2021-12-11 10:00:51 | MÜSAHİBƏ
Fərid Şəfiyev: Türk Şurasının təşkilata çevrilməsi ilə ondan gözləntilər daha da artıb

Türkiyə Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə İstanbulda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin rəsmi beyin mərkəzlərinin VII toplantısı keçirilib.

Beynəlxalq Münasibətlərin Tədqiqi Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev konfransda çıxış edib.

O bildirib ki, faktiki olaraq Şura son 10 ildə təşkilat kimi fəaliyyət göstərirdi, rəsmi olaraq təşkilata çevrilməsi ilə gözləntilər və məsuliyyəti daha da artıb. Bütün bunlar beyin mərkəzlərinin də məsuliyyətini artırıb.

Bu xüsusda “Türk Dünyası Baxışı 2020”nin böyük əhəmiyyət daşıdığını vurğulayan Fərid Şəfiyev deyib ki, bu sənəddə dörd əsas istiqamət təsbit olunub. Buraya siyasi və təhlükəsizlik sahəsində işbirliyi, iqtisadi və sektoral sahələrdə əməkdaşlıq, humanitar münasibətlərin inkişafı və beynəlxalq əməkdaşlıq, yeni üzvlərlə iş məsələləri daxildir. Fərid Şəfiyev vurğulayıb ki, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi Türk Dövlətləri Təşkilatının önəmini daha da artırıb. “Bu Zəfər və torpaqların işğaldan azad edilməsi, ilk növbədə, Azərbaycanın təşkilata sədrliyi zamanı baş tutub. Həmçinin müharibə zamanı bu təşkilat Azərbaycanın ədalətli mövqeyinə açıq dəstək verib”, - deyən BMTM sədri bildirib ki, bu bölgənin taleyini təyin etmək uğrunda böyük dövlətlər və onların qurduğu təşkilatlar arasında mübarizə gedir. Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, biz təbii müttəfiqlərik və bu, bizim üstün cəhətimizdir. Qarabağ Zəfəri nəticəsində imzalanmış üçtərəfli Bəyanat bölgədə sülhün və əməkdaşlığın önünü açan sənəddir. Burada Türk Dövlətləri Təşkilatının da maraqlarına xidmət edən məqamlar mövcuddur. Xüsusilə Zəngəzur dəhlizinin açılması Türkiyə ilə Azərbaycan arasında nəqliyyat koridorunu açacaq, türk dövlətləri arasında qurulacaq Orta Dəhlizin əsas və bağlayıcı bir hissəsi olacaq. Son bir ildə bu sahədə ciddi müzakirələr getsə də, noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşündən sonra daha da aktuallaşıb. Türk dünyası arasında nəqliyyatın inkişafını dəstəkləyən bu koridora qarşı olanların da mövcudluğunu qeyd etmək istərdim. Lakin o qüvvələr uğurlu ola bilməyib.

Fərid Şəfiyev təşkilatın gələcəyinə təsir edərək amilləri də sadalayaraq bu baxımdan siyasi, iqtisadi və ticari işbirliyinin artmasının vacibliyini vurğulayıb.

Konfransın açılış mərasimində çıxışı zamanı Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran ötən ay İstanbulda keçirilmiş türkdilli dövlətlərin başçılarının Zirvə toplantısının tarixi zirvə görüşü olduğunu deyib. Onun sözlərinə görə, qurumun təşkilata çevrilməsi onun bu günədək əldə etdiyi nailiyyətləri daha uğurlu şəkildə irəli aparması üçün təkan rolu oynayacaq. Nazir müavini əlavə edib ki, artıq təşkilat qarşısında yeni hədəflər var və bu hədəflərin zəminini hazırlamaqda beyin mərkəzlərinin rolu böyükdür. Onun sözlərinə görə, Türkiyənin də mənəvi dəstəyi ilə Azərbaycanın Qarabağda Zəfər qazanması əməkdaşlığın inkişafı üçün böyük motivasiyadır.

Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Qismət Gözəlov çıxışı zamanı İstanbul sammiti nəticəsində qurumun təşkilata çevrilməsinin türkdilli ölkələrə böyük təsirlərə malik olacağını və əməkdaşlıq üçün geniş potensial açacağını bildirib. Onun sözlərinə görə, qurumun təşkilat statusu alması onun beynəlxalq arenada rolunun möhkəmlənməsinə təkan verəcək. Qismət Gözəlov əlavə edib ki, təşkilat yeni eraya qədəm qoyub, artıq regional və qlobal mənada vacib aktora çevrilib. O, Azərbaycanın 44 günlük müharibədə Qələbə qazanması ilə əldə olunmuş razılaşmaya əsasən Zəngəzur dəhlizinin açılmasının türk dünyası boyunca əlaqələri gücləndirəcəyini vurğulayıb. Tədbir üzv ölkələrdən olan nümayəndələrin çıxışları ilə davam edib.

Tədbirdə ölkəmizin İstanbuldakı baş konsullu Nərminə Mustafayeva iştirak edib.

Baxış sayı : 573
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33