmizin ərazi bütövlüyü məsələsindən tutmuş, bölgədə barışın bərqərar olması və digər vacib məqamlar barədə çox uğurlu müzakirələr apardı. Həmçinin işğalçı Ermənistanın mövqeyinin ifşa olunması istiqamətində dövlətimizin başçısı tərəfindən çox önəmli açıqlamalar edildi. Bu da Azərbaycanın MDB Dövlət Başçıları Şurasının iclasında mövqeyinə dəstək ifadə olunan qərarların qəbulunda əhəmiyyətli rol oynadı. Çünki Ermənistanın güvəndiyi platformalardan biri də Müstəqil Dövlətlər Birliyi idi. Amma zaman göstərdi ki, dövlətimizin mövqeyinə çox ciddi və fərqli bir yanaşma mövcuddur. Azərbaycan bu istiqamətdə səylərini daha da artırmağı planlaşdırır.

Bütövlükdə 2021-ci il Qələbəmizin müxtəlif sahələrdə möhkəmləndirilməsi istiqamətində atılan addımlarla yadda qaldı”, - deyə Fazil Mustafa bildirib.

Baxış sayı : 140
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33