2021-10-26 09:25:33 | QHT VƏ MEDİA
Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev İsveç Krallığının ölkəmizdə səfərdə olan media nümayəndələri – Mariya Bertell, Aqneta Nordin, Dəniz Merdol və Alf Mikael Silkeberq ilə görüşüb.

Qonaqlara ölkəmizdə qaçqınlar və məcburi köçkünlərlə iş sahəsində həyata keçirilən dövlət siyasəti və komitənin fəaliyyəti barədə məlumat verilib. Qeyd edilib ki, Ermənistanın deportasiya, milli ayrı-seçkilik və işğalçılıq siyasəti nəticəsində bir milyondan çox azərbaycanlı öz doğma yurdundan didərgin düşüb, böyük çətinliklərlə üzləşib, maddi-mənəvi itkilərə məruz qalıb. Otuz ilə yaxın müddətdə onların problemlərini həlli üçün məqsədyönlü iş aparılıb.

Bu məsələ Prezident İlham Əliyevin sosial siyasətinin mühüm prioritetlərindəndir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir, onların həyat şəratinin yaxşılaşdırılması üçün həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsüdür.

Vurğulanıb ki, Ermənistanın işğalına son qoyulması, doğma yurda qayıdışın təmin edilməsi məcburi köçkünlərin ən böyük arzusu olub. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının başlanması üçün dövlət rəhbərliyi və səlahiyyətli orqanlar tərəfindən çoxşaxəli və intensiv iş aparılır.

Qonaqlara işğaldan azad edilmiş ərazilərin mövcud vəziyyəti, həyata keçirilən təhlükəsizlik tədbirləri, bərpa-quruculuq işləri və məcburi köçkünlərin qayıdışa hazırlanması barədə də məlumat çatdırılıb.

İsveçli jurnalistlər ölkəmizin postmünaqişə dövründəki vəziyyəti ilə yaxından tanış olmaq üçün gəldiklərini, səfər çərçivəsində işğaldan azad edilmiş rayonlara, həmçinin Bərdə və Gəncə şəhərlərinə gedəcəklərini bildiriblər.

İsveç Krallığındakı Azərbaycan diasporunun üzvü, rejissor və ssenarist Rahim Sadıqbəylinin də iştirak etdiyi görüşdə xarici jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

Baxış sayı : 159
BMT məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərarını dekabrın 7-də açıqlayacaq 2021-11-30 10:55:54 Kəlbəcərin Qılınclı kəndindən VİDEO 2021-11-30 10:25:03 Aşqabad Sammitindən Zəngəzur dəhlizinə hədəflənmiş mesajlar 2021-11-30 09:45:22 İstanbulda şanlı Zəfərimizin birinci ildönümü münasibətilə tədbir keçirilib 2021-11-30 09:30:33 Prezident İlham Əliyev Rusiyanın “Rossiya-1” telekanalına müsahibə verib 2021-11-30 07:15:55 Aşıq Ələsgər yaradıcılığının dərindən öyrənilməsi və mənimsənilməsi bütün türk dünyası üçün vacibdir 2021-11-29 10:15:46 Azərbaycanın İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlığı beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir 2021-11-29 09:45:08 Kəlbəcərin İstibulaq kəndindən VİDEO 2021-11-29 09:20:29 "Azərbaycanla əlaqələrimizin tarixi qədimdir" - İran Prezidenti 2021-11-29 09:00:43 KTMT üzvlərinin Azərbaycanı Zəfərə görə təbrik etməsi sübut edir ki, onlar Ermənistanla münasibətləri korlamaqdan çəkinmirlər - Mixail Finkel 2021-11-29 08:45:16 Pakistan Prezidenti Qarabağ zəfəri münasibətilə Azərbaycanı təbrik edib 2021-11-29 07:25:41 Səttar Möhbalıyev: Soçi görüşü Azərbaycanın növbəti diplomatik qələbəsidir 2021-11-28 11:30:15 Prezident İlham Əliyev Aşqabadda İƏT-in XV Zirvə toplantısında iştirak edir 2021-11-28 10:30:20 Füzulinin Qoçəhmədli kəndi - Video 2021-11-27 18:15:27 TRACECA Avropa-Qafqaz-Asiya dəhlizinin bütün sahələrində marşrutların cəlbediciliyini artırır 2021-11-27 09:15:20 Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti Bəyanat imzalayıblar 2021-11-27 08:05:20 Bizim Azərbaycanla strateji tərəfdaşlığımız çox uğurla inkişaf edir 2021-11-27 08:50:52 Zakir Həsənov Qusarda şəhid ailələri ilə görüşüb 2021-11-26 17:30:34 “Rusiya ilə ikitərəfli münasibətlərimizin dinamikası bizi çox sevindirir” 2021-11-26 15:15:50 Nizami Gəncəvi öz ideyalarını və müdrikliyini bütün bəşəriyyətə ünvanlayıb 2021-11-26 09:25:57 "Azərbaycanın iddiası üzrə Ermənistana qarşı qərar qəbul ediləcək" 2021-11-26 08:25:21 Maksim Şevçenko: Prezident İlham Əliyevin Qarabağdakı ermənilərə vətəndaşlıq təklifi çox səxavətli təklifdir 2021-11-26 07:30:09 Türkiyədən çağırış: Ermənistan ona uzadılan sülh əlini bir fürsət olaraq dəyərləndirməlidir 2021-11-26 07:15:24 “Azərbaycan delimitasiyaya başlamağa hazırdır, lakin Ermənistan buna qarşılıq verməyib” 2021-11-25 20:45:50