2021-11-24 08:30:42 | MƏDƏNİYYƏT
“Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fonduna yeni nəşrlər daxil olmaqda davam edir.

Daxil olan nəşrlər sırasında AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin layihə rəhbərliyi və “Ön söz”ü ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək” kitabı öz əhəmiyyəti ilə seçilir. Kitabda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin İkinci Qarabağ müharibəsi və postmüharibə dövründə xalqa müraciətləri, müsahibələri, tarixi qələbə münasibətilə hərbi paradda söylədiyi nitqi, ölkə rəhbərinə ünvanlanmış teleqramlar, Prezidentə müraciətlər, fərman və sərəncamlar, yerli və xarici media nümayəndələri üçün mətbuat konfransının materialları, Şuşa Bəyannaməsi və bu münasibətlə Azərbaycan və Türkiyə Prezidentlərinin mətbuat üçün birgə bəyanatlarla çıxışları öz əksini tapıb.

“Aydın Fikir” qəzetinin baş redaktoru Subut Mehdiyevin müəllifi olduğu Laçın rayonunun Mirkənd kəndinin toponimi, Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanlar, eləcə də rayonda yerləşən və erməni vandalizminə məruz qalan tarixi, dini abidələr, ziyarətgahlar haqqında məlumatların geniş şəkildə əks olunduğu "Zəfər tarixinin qəhrəmanları" adlı kitab da daxil olan nəşrlər sırasındadır.

Fonda daxil olan növbəti nəşr, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktor müavini, kulturologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasovun müəllifi olduğu “Qarabağın qara bağı” adlı kitabıdır. Kitabda, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı Qələbə nəticəsində Azərbaycan xalqının milli qürurunun özünə qayıdışından, cəmiyyətimizdə Qarabağın qara bağının kəsilib atıldığı sevincinin yaşanmasından, həmçinin işğaldan azad edilmiş torpaqların tezliklə cənnətə çevriləcəyindən bəhs edilir.

Nəşrlər sırasında Şərur rayon Aralıq kənd orta məktəbinin 8-ci sinif şagirdi Sabrina Gültəkinin müəllifi olduğu “Şəhid Vüsalın dastanı” adlı kitab da yer alıb. Kitab, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun mayoru Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunub.

Məlumat üçün qeyd edək ki, MEK-in “Qarabağ müharibəsi qəhrəmanları” fondunda şəhid olan Vətən oğullarının doğum günlərində sərgilər də keçirilir. Həmin sərgilərdə qəhrəman şəhidlərimiz haqqında ətraflı məlumatlar, sənədlər, fotoşəkillər, şəhidlər haqqında yazılmış və onların özlərinin yazdıqları kitablar nümayiş etdirilir.

Baxış sayı : 557
Mətbuat Şurasının yeni sədri: “Azərbaycan mediasının saflaşması uğrunda mübarizə aparacağıq” Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edib “Səfirliklərimizə hücum edənlərin tapılıb cəzalandırılmasını tələb edirik” Azay Quliyev Helsinkdə ATƏT-i tənqid etdi, erməni təxtibatlarından danışdı Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb Rusiyanın şok itkiləri açıqlanıb Ermənistan cinayət törətmiş şəxsləri məsuliyyətə cəlb etmək üçün heç bir tədbir görmür “Əl Cəzirə” telekanalı Ermənistanda Azərbaycana məxsus mədəni abidələrinin dağıdılması ilə bağlı reportaj yayımlayıb QHT Agentliyinin dəstəyilə regionlarda maarifləndirmə işi davam etdirilib Türkiyə Prezidenti: Pelosinin məlum səfəri ilə Qafqazdakı proseslərə zərbə vurmağa nə gücü, nə də imkanı var Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı məktub göndərib İki qurum arasında müqavilə imzalanıb QHT yeni layihəyə start verdi Avropa İttifaqı Rusiya rəhbərliyinə qarşı yeni sanksiyalara hazırlaşır Birinci vitse-prezident Mehriban Əliyeva Laçından video paylaşıb Erməni təxribatının qarşısını alarkən xəsarət almış hərbçilərin əlillik üzrə əyani müayinələrinə başlanılıb Azay Quliyev QHT Agentliyinin iclasını keçirdi Azərbaycan Prezidenti Ermənistana xəbərdarlıq edib "Kiberhücumların sayı artıb" “Qanları ilə dastan yazanlar” layihəsinin icrasına başlanılıb UNESCO-nun mənzil qərargahının qarşısında Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dağıdılmasını əks etdirən aksiya keçirilir “Qəhrəmanlıq salnaməsinin Elşən Səfərov zirvəsi” adlı layihənin icrasına başlanılıb. Milli QHT Forumunun prezidenti: Azərbaycan təxribatlara həmişə qətiyyətlə cavab verəcək Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə qarşı erməni icmaları tərəfindən törədilmiş vandalizm aktlarına dair Azərbaycan QHT-lərinin BƏYANATI