2021-12-17 08:30:26 | TƏDQİQATLAR-ANALITIKA
Ekspert: Təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında Azərbaycanla NATO arasında əməkdaşlıq münasibətləri düz xətlə inkişaf edir

Dövlətimizin başçısının Brüsselə səfəri çərçivəsində NATO-nun baş katibi ilə görüş təşkil etməsi ölkə diplomatiyasının vacib uğurlarındandır.

Azərbaycanın hərbi doktrinasına görə müdafiə siyasətinin vacib müddəalarından biri “təhlükəsizliyin bölünməzliyi” prinsipidir. Bu prinsipin əsası Azərbaycan Respublikasının yerləşdiyi regionun da daxil olduğu Avroatlantik məkanda təhlükəsizlik sisteminin yaradılması üzrə səylərin dəstəklənməsi, NATO ilə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın davam etdirilməsidir. Təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında Azərbaycanla NATO arasında əməkdaşlıq münasibətləri düz xətlə inkişaf edir. Bu inkişafın daha bir göstəricisi dövlətimizin başçısının NATO-nun Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransı zamanı səsləndirilən fikirlər və verilən vacib mesajlar idi. Birinci çıxış edən Y.Stoltenberq NATO-nun Azərbaycanla geniş spektr üzrə əməkdaşlıq etdiyi sahələri sadaladı. Bu sahələr üzrə strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyi, Əfqanıstanda Kabil hava limanının təxliyə işləri zamanı qorunması kimi məsələlər də xüsusi vurğulandı. Bütün bunlar Azərbaycanın dünyada baş verən geosiyasi yerdəyişmələr və güclər konfiqurasiyasının dəyişikliyə uğraması şəraitində öz müdafiə siyasəti prioritetlərindən əl çəkmədiyinin isbatıdır. NATO-nun Baş katibi bunu, bütün 30 müttəfiqin iştirakı ilə baş tutacaq iclasdan bir gün əvvəl, mətbuat konfransında dilə gətirməsi bu qəbildən vacib əhəmiyyət kəsb edir.

Fact-info.az-ın məlumatına görə, bunu AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov deyib.

O qeyd edib: “Öz çıxışı zamanı dövlətimizin başçısı Azərbaycanın sülh, sabitlik və proqnozlaşdırılmaya sadiq olduğunu bildirdi. Zənnimcə Prezident İlham Əliyevin çıxışında aparıcı söz “proqnozlaşdırma” ifadəsidir. Cənubi Qafqaz uzun müddət Ermənistanın işğalçılıq siyasəti səbəbindən yüksək entropiya nümayiş etdirən geosiyasi regionlardan biri idi. Yüksək entropiya, yəni potensial xaotik vəziyyət NATO-nun təhlükəsizlik prioritetlərinə təhlükə yaradan hədələrdən biridir. Türkiyənin Azərbaycanın, Rusiyanın isə Ermənistanın müttəfiqi olması Cənubi Qafqaz ölkələri arasında istənilən gərginliyin region sərhədlərini aşma ehtimalını yüksək edir. Türkiyə və Rusiyanın isə qlobal miqyasda rəqib olan NATO və KTMT üzv olması bu iki blokun onsuz da qəliz vəziyyətinə əlavə problemlər yaratmaq potensialını özündə daşıyır. Bu nöqteyi-nəzərdən dövlətimizin başçısının proqnozlaşdırma prinsipinə bu qədər önəm verməsi artıq yeni formada bizə aydın olur. Azərbaycan Prezidenti Ermənistan ilə münasibətlərin nizamlanmasını təkcə regional aspektdə deyil, o cümlədən qlobal aspektdə də nəzərdən keçirib, beynəlxalq təhlükəsizliyə bu formada müsbət töhfə vermək istəyir.

