2022-01-05 18:30:37 | TƏDQİQATLAR-ANALITIKA
Ötən il mühüm tarixi hadisələrin reallığa çevrilməsində Azərbaycanın müstəsna xidmətləri var

2021-ci ili Azərbaycanın beynəlxalq əlaqələrinin genişləndirilməsi və mövqelərinin möhkəmləndirilməsi, ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərin əldə olunduğu bir il kimi qiymətləndirmək olar.

İlk növbədə, 2021-ci ildə ikitərəfli əlaqələrin genişləndirilməsi istiqamətində əldə olunan nəticələrə diqqət çəkmək vacibdir. Bu xüsusda Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək müstəviyə keçirilməsi və mədəniyyətimizin paytaxtında iki qardaş ölkənin prezidentlərinin iştirakı ilə tarixi Şuşa Bəyannaməsinin imzalanmasını qeyd etmək lazımdır. Hesab edirəm ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, həmçinin Zəngəzur dəhlizinin təməlinin qoyulması Azərbaycan-Türkiyə əməkdaşlığının yeni mərhələsinin ən önəmli səhifələrindən biri kimi dəyərləndirilməlidir.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elçin Mirzəbəyli bildirib.

Politoloq qeyd edib ki, ikitərəfli əməkdaşlıq müstəvisində Azərbaycanın regionun digər dövlətləri – Rusiya, İran və Gürcüstanla münasibətlərində nəzərəçarpan müsbət inkişaf dinamikasına nəzər salmaq zəruridir. Üçüncü tərəflərin bütün cəhdlərinə baxmayaraq, 2021-ci ildə Azərbaycan öz Liderinin yüksək diplomatik məharəti nəticəsində region dövlətləri ilə də münasibətlərin qarşılıqlı faydalılıq prinsipi əsasında inkişafına nail ola bilib.

E.Mirzəbəyli bu sırada İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan dövlət və hökumət başçılarının sammiti çərçivəsində Türkmənistan və İran ilə imzalanan təbii qaz anlaşmasını, həmçinin təşkilata üzv olan digər dost ölkələrlə iqtisadi əlaqələrin inkişafı ilə bağlı əldə olunan razılaşmaları diqqətə çatdıraraq deyib: “Bununla yanaşı, ötən il ərzində Azərbaycan-Gürcüstan əlaqələrində nəzərəçarpan irəliləyişləri, qarşılıqlı iqtisadi əlaqələrin daha da genişləndirilməsi ilə bağlı uzunmüddətli perspektivə hesablanan anlaşmaların əldə olunmasını, həmçinin rəsmi Tbilisinin Azərbaycana tam etimadını ifadə edən addımlarını xüsusi qeyd etmək istəyirəm.

Bu il ərzində Azərbaycan Prezidentinin Rusiyaya, eləcə də Rusiya rəsmilərinin ölkəmizə səfərləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verməklə yanaşı, regional əməkdaşlığın inkişafı, bölgədə davamlı sülhün təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edib”.

Ötən il Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunan politoloq bildirib: “İkitərəfli əməkdaşlığın inkişafı müstəvisində Azərbaycan-Avropa İttifaqı münasibətləri ilə bağlı bəzi məqamlara diqqət çəkməyin vacibliyini düşünürəm. Avropa İttifaqı Şurası Prezidentinin ölkəmizə səfəri, eləcə də Azərbaycan Prezidentinin Şərq Tərəfdaşlığı Proqramına üzv ölkələrin dövlət və hökumət başçılarının Zirvə görüşü çərçivəsində Aİ və NATO rəsmiləri ilə görüşləri, NATO-nun Şimali Atlantika Şurasının yekun sənədində ölkəmizin ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına, suverenliyinə tam dəstəyin ifadə olunması, həmçinin Azərbaycan Prezidenti ilə Ermənistanın baş nazirinin görüşündən sonra Aİ Şurası Prezidentinin bəyanatında “Dağlıq Qarabağ” və “münaqişə” sözlərinin yer almaması, bütövlükdə bu ifadələrin beynəlxalq siyasi leksikondan çıxarılması ölkəmizin böyük diplomatik uğurudur”.

E.Mirzəbəylinin sözlərinə görə, ölkəmizin subregional əməkdaşlığının inkişafı istiqamətində əldə etdiyi ən böyük uğur 2011-ci ildə Naxçıvanda imzalanan tarixi Bəyannamənin prinsiplərinin gerçəkləşməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türk Dövlətləri Təşkilatına çevrilməsi, sıralarının genişlənməsi və beynəlxalq təşkilatlar sırasında öz layiqli yerini tutmasıdır. Ümumiyyətlə, bir sıra mühüm tarixi hadisələrin reallığa çevrilməsində Azərbaycanın müstəsna xidmətləri var və bu xidmətlər zaman keçdikcə xalqımızın daha bir qürur mənbəyinə çevriləcəkdir.

Azərbaycana qonşu və dost dövlətlərin üzv olduqları İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında əldə olunan nəticələrdə də ölkəmizin böyük rolu var. Üzv dövlətlər arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin qurulmasında Azərbaycanın uzun illərdən bəri həyata keçirdiyi siyasətin mühüm rolunu qeyd etməmək mümkün deyil.

Politoloq qeyd edib ki, bu xüsusda Azərbaycanın ayrı-ayrılıqda Türkiyə, Pakistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və İranla olan ikitərəfli münasibətlərini və bu münasibətlərin çoxtərəfli əməkdaşlığa verdiyi töhfəni qeyd etmək lazımdır.

“Ötən il ərzində Azərbaycan qlobal müstəvidə də bir sıra mühüm nəticələrə imza atıb. Azərbaycanın BMT-dən sonra dünyanın ən böyük beynəlxalq təsisatı olan Qoşulmama Hərəkatındakı fəaliyyəti, ölkəmizin bu təşkilata daha bir il sədrlik edəcəyi ilə bağlı qəbul edilən qərar bütövlükdə ölkəmizin qlobal proseslərdə oynadığı rola verilən qiymət kimi dəyərləndirilməlidir. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatı adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərlə bağlı qətnamənin BMT Baş Assambleyasında qəbul edilməsi isə ölkəmizin pandemiyaya qarşı mübarizədə beynəlxalq ictimaiyyətin səfərbər olunması istiqamətində qlobal liderliyini davam etdirdiyini təsdiqləyir”, - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Politoloqun sözlərinə görə, bütövlükdə Azərbaycanın 2021-ci ildə beynəlxalq müstəvidə qazandığı ən böyük uğur ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpa olunmasının, müzəffər Ordumuzun böyük Zəfərinin legitimliyinin qəbul edilməsidir. “Şübhə etmirəm ki, Azərbaycanın 2021-ci ildə beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində atdığı addımlar 2022-ci ildə də davam edəcək və ölkəmizin mövqelərinin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

Baxış sayı : 175
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33