2021-11-29 09:45:08 | İQTİSADİYYAT
Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

Azərbaycan hər zaman regional əməkdaşlığa xüsusi önəm verib. Azərbaycanın fəal münasibətdə olduğu beynəlxalq qurumlardan biri də İqtisadi Əməkdaşlıq Təşkilatıdır (İƏT). Ölkəmizin İƏT-in fəal üzvü olması, beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat diqqətə çatdırıb ki, hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.

“Qeyd etmək lazımdır ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyalar zamanı gəldikcə həyata vəsiqə qazanır. Belə ki, Ulu Öndər 2002-ci ildə İstanbulda keçirilən İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış etmişdi. 2006-cı ildə isə İƏT-in Bakıda keçirilən 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb. 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə keçirilən 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalandı. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir” .

Azərbaycanın son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrildiyini xatırladan C.Məmmədovun sözlərinə görə, Zəngəzur dəhlizi layihəsinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Artıq Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinə başlayıb, sıfırdan yeni şəhər və kəndlər salmağa başlayıb. Artıq Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də qurucu lider kimi tanınır.

“Azərbaycan 2020-ci ildə öz torpaqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. Regionda yeni reallıq yaradan Azərbaycan məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etdi və kommunikasiyaların açılmasının vacibliyini önə çəkdi. Soçi görüşündən sonra Ermənistan bu çağırışlara artıq müsbət reaksiya verməyə başlayıb. Bu da regionda sülh və təhlükəsizliyin təmin olunması və region ölkələrinin inkişafı üçün çox əhəmiyyətlidir”, - deyə deputat qeyd edib.

Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini vurğulayan C.Məmmədov ölkədə aparılan genişmiqyaslı islahatlar nəticəsində sərmayə üçün münbit şəraitin yaradıldığını bildirib. Bunu Dünya Bankının “Doing Business” hesabatı təsdiq edir. Hesabata əsasən xarici sərmayələr üçün açıq və cəlbedici ölkəyə çevrilən Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb.

Sammitdə qəbul edilmiş Aşqabad sənədində Azərbaycanın maraqlarına uyğun müddəalar öz əksini tapdığını vurğulayan deputat deyib: “Aşqabad sənədində Azərbaycan xalqına və hökumətinə işğal edilmiş ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması münasibətilə təbrik ünvanlanıb. Bundan əlavə, üzv ölkələr Azərbaycanın azad edilmiş ərazilərinin qurulması və yenidənqurma layihələrinə investisiya qoymağa çağırılır. Hesabatlarda Zəngəzur dəhlizindən danışılması bu layihənin İƏT regionunda uğurla təşviq edilməsinin və qəbul edilməsinin bariz nümunəsidir.

Baxış sayı : 197
Sosial ədalətsizlik, qeyri-adekvat psixi durum, yoxsa mənəvi dəyərlərin fiaskoya uğraması? 2022-01-16 10:50:54 Devid Harris: Bizim üçün Azərbaycanın regional və qlobal əhəmiyyəti böyükdür 2022-01-16 09:55:53 Qazaxıstandakı iğtişaşlarda ölənlərin sayı açıqlanıb 2022-01-16 09:45:33 QHT-lərin Korrupsiyaya qarşı mübarizə və ictimai nəzarətin gücləndirilməsində roluna dair tədbir keçirilib 2022-01-15 22:20:18 Şair-publisist Faiq Balabəylinin 20 Yanvar hadisələri ilə bağlı yeni kitabı çapdan çıxıb 2022-01-15 11:25:42 Professor Surxay Musayev: “Tarixi Zəfərimizin yaratdığı ruh yüksəkliyi hər zaman bizim fəaliyyətimizə stimul verir” 2022-01-15 11:50:59 "Azərbaycanda bərpa işlərinin aparılmasında iştirak etmək fikrindəyik" 2022-01-15 09:50:34 QHT sədri uşaq bağçasındakı hadisəyə kəskin etirazını bildirir 2022-01-15 10:30:09 İctimai Nəzarət Mərkəzinin onlayn konfransı keçirilib 2022-01-14 20:15:52 Azad edilmiş ərazilərdə yol infrastrukturu layihələrinin icra vəziyyəti açıqlanıb 2022-01-14 15:35:40 BMT Azərbaycan iqtisadiyyatının proqnozlaşdırılan artım səviyyəsini açıqlayıb 2022-01-14 10:15:04 “Şuşa” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub 2022-01-14 10:00:52 Geosiyasi reallıqlar çərçivəsində istənilən vəziyyətə uyğun davranmaq Azərbaycanın siyasi, hərbi, iqtisadi gücünün göstəricisidir 2022-01-14 09:50:49 "Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, Ermənistanla diplomatik əlaqələr qurmayıb" 2022-01-14 09:30:16 “Azərbaycanla həmişə birlikdəyik, birlik olmağa davam edəcəyik” - Mövlud Çavuşoğlu 2022-01-14 09:05:33 Zakir Həsənov Ali Hərbi Məktəbin şəxsi heyəti ilə görüşüb 2022-01-13 11:50:05 Ermənistan təxribatlar törətməklə sülhün bərqərar olmasına əngəl yaradır 2022-01-13 10:15:23 Britaniya səfiri Qarabağ atlarından yazıb 2022-01-13 09:25:10 Əcnəbi media jurnalistlərin Şuşa səfərindən yazıb 2022-01-13 08:40:34 Qazaxıstan səfiri göstərilən dəstəyə görə Azərbaycana təşəkkür edib 2022-01-13 08:05:44 "Yeni dünya düzənində təşəbbüs göstərən ölkələrdən biri olacağıq" 2022-01-13 07:55:04 Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibə verib 2022-01-12 21:25:39 Əhməd İsmayılov: "MEDİA islahatları: Yeni hədəflərə doğru" 2022-01-12 14:50:17 “Euronews” Azərbaycanın xalq mahnıları və rəqsləri barədə süjet hazırlayıb 2022-01-12 11:20:33