2021-11-20 10:25:24 | MÜSAHİBƏ
Yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur

İstiqamət: Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur

Azərbaycanın təcavüzkar Ermənistan kimi qonşusu olduğundan cəmiyyətimizdə vətənpərvərlik təbliğatı ən ali məqsəd olmalıdır. Bunun üçün isə dinidən, dilindən, siyasi mənsubiyətindəm asılı olmayaraq cəmiyyətin bütün təbəqələri əlindən gələni etməlidir. Ancaq reallıq ondan ibarətdir ki, ölkədə vətənpərvərliyin təbliği istənilən səviyyədə olmadığından bir sıra nüqativ hallarla üzləşmək zorunda qalırıq. Xüsusən, orta və ali məktəblər, eləcə də kütləvi informasiya vasitələri bu məsələdə passivlik nümayiş etdirirlər. Əslində isə vətənpərvərliyin təbliği telekanallardan tutmuş təlim-tərbiyə, təhsil müəssisələrinə qədər, mətbuatda, dərsliklərdə birbaşa əksini tapmalıdır. Ordu, şəhidlər, Milli Qəhrəmanlarla bağlı müxtəlif yönümlü maarifləndirmə işləri görülməli, məqalələr yazılmalı, verilişlər göstərilməlidir. Düzdür, son vaxtlar ölkə mətbuatında vətənpərvərliyin təbliği ilə bağlı verilişlərin sayı artıb, ancaq cəmiyyətin bütün təbəqələrində sadalanan məsələləra bir o qədər də diqqət yetirilmədiyindən əsas güc ailələrin üzərinə düşür. Bütün hallarda etiraf edilməlidir ki, vətənpərvərliyin təbliğində ailənin xüsusi yeri, xüsusi təsir dairəsi var. Təsadüfi deyilməyib ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Məlum olduğu kimi ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ancaq etiraf edilməlidir ki, vətəndaş cəmiyyətlərinin də bu sahədə rolu danılmazdır. Gənc nəslin vətənpərvərlik ruhunun yüksəldiləsilə bağlı suallarımızı Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli cavablandırıb.

- Əkrəm müəllim, bugünkü Azərbaycan gəncinin vətənpərvərlik hisslərini necə xarakterizə edərdiniz və gənclərimiz nə dərəcədə vətənpərvərdirlər?

- Bugünkü Azərbaycan gəncində vətənpərvərlik yetərincədir. Ümumiyyətlə, Azərbaycan insanında hər zaman yurda, torpağa, elə, obaya bağlılıq olub, İnsanlara qarşı bir mərhəmət yüksək hissi olub. Tarixən azərbaycanlıların yaşam tərzində bu tendensiya özünü göstərib. Vətənpərvərlik anlayışı özü mübahisə doğuran məsələdir. Ancaq vətənpərvərlik hisslərinə zərbə vuran faktorlar olub. Həmin o amillər saxta vətənpərvəliyə gətirib çıxarıb. Mənim qənaətimcə, yalnız məsuliyyətli vətənpərvərlik cəmiyyət üçün faydalı olur.

- Sizcə sırf vətənpərvər gənc formalaşdırmaq üçün ilk öncə nədən başlamalıyıq. Ailədən, bağçadan, məktəbdən, yoxsa universitetdən?

-Mən bu fikirlərimi hər zaman təkrarlayıram. Gələcək biznesmenin, polisin, həkimin, mühəndisin və s. əxlaqlı dünyagörüşü, vətəndaşlıq mövqeyi, milli kimliyi, dövlətçilik təfəkkürü məhz orta məktəb partasından formalaşır. Zəncirvari proses olan bu məqamlarda baş verən hər hansı qüsurlar gündəlik həyatımızda, cəmiyyətimizdə özünü büruzə verir. Bir sözlə sındırılmış, zəif təhsil görən şagirddən hansı vətəndaşlıq mövqeyi gözləmək olar? Əslində vətəbpərvərlik təhsilin bünövrəsi olan orta məktəbdə şagirdə və müəllimə qarşı formalaşan münasibətdən və azyaşlıya verilən bilikdən başlayır. Bu da cəmiyyətdə gənclərin necə vətənvərvər yetişməsinin ilkin addımıdır. Gəlin bu addımı elə ataq ki, sonra peşman olmayaq. Öz peşəsini sevən müəllimlər az deyil. Onlar bir çox hallarda öz peşələrindən əl çəkirlər. Təhsil elə bir sahədir ki, cəmiyyətin problemlərinin bir çoxunu burada axtarmaq lazımdır. Ona görə ki, bütün sənət sahibləri orta məktəb partası arxasından çıxaraq müstəqil həyata, bu cəmiyyətə yol açırlar. İkinci ailə sayılan məktəb, oradakı müəllimlər azyaşlı uşağın gələcək taleyini müəyyən edir.

