2021-11-19 09:40:44 | QHT VƏ MEDİA
Azərbaycan Avropa Konvensiyasının 16 saylı Protokolunu imzalayıb

Azərbaycan Avropa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu imzalayıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə verilmiş səlahiyyət əsasında ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov Strasburqda Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriçin iştirakı ilə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 16 saylı Protokolunu ölkəmiz adından imzalayıb.

Milli qanunvericiliyin və Protokolun müvafiq müddəalarının tələblərinə uyğun olaraq, Milli Məclis tərəfindən təsdiq edildikdən sonra ölkəmizə münasibətdə qüvvəyə minəcək 16 saylı Protokol Azərbaycanın ən yuxarı instansiya məhkəmələrinə Konvensiyada və onun protokollarında müəyyən olunan hüquqların və azadlıqların şərhi və ya tətbiqi ilə bağlı prinsip xarakterli məsələlərlə əlaqədar məsləhət rəylərinin verilməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmək imkanı yaradacaq.

Mərasimdən sonra daimi nümayəndə ilə Baş katib arasında keçirilən görüşdə 16 saylı Protokolun imzalanması Azərbaycanın Konvensiya sisteminə sadiqliyinin göstəricisi olan vacib hadisə kimi qiymətləndirilib və bu Protokolun yaradacağı məsləhət almaq imkanının ölkəmizdə insan hüquqlarının müdafiəsinə əlavə töhfə verəcəyi diqqətə çatdırılıb.

Görüşdə qarşılıqlı maraq kəsb edən məsələlər barədə fikir mübadiləsi aparılıb.

Baxış sayı : 105
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50