2021-12-03 09:35:40 | SİYASƏT
"Ermənistan silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb"

“Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur”.

Fact-info.az APA-ya istinadən xəbər verir ki, bunu Xarici işlər naziri Ceyhun Bayramov Stokholmda ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında çıxışı zamanı deyib. C. Bayramov bildirib ki, münaqişənin başa çatması Ermənistan və Azərbaycan arasında yaxşı qonşuluq əlaqələrinin yaradılması üçün unikal fürsətlər yaradır:

“Münaqişənin başa çatması Ermənistan və Azərbaycan üçün ərazi bütövlüyü və suverenliyinə hörmət və qarşılıqlı tanıma, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsipləri əsasında yaxşı qonşuluq və dövlətlərarası əlaqələr qurmaq fürsəti təqdim edir. Azərbaycan buna hazır olduğunu dəfərlərlə vurğulayıb və münaqişənin başa çatmasından dərhal sonra praktiki olaraq dərhal bir neçə birtərəfli addımlar atıb. Ermənistan isə buna hələ də qarşılıq verməyib. Ermənistanın üçtərəfli bəyanatda nəzərdə tutulan öhdəliklərini pozmağa davam etməsi ciddi narahatlıq doğurur. Ermənistan hələ də 10 noyabr üçtərəfli bəyanatına əməl etməyib və silahlı qüvvələrini Azərbaycan ərazilərindən tam çıxarmayıb. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələriinin bərpasının gecikməsi dayandırılmalıdır. Bu bütün tərəflər üçün geniş iqtisadi faydaları ilə yanaşı önəmli etimad inşası və münaqişə sonrası normallaşma tədbiridir”.

Nazir Ceyhun Bayramov qeyd edib ki, Zəngəzur dəhlizi sadəcə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında insanların, nəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkəti üçün deyil, həm də Azərbaycan və Ermənistan arasında hər iki istiqamətdə nəqliyyat əlaqələrini bərpa edilməsinə, sülh və əməkdaşlığa xidmət edəcək və bütün region üçün misli görünməmiş fürsətlər yaradacaq.

Baxış sayı : 170
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33