2021-12-03 11:50:35 | AKTUAL
Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət tərəfindən dəstəyin artırılmasına ehtiyac var

Ərazilərimizin kütləvi şəkildə minalanmasında Ermənistanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında quruculuq və məcburi köçkünlərimizin qayıdışı prosesinə mane olmaq, Azərbaycanın mülki şəxsləri və hərbçiləri arasında maksimum dərəcədə çox xəsarət və ölüm hallarına səbəb olmaq idi.

Minanın nə məqsədlə qoyulduğunu hər kəs başa düşür. Yəni, mina nə məqsədlə qoyulmasından asılı olmayaraq, öz qurbanını gözləyir. Təəssüf ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalarla kütləvi şəkildə çirkləndirilməsi həyata keçirilib.

Bu fikirləri jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ifadə edib.

Azərbaycanın bu məsələni beynəlxalq ictimaiyyət qarşısında da qaldırdığını vurğulayan Prezidentin köməkçisi bildirib: “Biz beynəlxalq ictimaiyyətə bir daha müraciət etmək istərdik ki, bu məsələdə məlumatlandırma artırılmalıdır. Azərbaycanın minatəmizləmə fəaliyyətlərinə beynəlxalq ictimaiyyət, xüsusilə BMT və onun aidiyyəti strukturları tərəfindən də dəstəyin əsaslı şəkildə artırılmasına ehtiyac var”.

Hikmət Hacıyev deyib ki, mina insanlar arasında hər hansı bir fərq qoymur. Hər bir insan onun potensial qurbanı ola bilər. Ümumiyyətlə, cəmiyyətimizdə mina təhlükəsi ilə bağlı maarifləndirmə işləri aparılır. Bundan sonra da media vasitəsilə, müxtəlif sosial media imkanlarından istifadə edərək mina təhlükəsi barədə maarifləndirmənin artırılmasına ehtiyac var ki, insanlarımız bu dəhşətli bəlanın qurbanı olmasınlar.

Baxış sayı : 178
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33