2021-11-23 11:15:03 | AKTUAL
Ağdamda tarixi-mədəni abidələrin bərpasına başlanılır

Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçiriblər. 30 ilə yaxın davam edən işğal zamanı xalqımıza məxsus tarixi, mədəniyyət və dini abidələr, qəbiristanlıqlar dağıdılıb, tarixi-mədəni təyinatına uyğun olmayan şəkildə istifadə edilərək vandalizmə məruz qalıb.

Ağdam şəhəri də olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılacaq quruculuq işləri çərçivəsində tarixi, mədəni və dini irsimizin də bərpası həyata keçiriləcək: “Hazırda İmarət kompleksi və Qiyaslı məscidinin restavrasiyası ilə bağlı layihələndirmə işləri aparılır. Bu işlərə həm yerli, həm də əcnəbi memarlar cəlb olunub. Plana əsasən İmarət kompleksində Pənahəli xanın sarayı, karvansaray, hamam, türbələr, tribuna bərpa ediləcək, atlar üçün cıdır, axur və suvarma yeri yaradılacaq, əraziyə çinar və meyvə ağacları əkiləcək”.

Ağdam şəhərində vandalizmə məruz qalan abidələrimizdən biri də Cümə məscididir. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən Ağdam Cümə məscidi ölkə əhəmiyyətli abidələr siyahısındadır. Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Ağdam Cümə məscidində ermənilər mal-qara saxlamaqla azərbaycanlılara, müsəlman aləminə qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Emin Hüseynov qeyd edib ki, Ağdam Cümə məscidi həm tarixi, həm də mənəvi baxımdan xüsusi əhəmiyyət daşıyır. Artıq Heydər Əliyev Fondu tərəfindən məscidin restavrasiyası üçün hazırlıq işlərinə başlanılıb. İmarət kompleksi, Ağdam Cümə məscidi, Qiyaslı məscidi, Şahbulaq qalası və digər abidələrimiz bölgəni həm də turizm baxımından tanıdacaq.

Baxış sayı : 587
Azərbaycan MN: Rusiya sülhməramlı kontingenti müraciətlərimizə hələ də etinasız yanaşır Əjdər Tağızadə: Urmiya gölünün qurudulmasına qarşı çıxış edənlər zindana atılıb Mürsəl Qurbanov təltif edilib ASALA terrorçuları ilə İranın xüsusi xidmət orqanları arasında əlaqələrə dair yeni faktlar üzə çıxıb “Qaraheybət”də hərbi helikopterin qəzaya uğramasından 1 il ötür Mövlud Çavuşoğlu Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verib İran Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməkdənsə, öz siyasi xəttini korrektə etməlidir Ceyhun Bayramov Aİ-ni Ermənistanın Laçın yolundan hərbi məqsədlər üçün sui-istifadə etdiyi barədə məlumatlandırıb Pentaqonda Azərbaycan-ABŞ hərbi əməkdaşlığı və regional təhlükəsizlik müzakirə olunub Rüstəm Minnixanov Azərbaycanda tatar ictimai təşkilatlarının nümayəndələri ilə görüşüb "Türk birliyi daha da güclənəcək!" mövzusunda Zoom platformasında görüş keçirilib Azərbaycan Ermənistan ərazisində 15-20 km-lik bufer zona yaratmalı olacaq Özbəkistanda "Türkistan və Qafqazların unikal tarixi xəritələri" adlı sərgi keçiriləcək İsveçdə "Mədəniyyət kodu-Şuşa" adlı lonqrid layihəsi təqdim olunub Ərdoğan: "2023-cü il seçkilərində qələbə qazanmağımıza heç kim mane ola bilməz" Azərbaycan MN: "Qarabağ iqtisadi rayonunun "Dağlıq-Qarabağ ərazisi" kimi qeyd edilməsi yolverilməzdir" Ankarada Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin görüşü müzakirə olunacaq Stoltenberq: “Putin qışdan silah kimi istifadə etmək istəyir” Aktauda Azərbaycan, Qazaxıstan, Türkiyənin xarici işlər və nəqliyyat sahələri üzrə məsul nazirlərinin görüşü keçirilib The Economist: “Qaz və enerji qiymətləri qışda Avropada ölümlərin artmasına səbəb olacaq” Prezident: "Azərbaycan xalqının iradəsini nə işğalla, nə başqa təhdidlərlə sarsıtmaq olmaz" “Sarəng” sənədli filminin təqdimatı olacaq XİN rəhbəri Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli görüşündə çıxış edib Prezident İlham Əliyev: "Azərbaycanda uzun illərdir mövcud olan sabitlik iqtisadi inkişafımızın əsas amillərindəndir"