2021-11-25 10:20:27 | AKTUAL
“TRT World” telekanalı Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələrini ifşa edib

Qaçqınlar və terrorizm hazırda müasir dünyanın qarşılaşdığı qlobal problemlər arasında ön sırada dayanır. Bu problemlərin təhlükəlilik dərəcəsi hətta planetimizin üz-üzə qaldığı qlobal iqlim dəyişikliyinin yaratdığı kütləvi aclıq və fəlakət riskləri ilə müqayisə oluna bilər.

Təəssüflə qeyd etməliyik ki, son illər bəşəriyyəti təhdid edən PKK və İŞİD kimi qorxunc terror təşkilatlarının mövcudluğu və maliyyə qaynaqları bəzi Avropa ölkələrinə, o cümlədən Fransaya bağlıdır.

“TRT World” telekanalının təqdim etdiyi sənədli filmdə Fransa xüsusi xidmət orqanlarının İŞİD və PKK ilə gizli əlaqələri təkzibedilməz fakt və dəlillərlə ifşa olunur. “Zavod: Gizli Fransız əməliyyatı” adlı film yarım milyona yaxın sənəd üzərində iki il boyunca aparılan dərin araşdırmanın məhsuludur. Filmi izləyəndə məlum olur ki, Fransanın nəhəng “Lafarge” sement şirkəti Fransa kəşfiyyatının İŞİD və digər terror təşkilatlarını maliyyələşdirməkdə əsas aləti və örtüyü olub. Belə olan halda ortaya belə bir məntiqi sual çıxır: terror təşkilatları ilə bu və ya digər formada əlaqədə olmaq, əməkdaşlıq etmək onların bəşəri cinayətlərinə şərik olmaq demək deyilmi?

Filmdə göstərilir ki, 2010-cu ildə Suriya bazarına daxil olan “Lafarge” fransız şirkəti Türkiyə və Suriyanı İraqla birləşdirən nəqliyyat yolunun üzərində zavod tikib. Hərbi əməliyyatlar səbəbindən Suriyadan bütün şirkətlər qaçdığı halda, Fransa rəhbərliyinin təkidi ilə şirkət Suriyada qalmağa məcbur edilib və qaçırılan işçilərini geri almaq və fəaliyyətini təhlükəsiz davam etdirə bilmək üçün İŞİD və PKK terror təşkilatlarını maliyyələşdirib. Digər mühüm bir fakt: Əl-Cəzirə telekanalının yaydığı sənədli reportaja görə, YPG/PKK terror təşkilatlarının nəzarətində olan Suriyanın Haseke vilayətinin Türkiyə ilə sərhədində yerləşən Amuda ve Malikiyyə bölgələrində təxminən 113 kilometr uzunluğunda tunel qazılıb. Digər jurnalist araşdırmalarında göstərilir ki, həmin tunellərdə betonlama işləri məhz “Lafarge” şirkətinin istehsal etdiyi sement məhsulları ilə aparılıb. Bildirilir ki, şirkət istehsal etdiyi sementi məhz adı çəkilən terror təşkilatlarına onların mövqelərini möhkəmləndirmək üçün verib. Qeyd edək ki, “Lafarge” şirkətinin fəaliyyət göstərdiyi və onun təsir edə bildiyi bölgələr yerli əhalini öz yurdlarını tərk etməyə məcbur qalan bölgələr sırasında öndə gedir.

Fransada aparılan təhqiqata görə, şirkət vasitəsilə terror təşkilatlarına 16 milyon dollara yaxın maliyyə ötürülməsinə dair sübutlar tapılıb, lakin TRT-nin araşdırması bu rəqəmin daha yüksək olduğunu və bundan Fransa rəhbərliyinin xəbərdar olmasını üzə çıxarır. Faktlar təsdiq edir ki, bütün bunlar Fransanın indiki Prezidenti Emmanuel Makronun həmin dövrdə Fransanın xaricdəki sərmayələrinə məsul olan iqtisadiyyat naziri olduğu dövrdə baş verib.

Haqqında söhbət edilən sənədli filmdə əksini tapan məqamlar, əslində, Azərbaycan ictimaiyyətində təəccüb doğurmayıb. Çünki 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın yaşayış məntəqələrini, dinc insanları atəşə tutan, terror aktları törədən Ermənistanı Fransanın açıq şəkildə himayə etməsi, ona humanitar yardım adı altında təyyarələrlə silah-sursat daşıması, terrorçuluğu maliyyələşdirməsi ortada idi. Beynəlxalq hüququn tələblərinə görə, Fransa Minsk Qrupunun həmsədri olaraq keçmiş Qarabağ münaqişəsinə aid bütün məqamlarda ən azı bitərəf qalmağa borclu olsa da, təcavüzkarı, işğalçı və terrorçu Ermənistanı açıq şəkildə dəstəkləmişdir. Fransanın Vətən müharibəsi dövründə suriyalı döyüşçüləri, terrorçu dəstələri Azərbaycana qarşı istifadə etməsi barədə də geniş informasiyalar vardı. Buna baxmayaraq, Fransa Azərbaycana böhtan ataraq guya suriyalı terrorçuların Azərbaycan tərəfindən döyüşməsi barədə dezinformasiyalar tirajlayırdı. Azərbaycan dövlətinin bu iddialara sübut tələblərinə qarşı Fransa nə müharibə dövründə, nə də sonra bir fakt belə ortaya qoya bilməyərək rüsvay oldu.

TRT-nin faktlar əsasında ekrana çıxardığı sənədli film Fransa rəhbərliyində təmsil olunan şəxslərin beynəlxalq terrorçuluğa dəstək verməklə bəşəri dəyərlərə xəyanətinin növbəti sübutudur. Təkzibolunmaz faktlar sübut edir ki, Fransanın yaxın Şərqdəki bəşəri cinayətləri bir sıra qlobal problemlərin, eləcə də Avropa başda olmaqla dünyanın üz-üzə qaldığı beynəlxalq terrorizmin və qaçqınlar probleminin təməlini təşkil edir.

Məlum olduğu kimi, 2020-ci il avqustun 4-də Beyrut limanında baş vermiş dəhşətli partlayış böyük fəlakət yaratmışdı. Dünya dövlətləri bu fəlakətlə bağlı Livana yardım etdikləri halda, Fransa yaranmış vəziyyətdən istifadə edərək özünün istismarçı maraqlarını qabarıq şəkildə ortaya qoydu. Məsələn, Anadolu Agentliyi yazır ki, Emmanuel Makronun Livanın paytaxtı Beyrutda Livan limanında baş verən partlayışdan sonra avqustun 31-də ölkəyə ikinci səfəri Fransanın bölgədəki xarici siyasət strategiyalarının alt mətninin açıq siqnalı idi. Ölkədə indiyədək heç vaxt görünməyən Fransa mandatının bərpası göstərir ki, Livandakı siyasi təlatümlər Livan xalqının deyil, Fransanın xeyrinə şüurlu şəkildə yenidən bərpa oluna bilər. Bu, həm də onun təsdiqidir ki, Emmanuel Makronun fəaliyyəti və düşüncə tərzi imperialist maraqlar çərçivəsindən kənara çıxmayıb.

Baxış sayı : 467
Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir" Kəlbəcərin azad olunmasının ikinci ili