Prezident İlham Əliyevin səsləndirdiyi digər vacib mesaj enerji təhlükəsizliyi ilə bağlı idi. Hazırda NATO-ya üzv 4 ölkənin etibarlı təbii qaz təchizatçısı olduğunu bildirən Azərbaycan Prezidenti qarşıdakı illərdə onların sayının arta biləcəyinə diqqət çəkib. Bu, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin qeyri-stabil olduğu zaman NATO ölkələri üçün Rusiya qazına etibarlı və davamlı alternativ ola bilməsi kimi nəzərdən keçirilə bilər. Prioritetin “qarşıdakı illər” kontekstində verilməsi isə bunun Azərbaycan üçün qısamüddətli, amma strateji hədəf olmasını göstərir.

Üçüncü vacib mesaj isə Zəngəzur dəhlizi ilə bağlı siqnal idi. Prezident İlham Əliyev Zəngəzur dəhlizinin Laçın dəhlizi ilə paralel sürətdə müqayisəli təhlilini aparıb, hər ikisinin eyni hüquqi statusa malik olmalı olduğunu bildirib. Vurğulayaq ki, Azərbaycanın bu tezisi 10 noyabr tarixli üçtərəfli Bəyanatın mətninə əsaslanır. Bəyanatın 6-cı bəndinə əsasən: “Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”; 9-cu bənd isə “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”. Müşahidə etdiyimiz kimi hər iki marşrut ilə bağlı Bəyanatda istifadə edilən termin və cümlə quruluşları bir-birinə çox oxşayır. Zəngəzura münasibətdə Bəyanatda sırf olaraq “dəhliz” sözü istifadə edilməsə də, onun əvəzində nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə “maneəsiz hərəkəti” ifadəsi işlədilir. Ermənistanın iddia etdiyi gömrük, sərhəd nəzarəti və sair bu kimi məsələlər isə “maneəsiz hərəkət” anlayışına heç cür sığmır. Məhz bu səbəbdən Azərbaycan Prezidenti çıxışı zamanı Zəngəzur dəhlizində Ermənistanın məhdudlaşdırıcı tədbirlər görəcəyi halda Azərbaycanın da adekvat addımları Laçın dəhlizində edəcəyini bildirdi. Bu bir tərəfdən Ermənistana, digər tərəfdən isə onun havadarlarına mesaj idi”.

Siyasi ekspert bildirib ki, Azərbaycan Zəngəzur dəhlizi reallaşmayacağı təqdirdə belə sağ qalmağa, hətta daha da inkişaf etməyə qadir bir dövlətdir. Otuz il ərzində Azərbaycanın Ermənistanla sərhədləri bağlı vəziyyətdə, 20 faiz ərazisi isə işğal altında idi. Buna rəğmən Azərbaycan nəinki Ermənistandan qat-qat daha güclü və inkişaf etmiş ölkəyə çevrildi, hətta İkinci Qarabağ müharibəsində onu sarsıdıcı məğlubiyyətə düçar edib, öz ərazilərini geri qaytardı. Yeni şəraitində Ermənistanın Qarabağ erməniləri ilə qarşılıqlı münasibətləri tam olaraq Laçın dəhlizindən asılıdır. Əgər Azərbaycan Laçın marşrutundan dəhliz statusunu geri götürüb, digər yerlərdə olduğu kimi gömrük postları qursa, Qarabağ ermənilərinin ya Azərbaycana reinteqrasiya etmələri, ya da Ermənistana köçməsi kimi cəmi iki seçimi qalır. Hər iki variant Azərbaycanın digər ərazilərin tez bir zamanda reinteqrasiya olunmasını qaçılmaz edir. Belə zənn etmək olar ki, Ermənistanın aidiyyəti qurumları bu mesajı eşidib, ondan nəticələr çıxarmalıdır. Prezident İlham Əliyevin daha bir mesajı isə Ermənistanın havadarlarına idi. Münaqişənin hələ də davam etməsi kimi əsassız iddialarla çıxış edən havadarlar anlamalıdırlar ki, Laçın marşrutu dəhliz statusunu itirdikdən dərhal sonra yerdə qalan ərazilər qaçılmaz olaraq Azərbaycana reinteqrasiya edəcək, ATƏT-in Minsk qrupu formatı isə “qocalma” dövrünü yaşamadan, birbaşa məzara köçmüş olacaq.

Baxış sayı : 584
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33