- Bəs dövlətin bu sahəyə diqqəti, gənclərin vətənpərvər ruhda böyüməsi istiqamətində atdığı addımları necə xarakterizə edərdiniz?

-Dövlətin hədəfində o durur ki, vətənpərvər, intellektli gənclər yetişsin. Bu işləri yerinə yetirmək məqsədilə kifayət qədər proqramlar, layihələr var. Düşünmək olar ki, bu layihələr effektli nəticələr verir. Bundan xeyli sayda gənclərimiz faydalanır. Lakin bir çox hallarda bəzi məmurların bu məsələrdə yarıtmaz fəaliyyəti, şəxsi mənafelərini güdməsi dövlətin bu nəcib işinə zərbə vurur. Gənclərdə vətənpərvərlik ruhunun qaldırılmasına xidmət edən böyük layihələr təyinatı üzrə sərf olunarsa görün nə qədər effektli nəticələr qazanmaq mümkün olar. Bu gün korrupsiyaya görə, həbs olunmuş məmurlar digərlərinə ibrət dərsi olmalıdır. Cənab Prezident hər zaman çıxışlarında məmurlara ciddi tapşırırır: "Toxunulmaz şəxs yoxdur, məmur xalqın xidmətçisidir". Ona görə də, Cənab Prezidentin bu fikirlərinə istinad edərək düşünürəm ki, dövlətin ali məqsədlərinə ziyan vuran, öz fəaliyyəti ilə vətənpərvərlik hisslərini zədələyən şəxslər cəzasız qalmayacaq və qalmır.

- Belə demək mümkündürmü ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının əsl vətənpərvərlik nümunəsi oldu?

-Mən bir daha qeyd etmək istərdim ki, Azərbaycan gəncində vətənpərvərlik hər zaman olub. Azərbaycan insanında hər zaman yurda, torpağa bağlılıq olub. Bu bağlılq 44 günlük Vətən müharibəsində özünü bir daha parlaq şəkildə göstərdi. Azərbaycan gənci Ali Baş Komandanın rəhbərliyi ilə böyük Zəfər tariximizi yazdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Biz onları hər zaman ehtiramla anırıq. Şəhidlərimizin, qazilərimizin qəhrəmanlığı bir daha dərindən öyrənilməlidir. Ura halında deyil, yalnız peşəkarların iştirakı ilə müharibə ədəbiyyatı, müharibə filmləri yaranmalıdır. Bütün bunlar yetişən gənc nəslin vətənpərvərlik ruhunda dərin iz buraxacaq. Sənətə və sənəkarlığa xidmət edən filmlər çəkilməlidir. Əsgərlərimizin keçdiyi döyüş yolu, onların misilsiz qəhrəmanlığı, 44 günlük döyüşlərdə Azərbaycan Ordusunun şücaəti ən yaxşı film ssenarisi ola bilər. Postmüharibə dövrü üçün xarakterik olan bir məqamı da vurğulamaq lazımdır. Şəhid ailələrinin, müharibə iştirakçılarının sosial-iqtisadi problemlərinin həlli ilə bağlı kifayət qədər hüquqi baza var. Bu sahədə görülən işləri normal qiymətləndirmək olar. Bütün bu işlər dövlətin öhdəliyi və vətənpərvərliyə xidmət edən məqamlardır.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir

Olaylar.az

Baxış sayı : 132
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50